Qamət Süleymanov:" İŞİD üçün sünni, şiə fərqi yoxdur." - 13 Июня 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » İyun » 13 » Qamət Süleymanov:" İŞİD üçün sünni, şiə fərqi yoxdur."
23:27
Qamət Süleymanov:" İŞİD üçün sünni, şiə fərqi yoxdur."

"Suriyadakı müxaliflərin iddiasına görə, İŞİD-i Bəşər Əsəd maliyyələşdirir. Buna səbəb kimi isə onların Suriyada müxaliflərə qarşı döyüşməsi göstərilir".

Bunu Aktual.az-a 
"Əbu- Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov
işğalçılıq siyasəti ilə dünyanı lərzəyə gətirən İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı barədə danışarkən, deyib.

Onun sözlərinə görə, İŞİD "Əl Qaidə"dən ayrılmış azğın dəstədir:

"İndi görün, bunlar nə gündədirlər ki, heç terrorçular da bunları qəbul eləmir. Onu da qeyd edim ki, onlarçün sünni, şiə fərqi yoxdur, kim onların fikrində deyilsə, onlara kafir deyib öldürürlər".

Hacı Qamət bildirib ki, İŞİD region, həm də Azərbaycan üçün real təhlükədir:

"Hətta Azərbaycanda da İŞİD-i dəstəkləyən təkvirçilər (özlərindən başqa hamını kafir görənlər) var. Bizdən Suriyaya gedənlər, əsasən, onlara qoşulurlar. Bu da ölkəmiz üçün təhlükədir”.

"Əbu- Bəkr" məscidinin imamı qeyd edib ki, İŞİD-in ən böyük düşməni özüdür: "Elə Suriyadan qabaq da onlar məni özlərinə düşmən elan etmişdilər".

İlqar/Aktual.az
Bölmə: Xəbərlər | Baxılıb: 1623 | Yüklədi: selefimedia