Quranı pul qarşılığında oxumağın hökmü nədir? - 26 Апреля 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Aprel » 26 » Quranı pul qarşılığında oxumağın hökmü nədir?
17:03
Quranı pul qarşılığında oxumağın hökmü nədir?
Pul müqabilində Quran oxumaq olarmı?


Kateqoriya: Quran və Elm / Quranın fəziləti | Müəllif: Şeyx ibn Bəzz |

Sual:

Quranı pul qarşılığında oxumaq barədə hökm nədir?

Cavab:

Həmd Allaha məxsusdur.

Əgər məqsəd Quranı insanlara tədris etmək, əzbərlətməkdirsə, elm əhli arasında olan ən səhih rəyə görə bu məqsədlə pul götürməkdə bir müşkül yoxdur. Həmçinin səhih hədisdə əqrəb sancan bir kəs üçün müəyyən məbləğ müqabilində Quran oxunduğu nəql olunub. Rəsulullahdan sallallahu aleyhi və səlləm rəvayət olunan hədisdə deyilir: "Sizin götürdüyünüz ən yaxşı haqq (ücrət) Allahın Kitabına görə götürdüyünüz ücrətdir”. Buxari rahiməhullah hədisi Səhih əsərində təxric etmişdir. Lakin ücrət götürməkdə məqsəd sadəcə hər hansı bir münasibətlə mücərrəd oxunuşa görədirsə bunun üçün ücrət götürmək olmaz. Şeyxu-l-İslam ibn Teymiyyə rahiməhullah bildirir ki, bunun haram olduğuna dair elm adamları arasında hər hansı bir ixtilafın olduğu məlum deyil. Sitatın sonu.
Fətvalar Məcmuəsi, İbn Bəzz, 21/211

Sual:


Quran əzbərləmə müsabiqələrində götürülən hədiyyələrin hökmü nədir?

Cavab:

Bunda heç bir xəta yoxdur və bu məsələdə kişilərlə qadınlar arasında heç bir fərq yoxdur.


Fətəvə Ləcnətu əd-Dəiməh, 4/126


http://fatwa.islamweb.net/fatwa/index.php?page=showfatwa&Option=FatwaId&Id=106602


Tərcümə:Nəriman Hüseyn
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 339 | Yüklədi: selefimedia