Şeyx Albanidən xatirələr. - 28 Июля 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » İyul » 28 » Şeyx Albanidən xatirələr.
09:51
Şeyx Albanidən xatirələr.
Şeyx Albanidən xatirələr.

Samir əz-Zuheyri buyurur:

- Mən şeyx Albanini tanıdığım gündən, ağır xəstə və ya səfərdə olmadığı müddətcə, onu il boyu heç bir zaman həftənin birinci və dördüncü günü orucunu tərk edən görmədim!



[‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 39]


Şeyx Samir əz-Zuheyri buyurur:

- Şeyx Albani (rahiməhullah) xəstə olduqda belə, yaxşılığı əmr edib, çirkin işlərdən çəkindirməyi tərk etməzdi.

Bir dəfə şeyx Albani (rahiməhullah) xəstəxanada ikən mən onunla idim. Onu müalicə edən həkim palataya daxil oldu. O, saqqalını təmiz qırxmışdır. Həkim şeyxi müayinə etdikdən sonra dedi:

- Şeyx, mənim üçün dua edin!

Şeyx Albani saqqalı qəsd edərək buyurdu:
- Allahu təalə, kişiləri (saqqal ilə) gözəlləşdirdiyi kimi, səni də gözəlləşdirsin!


[‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 30]


Samir əz-Zuheyri buyurur:

- Şeyx Albani (rahiməhullah) Cümə günü məscidə daxil olar, iki rükət nafilə namazı qılmağa başlayar və bir də imam xütbə vermək üçün minbərə qalxanda namazı bitirərdi.


[‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 39]


Şeyx, nə üçün ağlayırsız?


Şeyx Albani maşınında əyləşən vaxt bir kişi ona yaxınlaşır və soruşur:
- Siz şeyx Albanisiz?

Şeyxin gözləri yaşarır, kişi şeyx Albaninin ağladığını görüb soruşur:
- Şeyx, nə üçün ağlayırsız?

Şeyx Albani yaşlı gözlərini silərək buyurur:
- Xalqın məni tanıması və tərifləməsinə rağmən qəlbimə riya gəlməməsi üçün nəfsim ilə mübarizə aparıram.


[‘Əsrin muhəddisi Şeyx Albani’ kitabı, səh. 40]


Narahat olsam da, mənə daha əhəmiyyətli olan vaxtıma qənaət etmək idi.

Hədis imamı şeyx Albani (rahiməhullah) xatırlayır:

- Mən işə getmək üçün velosiped aldım. Dəməşq camaatı başında çalma olan şeyxin velosiped sürdüyünü ilk dəfə görürdü. Onlar bu mənzərəyə çox təəccüblənmişdilər. Onların mənə təəccüblə baxmağı, məni narahat edirdi. Narahat olsam da, mənə daha əhəmiyyətli olan vaxtıma qənaət etmək idi.


[‘Şeyx Albaninin həyatı’ kitabı, səh. 24]


Həqiqətən, Şeyx Albani ravi zənciri ilə birlikdə yüz min hədis əzbər bilirdi.

Şeyx Əşiş rəvayət edir ki, hədis imamı Şeyx Albani bizə hədislərin dərəcələrini izah edirdi, sonra sözünə belə davam etdi:

- Hafiz- ravi zənciri ilə birlikdə yüz min hədis əzbər biləndir!

Şeyx Əşiş:
- Şeyximizin yüz min hədis yadda saxlamağı onun biliyindən razı qalmağıma kifayətdirmi?

Şeyx Albani:
- Bu sizlik deyil!

Şeyx Əşiş:
- Bu elə mənlikdir.

Şeyx Albani:
- Bu sizlik deyil..

Şeyx Əşiş:
- Mən deyə bilərəmmi, şeyximiz hafizdir?

Şeyx Albani sükut etdi.

Şeyx Əşiş:
- Sizin sükutunuzu təsdiqləyici cavab kimi qəbul edimmi?

Şeyx Albani:
- Mən dedim axı, bu sizlik deyil!

Şeyx Aşiş:
- Bu elə mənlikdir. Sizin susmağınızı cavab kimi qəbul edə bilərəmmi?

Şeyx Albani yenə sükut etdi.

Şeyx Əşiş bir neçə dəfə bu sualı təkrar etdikdən sonra, Şeyx Albani buyurdu:
- Sizə verilən nemətlərin hamısı Allahdandır.(Nəhl, 53)

Şeyx Əşiş dərhal dedi:
- Bunu cavab kimi qəbul edimmi?

Şeyx Albani:
- Necə istəyirsiz, elədə başa düşün!

Şeyx Əşiş bu hadisəni xatırlayaraq buyurur:
- Mən sevincək halda ucadan dedim: "Allahu Əkbər”, "Lə iləhə illəllah”, Əlhəmdulilləh. Həqiqətən şeyx yüz min hədis əzbər bilir.

Bunu eşidən şeyx gülümsədi, sanki söylədiklərimi təsdiq etdi. Bayaqdan isə konkret olaraq suala cavab verməməyi Allaha olan İxlasından irəli gəlirdi.


[Şeyx Albaninin həyatı, səh. 40]


Yuxuda Rasulullah (sallAllahu aleyhi və səlləm) dedi: Albanidən soruşun!


Mən Şeyx Albani ilə sonuncu görüşümdə ona dedim:

- Qardaşlarımızdan biri yuxuda Peyğəmbərimizi (sallAllahu aleyhi və səlləm) görüb və Peyğəmbərimizdən soruşub:

- Mən hədis elmində hər hansı bir məsələni anlamaqda çətinlik çəksəm, kimə müraciət edim?

Rasulullah (sallAllahu aleyhi və səlləm) ona belə cavab verib:
- Albanidən soruşun!

Mən sözümü bitirdikdən sonra Şeyx Albaninin gözləri yaşardı və hönkürtü ilə ağlayaraq, durmadan bu cümlələri təkrar etdi:

- Allahummə məni bağışla! Onlar məni olduğumdan daha yaxşı hesab edib, mən haqda bilmədən danışırlar!


['Şeyx Albaninin həyatı' kitabı, səh. 45]


İmam Huseyn əl- A’va xatırlayır:

Şeyx Albani (rahiməhullah) öz maşını ilə bir-bir tələbələrinin evlərinin qarşısından keçib, onları Fəcr namazına oyadardı.

["Şeyx Albaninin həyatı” kitabı, səh.38]


Şeyx Albaniyə İbn Bəzzin vəfat etdiyini söylədikdə...


Böyük muhəddis şeyx Albaninin (rahiməhullah) sevimli tələbəsi Əli Həsən əl-Hələbi xatırlayır:

- Küləkli hava idi, şeyximə İbn Bəzzin vəfat etdiyi xəbərini çatdırdım. Şeyx Albani (rahiməhullah) bu xəbəri eşitdikdə gözləri yaşardı və dərində ah çəkərək dedi:

- İnnə lilləhi və innə ileyhi raciun, Allahummə'curni fi musiybətiy və əxlif liy xayran minhə (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq! Allahım! Başıma gələn müsibət sayəsində məni mükafatlandır və əvəzinə ondan da xeyirlisini ver!) [1]

[1]- Muslim, 2/632


[Muhəddisul A'sr, səh. 3]


Az Zubeyr
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 268 | Yüklədi: selefimedia