Şeyx Məhəmməd Bin Saleh əl-Useymin rahimahullahın xanımıyla reportaj. - 28 Июля 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » İyul » 28 » Şeyx Məhəmməd Bin Saleh əl-Useymin rahimahullahın xanımıyla reportaj.
15:49
Şeyx Məhəmməd Bin Saleh əl-Useymin rahimahullahın xanımıyla reportaj.
Şeyx Məhəmməd Bin Saleh əl-Useymin rahimahullahın xanımıyla reportaj.





Şeyx Əmən əl-Cami deyir ki: " Onlar elə insanlar ki danışmaları fətvadır, susmaları fətvadır, gülümsəmələri fətva…"

Rəhman və Rəhm olan Allahın adıyla…

Həmd aləmlərin Rəbbi olan Allahadır.  Salat və salam nəbilərin və risalət ilə göndərilmişlərin ən şərəflisi Məhəmməd salallahu aleyhi və səlləmin, Onun ailəsinin və səhabələrinin üzərinə olsun.

Bundan sonra:

Bu çox bərəkətli forumu ziyarət edən siz qardaşlarımla bir yerə gəlmək məni çox xoşbəxt etdi. Hər şeyə qadir olan uca Allahdan İslamın və Müsəlmanların böyük itkisi şeyx Məhəmməd Bin Saleh el-Useyminin həyatından sizlər üçün fayda və məsləhət olacaq xatirələri çatdirmaqda  mənə köməkçi olmasını niyaz edirəm. Allah ona rəhmət etsin və onu geniş cənnətinə yerləşdirsin. İslama və Müsəlmanlara etdiyi xidmətlərə qarşılıq, onu ən xeyirli mükafatla mükafatlandırmasını, bizi, onu, ana və atamız və soyumuzla birlikdə naim cənnətlərinde görüşdürməsini diləyərəm. Şübhəsiz ki O, bunu etməyə Vəli və Qadirdir.

İndi mənə yönəldilən sualları, cavablandırmağa çalışacağam.


Sual: Şeyxin, elm, dəvət və ibadət etmədəki əzmində yaşlılıq və gənclik dövrlərində bir fərqlilik müşahidə etdinizmi?

Cavab: Yaşının irəliməsinə rağmən, onun elm, dəvət və ibadətinə olan əzmində ən kiçik bir azalma görmədim. Əksinə, illər irəlilədikcə məşğuliyyəti artmış və buna nisbətlə ibadət və dəvətində bir əksilmə olmayıb, həmişə əzm içində olmuşdur. Hətta xəstəliyinin ən ağırlaşdığı dövrdə belə, zikrdən, ibadətdən, dərs və nəsihət verməkdən bir an olsun geri qalmamışdır.

Sual: Şeyxin həyatında sizə təsir edən  ən əhəmiyyətli xüsusiyyəti nə idi?

Cavab: Onun həyatı çox səviyyəli nümunəvi bir həyat idi. İnsanlar, elm mövzusunda və öyrədilmə hususunda onun göstərdiyi əzmə və həvəsə heyran olurdular. Eyni zamanda zahidliği və ciddiliyi, onu yaxından tanımayan insanları heyrətlər içində buraxardı.

Sual: Şeyx,  şəxsi həyatında uşaqları ilə necə davranardı?

Cavab: Şeyxin oğullarına və qızlarına necə davrandığını iki mərhələdə incələyəi bilərik. Birinci dövr, körpəlik və uşaqlıq çağlarıdır. Bu dövrdə onları qoruyub müşahidə edər və yaxınlıq göstərərdi.   Məktəbə başladıqları zaman elmi təhsillərinə çox diqqət yetirərdi. Bu mərhələdə ayrıca, onlara öyüd verib, yol göstərər və hərdənbir İslam dininin öncəli məlumatlarınin toxumlarını əkərdi. Məsələn namaz qılmaq üçün məscidə gedərkən, bəzən uşaqlarını da yanında aparardı. Bəzən də, əgər onlar üçün bir çətinlik görmürsə, ramazan ayının müəyyən günlərində, onları oruc tutmağa təşviq edərdi. Bütün bunların yanında Quranı Kərimdən qısa surələri əzbərləməyə təşviq edər, müvəffəqiyyətli olmalarını vəziyyətində onları mükafatlandırardı.
İkinci dövr isə, gənclik və olğunluq çağlarıdır. Onların dini vəzifələrini yerinə yetirmələri xüsusuna və İslami bir tərbiyə ilə yetişmələrinə çox diqqət göstərərdi. Hər hansı bir səhv etmələri halında isə, onları hesaba çəkərkən çox möhkəm və qərarlı bir rəftar sərgiləyirdi. Əvvəlcə onları yumşaq bir üslubla xəbərdar edər, əgər bu vəziyyət bir neçə dəfə təkrar etsə, uşaqlarının düzəlməsi və etdikləri səhvin dəyişməsi üçün lazımlı gördüyü qərari vermədə heç tərəddüd etməzdi. Bununla birlikdə uşaqlarına duydugu bütün etibarı ortaya qoyardı. Özünə inam sahibi ola bilmələri üçün bəzi işlərində onları öz halına buraxardı. Onları hər vaxt yaxşılığa, qohum ziyarətinə təşviq edər və bu mövzuda idarəni əldən buraxmazdı.

Sual: Şeyx  saqqallarını hansi səbəb xınayla rəngləməzdi?

Cavab: Bəlkə də saqqallarını xınalamak üçün vaxt tapa bilmirdi. Xatırladığım qədəriylə, özüundən buna bənzər bir söz eşitdim.

Sual:  Şeyx nə vaxt hirslənərdi və sizin hirsli olduğunuz durumlarda rəftarı necə olardı?

Cavab: Allahın haram etdiyi şeylərin göz ardı edilməsi Onu olduqca çox hirsləndirirdi. Mən hirsli olduğumda isə, məsələn uşaqlarımdan birinə hirsləndiyim  zaman, məni sakitləşdirər və səhvli olan adama nəsihət verməmi söyləyərdi. Ümumiyyətlə çox sakit təbiətli biriydi, tez sinirlənməzdi. Hirsləndiyi zaman da hirsi tez soyuyardı. Bu Allahın ona bağışladığı böyük bir nemət idi. Bu mövzuda ona çox qibtə edərdim.

Sual: Şeyx yuxusundan necə oyanardı? Zəngli saat qururdumu və ya birinin onu oyandırmasını istəyərdimi ?

Cavab: Şeyx  oyanmaq üçün əvvəl Allaha sonra zəngli saata daha sonra da bizə etimad edərdi. Əksəriyyətlə zəngli saatdan və bizlərdən əvvəl oyanardı.

Sual: Şeyx hər mövsümdə paltarlarini yeniləyərdimi? Bayramlar da özünə yeni paltar satın alardimi? Köhnə paltarlarini nə edərdi?

Cavab: Şeyxin paltarlarini yeniləməsi, yeni bir mövsümün başlamasıyla əlaqəli olmazdı. Bu işi mənə buraxardı. Paltarlarinin yenilənməsini və ya dəyişdirilməsinin lazımlı olduğunu düşündüyümdə bunu edərdim. Amma o, bayram günlərində və cümə günləri ən gözəl paltarlarini geyməyə diqqət göstərərdi. Köhnə paltarlarini isə gözəlcə yuyub, ehtiyac sahiblərinə paylayardım.

Sual: Şeyx ailəsiylə gündəlik həyatını necə keçirərdi? Sizinlə birlikdə olduğu zamanlarda nə edərdi?

Cavab: Şeyxin proqramı, gün boyunca dolu və sıx idi. Evdə qaldığı zamanın böyük bir hissəsini kitabxanasında keçirərdi. Nəvarki o, uşaqlarından biri çox uzun olmamaq şərtiylə hal əhval etmək, fətva soruşmaq və ya fikirlərini bölüşmək  üçün yanına girəcəyini təxmin edər, davamlı qapısını açıq buraxardı. Biz onun həmişə məşğul olduğunu görərdik. Bunun yanında günorta yeməyini ailənin bütün fərdləri ilə  bir yerdə yeməyə diqqət göstərərdi. Bu yeməkdə ona suallar soruşmalarına fürsət verər, bəzi ailəvi məsələləri müzakirə edərdilər.Bəzən isə kiçik uşaqlarıyla zarafatlaşardı. Bununla birlikdə, günorta yeməyi vaxtında, gələn fətva istəklərinə cavab verməyə çox diqqət yetirərdi. Sırayla bir telefona cavab verər, bir bizimlə danışardı.  Bu vəziyyətə etiraz etdiyimizdə isə bizə; "bir telefona cavab verirəm, bir sizinlə danışıram. İşdə ədalətli olanda budur" deyərək cavab verərdi.

Sual: Şeyx sizlərlə birlikdə piknikə çıxardimi?

Cavab: Bəli. Həftədə bir, cümə günü namazdan sonra ailəsiylə birlikdə gəzintiyə çıxardı. Yaxın ətrafda çöl bir bölgəyə gedər, günorta yeməyini orada birlikdə yeyərdik. Uşaqlarıyla qaçış yarışı edər, bilməcələr soruşardı. Yanında gətirdiyi kiçik bir ov tüfəngiylə, atıcılıq və bənzəri müsabiqələr edərdi.

Sual: Şeyxin  oruc ibadəti necə idi?

Cavab: Ömürü boyunca hər aydan üç gün, Şəvval ayının altı günü, Zilhicce ayının ilk doqquz gününü və aşura günü oruclarını tutmağı heç buraxmadı.

Sual: (Proğramlarda) Qadınların birbaşa olaraq telefonda sual soruşub, qarşılılı danışmamasının səbəbi nədir?

Cavab: Bilmirəm. Bəlkədə şeyx, qadın səsinin eşidilməsində bir fayda və məsləhət olmadığını düşünürdü. Ancaq xüsusi telefondan axtarıb, fətva istəyən qadınlara cavab verər, ehtiyaclarını qarşılayardı.

Sual: Şeyx, uşaqlarının adlarıni necə seçərdi?

Cavab: Abdullah və Abdurrahman kimi bəzi adları özü seçdi. Digər uşaqlarının adlarıni seçərkən bizim fikirimizi soruşdu. Biz, bir ad bəyənər ona söyləyərdik. O, bəzən bu adı təsdiqləyər, bəzən də başqa bir ad seçməmizi istəyərdi.

Sual: Ən çox hansı şeylərdən ötəri xoşbəxt olardı?

Cavab: Heç şübhəsiz, İslamın və Müsəlmanların gücləndiyini görmək, onun xoşbəxt edən ən böyük səbəblərdən bir idi. Onu ev həyatında ən çox xoşbəxt edən xüsus isə, kiçiyiyilə, böyüyüylə bütün uşaqlarıyla birlikdə oturmaq idi. Bunun yanında nəvələriylə birlikdə keçirdiyi vaxtlarida  çox  xoşbəxt və məsud olardı.  Cübbəsini açıb, nəvələrini içinə soxar, suallar soruşub, təkrardan cübbəsini açaraq onları buraxardı və bunu bir neçə dəfə təkrarlayar dı. Daha sonra nəvələrini kitabxanasına aparar, burada onlar üçün hazırladığı şəkərləri verərdi. Bizlər bu şəkərləri  onlardan gizlədər  və yalnız onun əlindən almaları üçün böyük mucadilə verərdik. Nəvələri bu şəkərləməni babanın şəkərləri deyə adlandı \rirdi. Nə qədər məşğul olursa olsun, nəvələrindən birinin xəstələndiyini eşitdiyi zaman, evlərində onları ziyarət edərdi. Əgər xəstəxanaya qaldırılmışlar isə, onları xəstəxanada ziyarət edərdi. Onun bu rəftarı,  uşaqlarınının, yoldaşlarının və nəvələrinin ürəklərin də çox dərin izlər buraxmışdır.

Sual: Şeyxin, oğlan və qız olaraq neçə dənə uşağı vardı?

Cavab: Beş oğlu, üç də qızı vardı.

Sual: Oğlan və qız uşaqları arasında onun könülünə ən yaxın olan hansisi idi?

Cavab: Şeyx hər mövzuda uşaqlarının təhsilində ədalətli davranardı.Uşaqlarından birini digələrindən daha önə çıxarsa belə bunu aşkar etməzdi. Şeyx ən sadə işlərdə belə ədalətli olmağı tövsiyə etməyə diqqət göstərərkən, belə bir vəziyyətdə necə davranmasını gözləyərdiniz?

Sual: Uşaqlarından hansı, onun ölümündən ən çox təsirləndi?

Cavab: Onların hamısı atalarını itirmiş olmaqdan çox təsirləndilər. İşin həqiqətin e baxsaq, onu itirənin yalnız bizlər olduğunu düşünürəm. O, hər kəsin atası kimi idi. Onun ölümü hər kəsi çox sarsıtdı.

Sual: Onun ən kiçik uşağı hansıdər və neçə yaşındadır?

Cavab: Onun ən kiçik uşağı qızdır və 21 yaşındadır.

Sual: Şeyxin elm təhsilində atdığı ilk addımlar nələr idi? Qiymətli anamıza ona köməkçi olarkən hansı vəzifələr düşdü?

Cavab: Şeyx müəllimi olan, şeyx Abdurrahman Bin Nasir es-Sadinin ardından, böyük Uneyze məscidində tədrisat vəzifəsini üstləndi. O zamanlar mən onunla hələ evlənməmişdim. Bu vəzifəyə başladığında belə özünü hələ bir elm tələbəsi olaraq görürdü. Onu, elm tahsilindən və elm nəşrindən kənar qoyacaq hər cür məşğuliyyəti verməkdən uzaq durarak ona köməkçi olmağa çalışırdım. Ona xidmət edir, elm tələbində ehtiyac duyacağı və ona kömək təmin edəcəyi hər şeyi onun üçün uyğun hala gətirərək köməklərimi əskik etməməyə çalışırdım. Uşaqların nəzarət və idarəsidə mənə aid idi. Müdaxilə edib, həll və yol göstərməsinə ehtiyac duyduğum hususlarda ancaq hadisələri ona  xəbər verərdim.

Sual: Vaxtının haradasa bütününü verdiyi dəvət vəzifəsi ilə, ailəvi və ictimai məsulluyyət və hökümlülüklərini necə bir yerdə icra edə bilirdi?

Cavab: Şeyx zamanını çox diqqətli bir şəkildə nizamlar və buna çox diqqət göstərərdi. Təhsil, fətva və dəvət üçün müəyyən bir vaxt, ibadətlər üçün müəyyən bir vaxt, ailə və uşaqları üçün müəyyən bir vaxt ayırardı. Ayrıca ailəsi ilə zaman keçirmək üçün və qohum ziyarətləri üçün müəyyən bir vaxt ayırardı. Əgər ailəsi ilə şəxsən zaman keçirməyə fürsət tapa bilməzdisə, telefonla belə olsa, ailəsiylə birlikdə olmağa çalışardı.

Sual: Uşaq təhsili və istiqamətləndirməsində izlədiyi təhsil üsulu nə idi?

Cavab: Uşaq təhsilində izlədiyi üsul və fikirlərini daha əvvəlki suallarda izah etmişdik. Uşaqlarının təhsil həyatlarında isə, onları müəyyən xüsusi bir sahədə təhsil almağa məcbur etməzdi. Əksinə onlarla bir mövzu danışar, onlarinda fikrini öyrənərdi . Bunun ən böyük göstəricisi də, uşaqlarının fən, ilahiyyat və əsgəri universitetlərdən məzun olmalarıdır.

Sual: İş və görüşmələrinin sıxlığından ötəri ailəsindən və evindən uzaq qalırdı. Bu mövzuda sizin üzərinizə düşən vəzifələr nələr idi? Şeyxin yoxluğunu uşaqlarınızın həyatında necə his etdirmirdiniz?

Cavab: Şəhər içindəki elmi görüşmələrindən və təhsil vəzifəsindən ötəri yaxud şəhər xaricinə səyahət  etməsinə görə evdən uzaq qaldığı hallarda belə, telefonla axtararaq uşaqlarını izləyərdi. Evə döndüyü zaman onlarla tək tək oturub, danışardı. Bu səbəblə onun göstərdiyi səyin yanında mənim oynadığım rol çox kiçikdir. Buna baxmayaraq onlara, atalarının bir çox vəzifə və məsulliyyətlər üstləndiyini söyləyər və bundan şikayətçi olmamalarını təlqin edərdim. Şeyx, evə döndüğüğnde bizdən uzaq keçirdiyi vaxtları kompensasiya edərdi.

Sual: Şeyx evdəylən ibadəti necə olardı?

Cavab: Şeyx çox sıxılmış olduğu vəziyyətlər müstəsna, fərzlərin sünnələrini evində etməyə çalışardı. Gecənin sonunda qalxaraq, gücünün çatdığı qədər namaz qılar, səhər namazından dərhal əvvəl vitr namazı əda edərdi. Bunların yanında davamlı Allahı zikr və istiğfar edərdi.

Sual: Şeyxin gündəlik proqramı necə idi? Nə vaxt yatar və nə vaxt yuxudan oyanardı? Günorta, axşam və səhər yeməyini hansı saatlar da edərdi?

Cavab: Şeyx gecənin sonunda yuxusundan oyanar və Allahın dilədiyi qədər namaz qılardı. Səhər azanından əvvəl vitr namazını əda edərdi. Səhər azanından sonra, sünnəsini edər və ev xalqını namaz üçün oyandırardı. Namazı qılmaq üçün məscidə gedər, namazdan sonra evinə təkrarən geri dönərdi. Evin həyətində oturar və günəşin doğuşuna qədər zikrlərini və oxuyabildiyi qədər  Quran-ı Kərim oxuyurdu. Universitetdə dərs verdiyi günlərin xaricində, səkkizə qədər təkrarən  yatardı. Oyandıqdan sonra naharını edər və yarıda qalan işlərini tamamlayar, kitabxanasına çəkilərək, kitab oxumağa başlardi . Günorta azanı oxununcuya qədər buna davam edərdi və yalnız duha namazı qilmaq üçün ara verərdi. Günorta namazından sonra, saat bir yarım kimi, ailəsiylə birlikdə günorta yeməyini yemək üçün evə geri dönərdi. Yeməkdən sonra ilkindi azanına təxminən iyirmi dəqiqə qalana qədər telefonla fətva soruşanlara cavab verərdi.  Daha sonra on ya da on beş dəqiqə ilkindi azanına qədər dincələrdi. İlkindi namazı üçün məscidə gedər və insanların istəklərinə və fətvalarına cavab vermək üçün bir müddət orada qalardı. Bu insanlar, Şeyxin namazdan sonra məsciddə  bir müddət özlərinə vaxt ayırdığını bilərlərdi. Axşam namazından əvvəl kitabxanasına dönər, axşam namazına qədər kitab oxuyardi. Axşam namazından sonra şam namazına qədər olan müddətdə gündəlik dərsini vermək üzrə məsciddə otururdu. Əsasən namazdan sonra yüngül bir axşam yeməyi üçün evə dönərdi. Yeməkdən sonra bəzən, Səudiyyə Ərəbistanı xaricinə telefonla konfrans vermək üçün kitabxanasına keçırdi. Şeyxin, ramazan, həcc və yaz tətili kimi bir neçə xüsusi dövrün xaricində, il boyunca davamlı izlədiyi proqramı  belə idi.
 Bütün bunların yanında şeyxin evdə və ya evin xaricində etdiyi həftəlik yığıncaqları da vardı. Məsələn hər Çərşənbə axşamı qazılarla,universitetdə ki müəllimlərlə evdə toplanar, saat on bir, on ikiyə qədər davam edən görüşmələr edər və daha sonra yatmaq üçün otağına çəkilərdi.

Sual: Şeyxin ramazan ayında, xüsusilə iftardan sonrakı proqramı necə olardı?

Cavab: Şeyxin ramazan ayında fərqli bir proqramı olardı. Vaxtının böyük bir hissəsini, Quran oxumaq və insanların istəkləri ni qarşılamaq üçün məsciddə keçirərdi. Ramazan ayı boyunca, kasıbları və elm tələbələrini iftar üçün evə dəvət edərdi. Əvvəl oruclarını açar, axşam namazını etdikdən sonra da yemək üçün evə təkrardan dönərdilər. Şeyx bu vaxt, telefonla gələn suallara cavab verərdi. Evimiz, Şeyxə salam vermək və ya sual soruşmaq istəyən insanlarla dolub daşardı.

Sual: Şeyx istirahət vaxtını harada keçirməyi sevərdi?

Cavab: Şeyxin bilinən mənada bir istirahət vaxtı yox idi. Bütün vaxtı dolu idi. Şeyx bəzən bizimlə oturmaq istədiyində, telefon onu bizdən ayırar, vaxtının uzun bir hissəsini götürərdi. Şeyxin istirahəti elmin yayılması, insanların ehtiyaclarının aradan qaldırılmasi və fətva vermək idi.

Sual: Şeyx gündə neçə saat yatardı?

Cavab: ONun bölünməmiş yuxusu üç, dörd saatı keçməzdi. Yuxu saatların en hamısının cəmi də gündə altı saatı keçməzdi.

Sual: Şeyx, tələbələrindən hansını çox tərifləyər,  davamlı adını xatırlayar və özünü ziyarət etməsində şad olardı?

Cavab: Şeyx tələbələrini uşaqları kimi görərdi. Onların hamısını bərabər tutardi, hər hansı birini xüsusi olaraq tərifləməzdi. Onları evində qarşılayar, xüsusi günlərində ziyarətlərinə gedər, ehtiyaclarını qarşılayaraq, onlara köməkçi olardı. Mövsümlük edilən yığıncaq və yolçuluklarda onlara yoldaşlıq edərdi.

Sual: Şeyx təqva və zühdünə ailəsinin baxışı necə idi?

Cavab: Biz onu hər istiqamətiylə nümunəvi bir bir insan olaraq görərdik. Onun zühd və təqvası bizim üçün çox qiymətli idi. Əksinə onun bu xüsusiyyətləri ailəmizin rahatlıq və dinclik qaynağı idi. Çünki O, insanları çətinə soxmağı sevməzdi. Ətrafındakılarını çətinlik içinə soxmaqdan xoşlanmazdı. O, çox sadə bir insan idi və hər işində asanlığı sevərdi.

Sual: Şeyx Əbdüləziz Bin Baz vəfat etdiyi zaman, Şeyx göz yaşı tökdümü?

Cavab: Şeyx, müəllimi Əbdüləziz Bin Bəzin ölümündən çox təsirləndi . Ətrafında olan hər kəs də onun nə qədər çox təsirləndiyini hiss etdi. Allah o ikisiylə bizləri naim cennetində görüşdürsün.

Sual: Şeyx elmi mövzuların xaricində hər hansı bir səbəblə səyahət edərdimi?

Cavab: Xeyr. Şeyx elm məqsədi xaricində  səfərə çıxmamışdır. Məsələn, ümrə  etmək üçün Məkkəyə getdiyində,  hərəmdə dərs vermək üçün müəyyən bir vaxtını ayırardı. Böyük Alimlər Komissiyasınin yığıncağına qatılmaq üzrə Taif ya da Riyada getdiyi zaman belə orada bir məsciddə dərs ya da konfrans verərək proğramını doldururdu.

Sual: Şeyx  ehtiyac sahibləri nə necə ikram edərdi?

Cavab: Şeyx bir yaxını olsun, olmasın bütün ehtiyac sahiblərinə əhəmiyyət verərdi. Məsələn qohumlarından və ailəsindən ehtiyac sahiblərinə davamlı nəzarət edər, onlara kömək edərək ehtiyaclarını qarşılayardı. Ayrıca qonşularından ehtiyac sahibi olanlara da çox diqqət yetirər, ehtiyacları olanlara hər mövzuda köməkçi olardı. Bununla da kifayətlənməyi p, onları ziyarət edərək problemləri haqqında nəsihətlər edər, xoşbəxt günlərində onlarla birlikdə olardı.

Sual: Şeyxdən elmi bir təhsil aldınız mı? Fətva vermə mövzusunda ondan istifadə etdiniz mi? Heç fətva verdinizmi?

Cavab:  Həyatın ictimai və dini hər sahəsində ondan çox şeylər öyrəndim. Buna baxmayaraq, heç fətva verməyə cəhd etmədim. Sual soranlardan eşitdiyim sualları ondan soruşar, sonra onun verdiyi cavabı sual sahiblərinə köçürərdim.

Sual: Şeyx ölümündən əvvəl sevdiklərinə və ailəsinə nələri vəsiyyət etdi?

Cavab: Şeyx vəfatından əvvəl xüsusi olaraq hər hansı bir vəsiyyətə etmədi Lakin O, həyatı boyunca həm bizlərə həm də ətrafındakı insanlara vəsiyyət edərdi . Onlara dünyalarında və dinlerində fayda verəcək nəsihətlər edərdi.

Sual: Elm tələbələri və dəvətçi olan kəslərin xanımlarına nə kimi nəsihətlər edərdiniz?

Cavab: Hərhalda ərlərinin namuslarını mühafizə etsinlər. Elm və dəvət vəzifələrini yerinə yetirmə mövzusunda yoldaşlarının ehtiyac duyduqları mühit və şərtləri hazırlamağa səy göstərsinlər. Dəvətlərinə görə, səyahət, araşdırma və kitab oxumaqa çox zaman  ayirdiqlarina hirslənməmələrini tövsiyə edərəm. Allahın icazəsiylə əldə edilən savabı ərləriylə paylaşcaqlar . Hər kim bir döyüşçü üçün lazımlı təchizatı təmin etsə şübhəsiz ki oda bu döyüşə qatılmış kimi olar.

Sual: Onun uşaqları ya da qonşularıyla yaşadığı maraqlı bir hadisəsni bizlərə danişa bilərsinizmi?

Cavab: Şeyx uşaqları və qonşularına qarşı çox təvazökar idi. Xatırladığım gözəl xatirələrdən bir dənəsidə budur. Kiçik yaşdakı uşaqlarının və bəzi yoldaşlarının səslərini qeyd edərdi. Bəzi surələr oxudar və bunu böyüyüncə özləri nə dinlədərdi. Biz hələdə onların səs  kasetlərini saxlayırıq.

Sual: Şeyx qonaqlarini qarşılamadakı rəftarı nə idi?

Cavab: Şeyx qonaqlarini cana yaxın, gülər üzlü və sadə bir şəkildə qarşılayardı. Onları çətinliyə soxmaz, qonaq olduqlarını hiss etdirməzdi. Günorta və axşam yeməklərində ya da günün digər saatlarında yanında qonaq gətirmədiyi gün çox azdır. Onun qonaqlarinin gəlməsinə çox sevinər,  əlimizdən gəldiyincə ikram edərdik.

Sual: Qiymətli məmləkətimizdə, yer üzündə fəsad çıxarmağa çağıran insanlara nəsihətiniz nədir?

Cavab: Uca Allahdan məmləkətimizi qoruyub, güvən və sabitlik nemətini davam etdirməsini niyaz edirəm. Şeyx yer üzündə, bu ölkə kimi şəriəti və doğru əqidəni tətbiq edən başqa bir ölkə bilmədiyini davamlı təkrar edərdi. Problemləri hikmət, gözəl söz, zorbalıqdan uzaq yumşaq bir üslubla həll edilməsini nəsihət edərdi. Çünki, yumşaqlığın oldugu hər iş gözəlləşər, olmadığı hər işdə çirkinləşər.

Sual: Şeyxin qəribsədiyiniz və yerinə yetirməkdə tərəddüd etdiyiniz bir istəyi oldumu?

Cavab: Bir çox kimsə mənim oxuma-yazma bilmədiyimin fərqində deyil. Yəni, mən heç bir təhsil almadım. Şeyxlə evlendiktən sonra, tək məşğuliyyətim və prioritetli işim, şeyxin elm öyrənib, öyrədə bilməsini təmin edəcək uyğun və rahat mühiti təmin etmək və xidmətini edə bilməkti. Uşaqlarım doğulduqdan sonra, şeyxin elm və iş həyatında ona köməkçi olmanın yanında uşaqların tərbiyəsi ilə də məşğul oldum. Uşaqlar böyüdükdən sonra məsuliyyətim və işlərim azalmaga başladı. Mənə yaşı irəliləmiş kəslər üçün təşkil edilən kursa getməm istiqamətində tövsiyə edib, məni təşviq etməyə başlamasına çox çaşdım. İlk zamanlar  tərəddüd etsəm də çox keçmədən kursa qatılmağa qərar verdim. Təhsil gördüyüm müddət içində mənim təhsil vəziyyətimi davamlı izlədi. Kursdan göndərilən hər hansı bir sənədə  uşaqlardan birinin imza atmasına razı olmaz, və məktəblə əlaqəli sənədə aid hər mövzuya imza atacaq tək adam mənəm deyərdi. Təhsil aldığım dövr, unuda bilməyəcəyim gözəlliklərlə dolu və bir çox faydalı məlumatlar öyrəndiyim günlər olaraq həmişə yaddaşımda qalib.

Sual: Şeyx  sizə, uşaqlarına və insanlara nə növ hədiyyələr verərdi?

Cavab: Şeyx həyatı boyunca qohumlarına və ya xaricilərə, heç bir xəsislik göstərmədən gücünün çatdığınca kömək edərdi. Bizə verdiyi ən qiymətli hədiyyə isə mənə və uşaqlarıma etmiş olduğu dini dəvətdir. Bizə verdiyi bu hədiyyəni uca Allahın qəbul etməsini və etmiş olduğu yaxşılıqlar xəzinəsinəəlavə etməsin i, məni və uşaqlarımı onun yaxşılıqlari ile ruziləndirməsini diləyirəm. Şübhəsiz ki o hər şeyi eşidib, cavab verəndir.

Bu sual, Dr. Yusuf el-Saidiyə aiddir: Şeyx məsciddə yaşanan gözəl hadisələri sizə danişardimi?

Cavab: Şeyx danişilmasini uyğun gördüyü bəzi hadisələri bizə izah edərdi. Dr. Yusuf övladımın başından keçən hekayəni də izah etmiş ola bilər. Amma keçən müddətin uzunluğu və zamanın keçməsii unutmama səbəb oldu.

Sual: Şeyx  dəvət üçün səyahət etdiyində ona qarşı tutumunuz necə olardı?

Cavab: Onu təşviq edər və bu mövzuda cəsarətləndirirdim . Səfərini asanlaşdıracaq, ehtiyacı olan hər şeyi hazırlayardım. Genəlliklə çox az səyahət edərdi. Etmiş olduğu yolculuklarin bir çoxuna məndə onunla birlikdə gedərdim. Səudiyyə Ərəbistanı xaricinə isə müalicə məqsədli, təxminən on günlik bir Amerika səyahəti etmişdi.

Sual: Şeyxin  məmləkətimizə internetin ilk girdiyində rəftarı nə oldu?

Cavab: Şeyx bu xidmətdən faydalananların və dini elmlərin yayılmasına və xidmətinə təqdim edənlərin qabaqda gedənlərindən biriydi. Elmi işlərinin nəticəsindən ibarət olan bütün məlumat və təcrübələrininnin  toplandığı bir sayt qurulması üçün etdiyi işlər bunun ən böyük göstəricisidir.

Sual: Şeyx  nə vaxt bir telesekretar satın aldı?

Cavab: Bir çox adamın bilmədiyi şeylərdən biridə şeyxin yeni texnologiya və cihazlarla əlaqədar mövzulara çox əhəmiyyət verdiyidir. Bu sahədə tapa bildiyi hər şeyi satın alardı. Hələ mağazalarda yayılmamış bəzi cihazların şeyxdə oldugunu belə görərsiniz. Elektronik saatlar, qiblənin istiqamətini göstərən cihazlar, qeyd cihazları, sabit və ya cib telefonları, səsli məlumatların yazildiği cihazlar, telesekretar və bənzəri bir çox cihaz buna bir nümunədir. Bütün bunlara söykənərək deyə bilərim ki, telesekretar ölkəmizdə mağazalara gəldiyində onu ilk satın alanlardan biriydi. Həqiqətən belə bir alətə çox ehtiyacı vardı. Səfər edəcəyi zamanlar bu aləti proqramlar və xüsusi olaraq səs qeydini özü edərdi. Çünki gedəcəyi yerə dair səs qeydini dəyişdirərdi. Bu cür mövzularda bizdə onunla məsləhətləşərdik.

Sual: Şeyx  qəzet oxuyurdumu? Yerli və ya dünya da olan xəbərləri necə öyrənərdi?

Cavab: Yerli bir qəzet olan əl-Cezirə qəzeti evimizə ödənişsiz  olaraq gəlirdi. Əgər vaxt tapa bilərdisə onu nəzərdən keçirib, səhifələrini qarışdırardı. Bəzən də bizdən, bəzi əhəmiyyətli xəbər və məqalələri toplamaq üçün kəsməmizi istəyərdi. Səhər yeddi, səkkiz kimi nahar vaxtında Quran radiosunu və ya London radiosunu dinleyerək daha çox xəbər öyrənərdi. Əhəmiyyətli hadisələrin və ya xəbərlərin olması halında isə xəbər təkrarlarını dinləməyə daha çox zaman ayırardı.

Sual: Şeyxə neçə dəfə Riyada yerləşməsi təklif edildi?

Cavab: Şeyxə bir çox dəfə Uneyzedən ayrılıb, Mədinə, Məkkə və Riyada yerləşməsi təklif edildi. Bunların yanında Ahsa bölgəsində qazılıq vəzifəsini etməsi də təklif edildi. Ancaq, Şeyx Uneyze də qalmanın daha böyük fayda verəcəyini düşünürdü. Bundan ötəri özünə gələn bütün təklifləri geri çevirdi.

Sual: Şeyx kral Faysal, kral Suud, kral Faht  -Allah onlara rəhmət etsin-  və bunların xaricində özünü ziyarət edən idarəçilərə nə ikram edərdi?

Cavab: Şeyxin Uneyze də ki kərpicdən evini, Kral Suud, Kral Xalid və Kral Faht-rahimehullah- ziyarət etdilər. Onun dünyadaki evinin sadəliyini, ciddiliyini və zühdünü çox bəyənərdilər. Allah onların hamısını bağışlasın.


Sual: Şeyx sizin xaricinizdə başqa biriylə evləndimi? Şeyx neçə qadınla evləndi?

Cavab: Xeyr. Mənimlə evliykən sonra başqa bir qadınla evlənmədi . Ancaq, Şeyx iki dəfə evli oldu. Birinci evliliyində ki xanımı vəfat edincə, ikinci evliliyini mənimlə etdi. Lakin Allah subhanahu və təala onun bu evliliyinin davamını nəsib etmədi.

Sual: Birdən çox evlilik edənlərə nə nəsihət edərdiniz?

Cavab: Ədalətli olun… Ədalətli olun… Ədalətli olun…

Sual: Qiymətli müəllimimizdən mənə nəsihətdə olmasini istəmiş olsaydım, görəsən mənə nə kimi nəsihətlər edəcəyinizi düşünərdiniz?

Cavab: Sənə, öz qızlarına və bütün Müsəlmanların qızlarına nəsihət verdiyi nəsihəti edərdi. Gizli və açiqda hər vəziyyətdə Allah azzə və cəlləden qorxmağını və Ona itaət etməyini, ana və atana yaxşılıq etməyini, qohumlarını ziyarət etməyini, ərin namusunu mühafizə etməyini, uşaqlarını tərbiyə edərkən, Allah qorxusuyla hərəkət edərək, yumşaq və dostacisana  bir rəftarla-doğru, İslami tərbiyə ilə tərbiyə etməyini nəsihət verərdi.

Sual: Şeyx bu xəstəliyinə tutulma xəbərini necə qarşıladı və bunu sizə necə xəbər verdi?

Cavab: Şeyx xəstələndiyini öyrənincə, səbr və buna qarşılıq savab gözləyərək hərəkət etdi. Xəstəliyini bizlərə açmaq mövzusunu belə özü düşündü. Uşaqlarımıdan birinin mənə daha sonra izah etdiyinə görə, ataları özlərindən xəstəliyi haqqında, ana və bacılarına heç bir  şey danışmamalarini, bu işi ona buraxmalarını istədiyini xəbər verdi. Şeyx xəstəliyini bizə yavaş yavaş izah etdi.  Uca Allahdan onun günahlarını bağışlamasını və fesih cənnətinə yerləşdirməsini niyaz edirəm.

Sual: Şeyx   Çeçenistan və başqa yerlərdə yaşayan müsəlmanlar haqqında sizlərə bəhs edər idimi? Biz şeyxin onların nə vəziyyətdə olduqlarını öyrənməyə və onlara fətva verməyə çox əhəmiyyət verdiyini eşitdik.

Cavab: Şeyx Fələstin də, Cəzair də, Afganistanda, Çeçenistanda və dünyanın hər yerin də yaşayan Müsəlmanların nə vəziyyətdə olduqlarını izləməyə böyük əhəmiyyət verərdi.

Sual: Dəvəti əsnasında Şeyxin neçə mərhələdən keçdiyini bizə izah edərsinizmi?

Cavab: Bir çox mərhələdən keçmişdir. Ölümündən sonra onun və dəvəti haqqında yazanlardan  bu mövzunu öyrənə bilərsiniz.

Sual: Şeyxin xəstəliyi əsnasında, xəstəliyi (xərçəng) üçün murdar ləfzinin istifadə edilməsinə qarşı olduğunu öyrəndik. O bu xəstəliyi təhlükəli olaraq xarakterizə edirmiş. Bizə, bu mövzuda və səbrindən bəzi xatirələr anlada bilərsinizmi?

Cavab: Şeyx yalnız xəstəliyindən sonra deyil, əksinə bu xəstəliyə tutulmadan əvvəl də bu fikirdə idi. Yəqin murdar sözünü çirkin bir ifadə olaraq görürdü. Səbrinin nümunələri isə xəstəliyi əsnasında yaxşıca ortaya çıxdı. Çox şiddətli ağrılar çəkdiyini yaxşı bilirəm . Gecə boyunca xəstəliyindən ötəri bir çox dəfə yuxusundan oyanardı. Ağrılarının olub olmadığı soruşulduğu zaman isə ağrılarının olduğunu söyləyər amma bunu şikayət etdiyindən ötəri deyil də, xəbər vermək üçün söylədiyini əlavə edərdi. Çünki o səbredənlərin alacagi qarşılığı çox yaxşı bilirdi .

Sual: Şeyxin qızlarını evləndirmədəki izlədiyi üsul nə idi və qızlarını kimlərlə evləndirdi?

Cavab: Şeyx, qızlarını evləndirəcyi yoldaşlarını seçərkən bu hədisi şərifi tətbiq edərdi: "Əgər dinindən və əxlaqından razı olduğunuz biri sizə qızınızla evlənmək üçün gəlirsə, qızlarınızı onunla evləndirin".

Sual: Şeyx, uşaqlarının səhvlərinə qarşı onları sıxardimi? Yoxsa yumşaq bir rəftarla, sərbəst buraxaraq və öyüd vermə yolunumu  seçərdi?

Cavab: Şeyx, uşaqlarının içinə düşdüyü səhvin növünə görə fərqli tərbiyə və davranış düzəltmə metodları tətbiq edərdi. Bəzən onun qadağan etdiyi işlərdə çox qərarlı, tövsiyələrində çox möhkəm olduğunu, bəzi durumlarda isə daha yumşaq olduğunu görərdiniz. Övladına tövsiyə və nəsihətlər edırdi. Ümumiyyətlə bir şeyi qadağan etdiyi zaman, bunu eləcə buraxmaz, onun yerini tuta biləcək, ona bərabər bir alternativ axtarardı. Beləcə uşaqlarının ürəyində hər hansı bir inciklik olmazdı.

Sual: Şeyx, xəstəliyini necə müalicə edərdi? Şeyxin səbrini göstərən bir nümunə izah edə bil irsinizmi?

Cavab: Şeyx həyatı boyunca və səhhətinə təsir edən hər hansı bir çətinliklə qarşılaşdığında, tibbi tövsiyələr  üçün həkimə gedər və dərman istifadə edərdi. Bununla birlikdə bəslənmə proqramına çox möhkəm bir şəkildə riayət edərdi. Buna əlavə olaraq gecə, gündüz məscidə gedib gəlirdi. İnsanın bədən səhhətinin bir əmanət olduğunu, buna laqeydlik edilməsinin isə caiz olmadığını ifadə edərdi. Xəstə olduğu dövrlərdə özünü, ailəsini, nəvələrini Quran oxuyaraq (rukye) müalicə edərdi.  Son xəstəliyində qiymətli müəllimlərinin  Quran oxuyaraq (rukye) müalicə etmələri onu  çox rahatlaşdırmışdı doğrusu.
Sual: Hamımızın həyatında yaşadığımız çok çətin anlar vardır. Sizdə yaşadığınız bu çətin zamanlardan birini izah edərsinizmi?
Cavab: Şeyxin son xəstəliyinə tutulduğu zamanlardan daha çətin günlər görmədik. Allahdan başqa kimsənin bilemiyəcəyi vəziyyətlər yaşadıq. Buna baxmayaraq Şeyx bizə səbr etməmizi söyləyər, bu çətin günlərin ruhumuzda və üzümüzdə bir iz buraxmaması üçün səy sərf edərdi.

Sual: Şeyxin  ölümüylə həyatınızda itirdiyiniz ən böyük şey nədir?

Cavab: Şeyxin ölümü, yaxın ailəsi olaraq, yalnız bizim itkimiz deyil, hər kəs üçün böyük bir müsibət idi . Bütün müsəlmanların bu duyğular içində olduğunu fərq etdik. Onun ölümü hər kəs üçün bir ata, bir müəllim, bir öyüd verənin itirilişi, İslamın və Müsəlmanların itkisi idi. Vəfatedərkən buraxdığı böyük elmi miras bizi ayaqda tutur. Bu böyük mirasdan biridə öz adını daşıyan xeyriyyə təşkilatıdır . Bu təşkilat, onun elmi mirasını və işlərini, qoruyub yaymaq və yer üzünün hər istiqamətinə çatdırmaq üçün çalışır. Hər şeyə qadir olan uca Allahdan bu əməlinin onun dərəcəsənin yüksəlməsinə səbəb olmasını diləyirik . Şübhəsiz ki o duaları eşidib, cavab verəndir.


  http://www.sahab.net/forums/showthread.php?t=342836
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 533 | Yüklədi: selefimedia