Qamət Süleymanov:"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir" -müsahibə- 2-ci hissə. - 24 Июня 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » İyun » 24 » Qamət Süleymanov:"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir" -müsahibə- 2-ci hissə.
23:35
Qamət Süleymanov:"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir" -müsahibə- 2-ci hissə.
 

"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir"

"İraqda təkcə İŞİD deyil, ümumiyyətlə sünni caamatı Malikiyə qarşı qalxıb"

 
Ancaq onlar peyğəmbəri özlərinin sələfi hesab etdikləri üçün özlərinə sələfi deyirlər. Biz də həm dünyanı, həm də onların baxışlarına dərindən nəzər salmaq üçün Əbu Bəkr məscidinin imamı, Qamət Süleymanovla görüşməyə qərar verdik.
 
Suallarımız çox idi. Biz İslamı anlamaq, İslamın mahiyyətinin nə olduğunu, İslamda məcburiyyət, terror olub olmadığını, İslamın ərəblər üçünmü gəldiyini sələfilərin baxışı ilə anlamaq üçün suallarımızı verdik və oxucularımız üçün cavab aldıq. Gerisi oxucunun təqdiridir.
 
Əbu Bəkr məscidinin imamı Qamət Süleymanovun Etatist.com-a verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik:


(Əvvəli: http://etatist.com/xeber/15012-cihad-ttbiq-etmyin-rtlri-var-bu-bkr-mscidinin-imam.html)

"Quran-i Kərim xristian və yəhudiləri təslim olan saymadı"

"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir"- Müsahibə

- Ümumiyyətlə, insanlar arasında dini, yaxud da məzhəb zəminində münaqişələr yaranmasının səbəbləri onların dayandıqları istinad nöqtələridir. Amma bütün dinlər - istər Xristiyanlıq, istər Musəvilikdən fərqli olaraq İslam özündən başqa həm də 3 kitaba iman etməyi tələb edir. Bu münaqişələrin bitməsi üçün bir istinad nöqtəsi olmalıdır. Bu da var - təslim olmaq. Sizin fikrinizcə İbrahim (ə) kimi, iradə azadlığından istifadə edib, başqaları haqqında hökm vermək yerinə Allah rızası üçün təslim olmaq daha doğru olmaz?

- Daha doğru olar. Lakin problem nədədir? Məsələn, xristiana desən, deyəcək ki, əsl təslim olan mənəm, yəhudiyə desən o da deyəcək ki, əsl təslim olan mənəm. Ya da məsələn, çıxsan küçəyə bir adamı tutsan. Əsasən yaşlılar, hansı ki, o adam heç namaz qılmır, Kəlmeyi Şəhadəti də dəqiq bilmir. Ona desən, o da deyəcək ki, əsl müsəlman mənəm, heç kəsə pislik etməmişəm və s. Bizim kitabımız var. Təhrifdən uzaq. Bizim mənbəyimiz odur. Əsasımız odur. Bizim peyğəmbərimiz var. Biz onunla müqayisə edirik. Elə bil tərəzidir. Onunla ölçürük və onunla biçirik. Quran-i Kərim xristian və yəhudiləri təslim olan saymadı. Bütpərəstləri demirəm heç.
 
- Siz nəyə əsasən bunu deyirsiniz?
- Allah Sübhanə Təala Quran-i Kərimdə buyurur ki, - məsələn, adi xristianlar deyirlər Allah üçdür - de ki, Allah təkdir. Axırda deyir ki, onlar kafir oldular. Açıq və aydındır. Təsdiqləmədilər ki, onlar təslim olublar. Hətta bəyan oldu ki, o cür təslimiyyət sayılmır. Təslim olmaq üçün müəyyən bir əməllər var. Onları eləsən, o zaman təslim olan sayılacaqsan.
 
- Bəs nə üçün İncilə və Tövrata iman gətirməyimizi bizdən tələb edir? Bəzi müsəlmanlar isə İncili, Tövratı oxumadan iman gətirdiklərini deyirlər. Oxumadan bir kitaba necə iman gətirmək olar?
- Bilirsiniz nə üçün? İncildən və Tövrat bizə məlum olan kitablarımızdır. Bizə sadəcə 25 peyğəmbərdən xəbər gəlib. Bir hədis də gəlib ki, peyğəmbər (s.a.s) buyurur ki, 124 min peyğəmbər gəlib və bunun 315-i rəsuldur, qalanı nəbi. Sual necə idi?
 
- Bir çox müsəlmanlar İncili və Tövratı oxumadan iman gətirdiklərini deyirlər...
- Allah Təala bizə buyurub ki, onlar da Allahın kitabıdır. Onlardan biri İsaya nazil olub, biri Davuda, biri Musaya. Onlar da bizim peyğəmbərdir. Biz Peyğəmbərləri fərqləndirmirik, hamısını qəbul edirik.
 
- Amma oxumuruq...
- Oxumuruq, çünki, yoxdur əlimizdə.
 
- İncil var, Tövrat var.
- Quran təsdiqləyir ki, onlar təhrif olunub. Biz İsaya nazil olan İncili təsdiqləyirik. O, Tövratı ki, Musaya nazil olmuşdu. Özünüz fikirləşin. Məsələn, xristian tarixinə fikir verək. İncillərin növü çox idi. Roma Papası deyirdi ki, azaldaq. İndi çatdırıblar dördə. Hətta birindən də şübhələnirlər bəziləri.
 
- Amma bir şey var ki, Əsmaül-Hüsnada yəni Allahın ismi şəriflərində əvvəldən-axıra qədər hər şeyi bilən və alim olan Allah bunun təhrif olunacağını mütləq bilirdi. Yəni Allah dəyişdiriləcəyini bildiyi kitablara niyə iman gətirməyimizi istəsin ki? Burda bizim Allaha dediklərinə təslimiyyətimiz hardadır?
- Bunun təhrif olunacağını bilirdi. Lakin, təhrif olunana iman gətirməyin dedi. Dedi ki, iman gətirin. Sonra dedi, onlar təhrif olunub. Biz o Tövrata və İncilə iman gətirək ki, o Musaya və İsaya nazil olmuşdu.
 
- "Oxumadan iman gətirmişəm demək", bu təqiyyə deyil?
- Xeyr. Təqiyyə deyil. Biz sadəcə Allahdan gəldiyi üçün təsdiqləyirik. Təslim olmaq nədir? Təslim olmaq odur ki, sənə gəlir və onu qəbul edəsən. Allah deyirsə "bu ağdır", mən deyəcəm bu ağdır. Nə üçün? Çünki, təslim olmuşuq ona. O bizi yaradandı, o bilir. Elə şeylər var ki, onu biz eləməyə bilirik, hikmət nədir onda? Elə şeylər var ki, biz bilmirik hikmət nədəndir. Nədir orda hikmət?


"Qurandan əvvəlki kitablara iman gətiririk, amma təhrif olunduğuna görə oxumuruq"

"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir"- Müsahibə

- Ələq surəsində deyir ki, "oxu yaradan Rəbbinin adı ilə". Yəni, peyğəmbərə belə iman etməsi üçün Cəbrayıl (ə) tərəfindən "oxu" deyilib. Peyğəmbərə deyə bilərdilər ki, get bunu belə de. Bilirsiz, nəyi müəyyən eləməyə çalışıram? Mənə hərdən elə gəlir ki, biz özümüz Allahla siyasətlə məşğuluq. Biz deyirik ki, biz onun dediyini eləyirik, amma nəticə etibarilə biz deyirik iman elədik. "İman etdim" demək çox asan bir şeydir. İmanın vacibatını yerinə yetirmək, yəni, insan üçün, nəfsi üçün çətindir. Biz deyirik ki, Məhəmməddən (s) öncəki peyğəmbərlərə iman etmişik. Amma ondan öncəki peyğəmbərlərin dinlərini batil hesab edirik. Deyirik ki, bizdən öncəki gələn kitablara iman etmişik, lakin o kitabların heç birini oxumaq haqqında düşünməmişik belə. Qurana iman eləmişik, Quranın tərcümələrində sözlər, ifadələr dəyişdirilir və biz bunu oxumaqla yox, dinləməklə iman edirik. Məsələn, hər məsciddə deyilən xütbə, xütbə deyənin subyektiv fikridir. İnsanlar gəlirlər, bu xütbələrdən müəyyənini dinləyirlər, sonra çox asanlıqla Eynşteynə cahil deyə bilirlər. Biz, İslamın "təslim olmaq" mahiyyətindən uzaqlaşmırıq?
- Quran və peyğəmbərin (s) dediklərindən uzaqlaşdıqda, İslamın da mahiyyətindən uzaqlaşırıq. İslam - Allah və rəsuludur. Bütün peyğəmbərlər də İslamı təbliğ eləyib. Biz bütün peyğəmbərlərə iman gətirmişik və onların dediklərini təsdiqləyirik. Sadəcə biz, bizə gəlib çatan, təhrif olunmayan Quran-i Kərimə istinad eləyirik. Biz bildiyimiz və bilmədiyimizə iman gətiririk, təsdiqləyirik, Allahı və rəsulu təsdiqləyirik. Qurandan əvvəlki kitablara iman gətiririk, amma təhrif olunduğuna görə oxumuruq. Biz demirik orda Allahın kəlamı yoxdur. İncildə var, Tövratda daha çox ola bilər. İncil Tövratla müqayisədə təhrifə daha çox düçar olub. Özünüz də fikir verirsiniz ki, Lukka var, Yuhanna var Madda var. İncillərin aralarında fərq var. Əvvəl daha çox idi. Elələri var, bir-birinə oxşamır. Həmçinin də Tövrat... Ona görə də biz Musaya, İsaya, İbrahimə, Davuda və s. hamsına ümumən iman gətiririk. Qaldıkı onun təfsilatı, oxumaq məsələsi... təhrif olunub, Quran-i Kərim deyir bunu.

Orda Allahın kəlamı sayılmayan məsələlər var. Hətta peyğəmbərimiz (s) ehtiyyat eləyib birinci dönəmdə qadağan eləmişdi hədis yazmağı, sonra icazə verdi. Səbəbini də dedi: Sizdən qabaq olan əhli kitab da bu cür problemə düşdü və bu səbəbi gətirdi. Ona görə də biz, əsas bizdən nə tələb olunur? Əsasa yanaşmaq. Onda azmayacağıq. Əsasdan uzaqlaşdıqca azacağıq.

"Peyğəmbər hicrətin əvvəlində hədis yazmağı qadağan etmişdi"
 
- Hədislər məsələsində də müəmma var. Tirmizi nəql edir ki, hədis yazmaq üçün Rəsulallahdan (s) izn istədik, onu yasaq elədi. Sonra zəhəbi ixlasda keçir ki, Əbu Bəkr və digər peyğəmbərdən sonra gələn səhabələr də hədis yazılmasına yasaq qoymuşdular. İnsanlar indi hədislərə Qurandan daha çox istinad edirlər. Siz bunu doğru hesab edirsiniz?
- Yox mən bunu doğru hesab etmirəm, baxır hansı cəhəttən. Bizim üçün birinci kitab Qurandır. Lakin Quran müxtəsərdir, təfsilat yoxdur. Təfsilat olmadığına görə, xüsusən fiqhi məsələlərdə etiqad cəhətindən demək olar. Orda müəyyən qədər təfsilat misallar çəkilir və s. Hətta peyğəmbərlərin həyatlarından misallar çəkilir, amma fiqhi məsələyə gələndə ibadətin forması, bunu nə pozur, nə pozmur, nə vaxt düz sayılır, nə vaxt düz sayılmır... Onda biz o kitablara istinad eləyirik. Bəli, hicrətin əvvəl vaxtları peyğəmbər (s) qadağan eləmişdi, səbəbini də gətirmişdi ki, bizdən qabaqkılar belə oldu.
 
- Amma Əbu Bəkirin dövründə də yasaq edildi.
- Əbu Bəkirin dövründə nə üçün yasaq edildi... Çünki, əsasən əzbərləyirdilər. Siz bilirsiz ki, Quran da yazanda birinci az idi. Vərəqdə qıtlıq idi. Əsas əzbərləyirdilər. Əzbərləmək qalsın bir tərəfə, Əbu Bəkir ehtiyyat elədi ki, birdən kimsə istifadə eləyər, onun adından nəsə yazar.
 
- Səhv etmirəmsə bu gün 700 min hədis var.
- Yox, dəqiq sayı bilinmir. Amma indiyə qədər gələn səhih hədislər var. Peyğəmbər (s) 63 il yaşayıb, 23 il peyğəmbər olub. Təbii ki, bu danışıb. Bu normal haldır. Sadəcə bunu etimad eləməliyik mötəbər alimlərə, xüsusən bu iş üzrə mütəxəssislərə. Onlar da bəyan eləyiblər bizə ki, səhih hansıdı, zəif hansıdı. Yəni nə üçün biz hədislərə etimad eləməliyik... Biri daha çox hədis gətirirsə, o demək deyil ki o, Quranı 2-ci planda sayır. Elə saysa səhvdi, hətta küfr eləyə bilər. Allahın kəlamı birincidir. Yəni tutaq ki, mən indi söhbət elədim, hədis gətirdim, o demək deyil ki, mən ayə gətirə bilmədim, ayəni istəmirəm və ya ayəni ikinci planda bilirəm... Bəli, özüm etiraf eləsəm, bunu desəm ki, caamat, mən Quranı saymıram (nəuzubilləh), hədisi sayıram və ya Quranı sayıram, hədisi saymıram onda hə sən mənə deyə bilərsən. Hər bir müsəlman üçün Quran birincidir.
 
- Oxumasa da?
- Lap oxumasa da. Ümumən təsdiqləmək də... Amma təbii ki oxumaq lazımdır. 
 
- Oxumadan necə təsdiqləyəcək?
- Bir var, ümumən qəbul eləmək, bir var təfsilatı. Məsələn, Allaha ümumən hamı inanır. Ancaq Əsmaül-Hüsna ki, var onları öyrəndikdə artıq təfsilata girirsən.
 
- İndi dünyada və İraqda İŞİD-in məlum siyasi proseslərə qoşulması xəbərləri yayılır. Onlar kimlərdilər və bunun əhli sünnəyə bir aidiyyatı varmı?
- Təbii ki, İŞİD İraqda tək deyil. O məntəqədə radikal qüvvələr var. İŞİD əvvəl də var idi, sadəcə İŞİD adlanmırdı. Çünki İŞİD-in mənası İraq Şam İslam dövlətidir. Birinci İŞİD - İraq İslam dövləti sayılırdı və bunlar İraqda fəaliyyət göstərirdilər. Sadəcə amerikalıların onlara böyük zərbəsindən sonra bir az zəifləmişdilər. Belə vaxtda Suriyada ki, döyüşlər başladı, bunlar keçdilər Suriya tərəfə, qoşuldular Əl-Qaidəyə. Bir müddət döyüşəndən sonra ayrıldılar. Çünki İŞİD-in rəhbəri ayrıdır. Ayrılanda Əl-Nüsradan bir hissə bunlara qoşuldu. Kim cihada daha çox meyilli idi Əl-Nüsrada qaldı, kim cihadla təkfirə meyillilik qarışıq idi, onlar ayrıldılar, oldu İŞİD.

 
"İraqda xalq qalxıb"

"Kimdən xoşları gəlmir, deyirlər vəhhabidir"- Müsahibə

- Bəs bunların əhli sünnəyə aidiyyatı var? 

- Bunlar sünni gedir və radikal qruplardır, təkfirçi qruplardır. Kökləri də ixfan və müslimindir. Mən onu demək istəyirəm ki, İraqda təkcə İŞİD deyil, ümumiyyətlə sünni caamatı Malikiyə qarşı qalxıb. Malikinin ordakı siyasətinə görə qalxıb. Yoxsa İŞİD 3-5 min nəfərlə Suriya sərhəddindən keçib, Bağdad yaxınlığına şəhərləri ala-ala gələ bilməzdilər. Orda ümumiyyətlə camaat, xalq qalxıb. Xalqın bir hissəsi də, xüsusən sünni camaatı ordakı hakimə qarşı, Malikiyə qarşı qalxıb ki, etirazlarını bildirsinlər. Problem odur ki, bəzi kəsimlər, bəzi mətbuat orqanları onların hamısını İŞİD saymaq istəyir. Elə İraqda da bəzi xəbərlər gələn kimi deyirlər hamısı İŞİD-dir. Necə ki, kimdən xoşları gəlmir, deyirlər vəhhabidir. İndi sözdür, atılıb ortaya, kimdən xoşları gəlmir deyirlər ondandır. İndi İraqda da belə bir hadisədir. İŞİD o qalxan xalqın bəlkə də heç 5 faiz deyil.
 
- Bəs bunların Azərbaycanda təsirləri varmı? Ola bilərmi? 
- Yox, Azərbaycanda təsiri ola bilməz. Çunki, onlar böyük bir təşkilat deyil. Lakin bu saat onlar radikal qruplar içində ən varlı təşkilatdır. Bu saat 1 milyardı keçib onların büdcələri. Əl-Nüsrada, Əl-Qaidənin özündə 30 milyondur büdcə. Onlar aldığı yerlərin banklarına girib pulları götürürlər.
 
"İsanın gəilişi Şamda gözlənilir"

 
- Şam şəhərinin özünün əhli sünnə üçün mahiyyəti nədən ibarətdir? 
- Şam adi müsəlman ölkələrindən biridir. Peyğəmbər (s) o yer barədə, yəni, fəziləti barədə müəyyən hədislər deyib. Yaddan çıxartmaq lazım deyil ki, peyğəmbərlər xüsusən o ərazidə gəlirdilər. Şam - indiki 4 dövlət sayılırdı - Suriya, İordaniya, Livan, Fələstin. İndi Şamı 4 yerə bölüblər. Hətta İsanın gəlişi də orda gözlənilir.
 
- İsa məsihdən söhbət gedir? 
- Bəli. Ora fəzilətli yerdir. Amma qaldı ki, başqa cəhətdən, adi ölkədir, müsəlman ölkəsidir. 
 
- Bu yaxınlarda Qərbdə bir təşkilat Azərbaycanla bağlı bir hesabat təqdim eləmişdi ki, Azərbaycanda antisemitizm 30 faiz artıb. İslamın yəhudilərə baxışı... 
- İslamın yəhudilərə baxışı normaldır. Baxır hansı cəhətdən, məsələn insan kimi normaldır. Peyğəmbərin (s) qonşuları arasında yəhudilər var idi. Hətta onlardan biri xəstələnmişdi, getdi onu ziyarət eləməyə. Tutaq ki, müsəlman cəmiyyətində başqa dində olan adamlara toxunmaq olmaz.
 
- Peyğəmbər (s) dövründə Mədinədə zikr əhli sayılan "məktəbi suffa" var idi. Orda Səlman Farsi, Bilal və xüsusən aşağı təbəqədən sayılan şəxslər var idi. Yəni, kasıb ailədən olan uşaqlar birbaşa Rəsuallahın (s) himayəsində idi. Hətta ayələr də var onlar haqda. Əshabi Qiramla, yəni, səhabələrlə, Əshabi Suffanı fərqləndirən cəhət nədir?
- Onları fərqləndirən cəhət yoxdur, ümumi hamısı səhabədir. Sadəcə Əshabi Suffa bir az kasıb təbəqə idi, həmişə məsciddə yığışıb ayrı otururdular və seçilirdilər.
 
- Onlar haqqında birbaşa ayələr var. Məsələn deyir ki, "onlar xurma ağacının kölgəsində oturub...". Həmən o məscid, Rəsuallahın (s) tikdirdiyi məscidin arxa tərəfində idi. Onlar üçün xüsusi bir yer hazırlanmışdı və onlar daim zikrlə məşğul idi. Bu zikr alim zikrdir deyəndə onlar nəzərdə tutulmur?
- Yox, heç kəs bunu deməyib ki, ancaq onlar nəzərdə tutulub. Çünki, indiyə qədər təfsil olunub axı səhabələr, tabimlər, alimlər. Heç kəs elə deməyib, mötəbər deyil o. Kim də desə rədd olunur.
Etatist.com
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 675 | Yüklədi: selefimedia