Baş səhifə » 2013 » Aprel » 01
Yalan danışan kəs bilməlidir ki, danışdığı yalanlara görə sabah Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi yalan danışmaq da öz sahibini Cəhənnəmə aparır.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

«Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır».
 (Sahih əl-Buxari, 7/95, Sahih Muslim 4/2012)
Bölmə: Mobil Kitablar | Baxılıb: 1027 | Yüklədi: selefimedia | Tarix: 01.04.2013