Baş səhifə » 2012 » Oktyabr » 19
İbrahim əl-Hərbi (rahiməhullah) buyurur:- Mənə elə gəlir ki, Allah Əbu Abdullahda öncəkilərin və sonuncuların elmini cəm etmişdir!
İmam əl- Muzəni (rahiməhullah) buyurur:- Bir gün İmam Şafii mənə dedi: "Mən Bağdadda elə bir cavan oğlana rast gəldim ki, onun hər dediyi sözlərə insanlar "Bu haqqdır” deyirdilər”.
Mən imam Şafiidən soruşdum:...
Bölmə: Mobil Kitablar | Baxılıb: 1058 | Yüklədi: selefimedia | Tarix: 19.10.2012

Quran Məxluqdur iddia edildiyi Minhə günlərindən biri idi. İmam Əhmədi xəlifənin hüzuruna gətirdilər və ona xəlifə ilə gözəl tərzdə danışmasını təlqin etdilər. Bu zaman Əhməd ibn Hənbəl qorxunc mənzərə ilə qarşılaşdı, qarşısında iki adamın artıq boynu vurulmuşdur. Fəqət bu hal İmam Əhmədi təlaşa salmadı. Əksinə, həmin yerdə İmam Şafinin bir tələbəsinə gözü sataşdı və ondan soruşdu:- Məshin üzərinə məsh çəkmək haqqında İmam Şafiidən nə eşitmisən? Bu haqda nə isə bilirsənmi?

İmam Əhmədin bu çətin vəziyyətdə ölümü düşünməməsi, əksinə elm öyrənməyə həris olması və bu səbəbdən verdiyi bu sual oradakıları heyrətləndirir. Hətta İmam Əhmədin edam olunmasına xəlifəni təşfiq edən düşməni- Əhməd də təəccübünü gizlədə bilməyərək deyir:- Buna bir baxın! Bunu edam etmək üçün gətirirlər, bu isə fiqhdən soruşur!

Bölmə: Mobil Kitablar | Baxılıb: 855 | Yüklədi: selefimedia | Tarix: 19.10.2012