Baş səhifə » 2014 » İyun » 05
Ramazanın başlanması və sonu İXTİLAFları haqqında fətvalar.

Əslən bu fətvaları yerləşdirməyimiz hər il qardaşlar arasında yaranan çaşqınlıq və fitnənin yenidən alovlandıraraq artırmaq deyil.Məqsəd bəzilərini adətlərinə uyğun olaraq hər il bu məsələdə cahilcəsinə sanki ixtilaflar,  bu fətvalar yox imiş kimi davranmaları və  haqq, fətva sahibi olmadıqları halda bilərəkdən və ya bilməyərəkdən fətvalar verərək camaatı bir neçə yerə parçalayıb fitnə salmalarının qarşısını almaqdır.
Bu gün Səudiyyəni və ya hansısa ölkəni özünə şuar edənlər diqqət yetirsələr görərlər ki,  alimlərimiz özləri Səudiyyə üçün "Ramazan filən gündür" dedikləri halda digər ölkələrdəki vəziyyətidə gözəl bildikləri üçün
aşağıda  yaydığımız ,  dinini insaflı olaraq araşdıran birisinin tapa biləcəyindən daha artığını demişlər, yazmışlar və yaymışlardır.Onların tələbələrinində dedikləri həmişəki kimi şəxsi fikirləri yox Alimlərimizin dediklərini təkrarıdır.
Müxaliflərin yaydığı növbəti şübhələrdən biridə Ramazan ayı fətvalarını dövlətin bu səlahiyyəti verdiyi məlum idarə mənsublarının əqidələrindəki məlum problemlər  səbəbi ilə rədd edilməsinin vacibliyidir.Amma aşağıdakı fətvaları tam diqqətlə oxusanız görəcəksiniz ki, Alimlərimiz günümüzün müsəlmanlarının toplum olaraq yaşadığı diyarların halını bildikləri halda yenədə və dəfələrlə dövlətə tabe olmaqlarını, camaatdan ayrılmamaqlarını tövsiyyə edirlər.Bu isə kimnsə əqidəsinə tabe olmaq yox müsəlmanların birliyinin və dəvətin qorunması məsləhətindəndir.Görəsən bu şübhələri  yayanlar öz mənhəclərindən yola çıxaraq günümüzdə yer üzündə aşağıdakı fətvaların keçərli ola biləcəyi hansısa bir müsəlman ölkəsinin mövcud olduğunu qəbul edirlərmi?
Doğrusunu Allah bilir.

Bölmə: Ramazan | Baxılıb: 2077 | Yüklədi: selefimedia | Tarix: 05.06.2014