Baş səhifə » 2012 » Oktyabr » 1 » Şeyx Rabi:" Ey İslam dəvətçisi, mülayim ol! "
08:42
Şeyx Rabi:" Ey İslam dəvətçisi, mülayim ol! "

Ey İslam dəvətçisi, mülayim ol!

 
 
Şeyx Rabi bin Hədi əl-Mədxəli (həfizəhullah):
 
"Mən ilk öncə özümə, sonra isə qardaşlarıma və Allah rizası üçün sevdiyim şəxslərə, Allahın insanların əvvəldə və axırda gələnlərinə nəsihət etdiyini nəsihət edirəm - Uca Allaha qarşı təqvalı olmağı, və Ona qarşı hər bir sözdə və əməldə ixlaslı olmağı nəsihət edirəm. Sizə Allahın Kitabından, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) sünnəsindən möhkəm yapışmağı, əqidə, mənhəc və əxlaq məsələlərində sələf salehin yolunu tutmağı nəsihət edirəm. Mən həmçinin qardaşlığı, Allah rizası üçün sevgini və bu gözəl dəvətin tələb etdiyi hər bir şeyi sizlərə nəsihət edirəm. Və o kəs ki, ona bu dəvət bəxş edilmişdir, artıq böyük uğura nail olmuşdur. Allah Təbərakə və Təalə dəvəti üçün uyğun olan kəsi seçər, o kəsi ki əqidəsi, əxlaqı və əməli ilə bu dəvətə uyğundur. O kəsi ki, bu dəvətin tələb etdiyi hərşeyi daşımağa hazırdır. O şeyləri ki, bu dəvəti insanlara sevdirər, və onların boyunlarını ona tərəf döndərər. 
Allah yolunda qardaşlıqdan sonra, mən sizə bir birinizə qarşı mərhəmətli və mülayim olmağı nəsihət edirəm. Həqiqətən, Şeytan çox çalışıb-vuruşur, və ona ən sevimli olan qardaşların və sevənlərin arasını vurmaqdır.
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra, 53) 
Şeytan qulaqları onu eşidən və nəfsləri onun əmr etdiyi firqəçiliyə, ayrılığa və birliyin yoxluğuna cavab verən gördü. 
Mən, təqva ilə, cinlərdən və insanlardan olan şeytanların bu dəvətə qarşı qurduqları hiylələrini dərk etməyi, bir birinizə qarşı mülayim olmağı, bir birinizə qarşı mərhəmətli olmağı, və hər birinizin qardaşı ilə yumşaq davranmağını sizə nəsihət edirəm. Əgər birinizin səhvi olsa, qoy o birisi ona mülayim, yumşaq və hikmətlə nəsihət etsin. Bu cür əxlaqlı danışıq tərzi gözəl, şirin və məqbul olar. Lakin insanın danışığı kobud, amansız və lovğa olarsa, qəlblər ona ikrah edər və ondan qaçar. Buna görə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurub:
Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar.
(Müslim, 4698)
Peyğəmbər (sallallahu əleyhi və səlləm) Əbu Musa və Muaz (radıyallahu anhuma) kimi səhabələri müxtəlif şəhərlərə Allahın dininə dəvət etmək üçün göndərdikdə, onlara belə nəsihət edərdi: Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. (Buxari, Elm, 12; Müslim, Cihad, 6). 
 
Elə isə, bu vacib məsələlərə diqqət yetirin. Bunlar mənhəc məsələləridir, yerinə yetirilməsi vacib olan, dəvəti qorumaq üçün və onun bu ümmətə yayılmasına imkan yaratmaq üçün diqqət tələb edən, üzərində dayanmağı tələb edən məsələlərdir. Çünki insanlardan olan şeytanlar və zəlalət başçıları bu ümmətə İslam əqidəsini, İslam mənhəcini, İslam əxlaqını unutdurublar.  
 
Allahdan sizi müvəffəq etməsini, qəlblərinizi birləşdirməsini, xətalarınızı örtməsini və şeytanın pisliklərini sizdən uzaqlaşdırmasını diləyirəm. Həqiqətən, Rəbbimiz duaları Eşidəndir."
 
Rəcəb 13, 1427 H.

Mənbə: http://www.sahab.net/ipb/index.php?showtopic=71736
http://deenulqayyimah.blogspot.com/2011/07/ey-islam-dvtcisi-mulayim-ol.html
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 620 | Yüklədi: selefimedia