İmam Şafinin "DİVAN"ından seçilmiş müxtəsər və gözəl kəlamlar. - 4 Февраля 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Fevral » 4 » İmam Şafinin "DİVAN"ından seçilmiş müxtəsər və gözəl kəlamlar.
10:48
İmam Şafinin "DİVAN"ından seçilmiş müxtəsər və gözəl kəlamlar.
İMAM ŞAFİDƏN (RAHİMƏHULLAH) GÖZƏL KƏLAMLAR!

SƏBR HAQQINDA

"Dünya həyatı belədir, sən səbr etməyə öyrəş. Onda mal bəlası və sevdiklərindən ayrılıq vardır."

SƏFEH HAQQINDA

"Səfeh danışdıqda cavabını vermə. Ona cavab verməkdənsə, susmaq yaxşıdır.
Əgər onu dindirsən onu rahatladarsan. Onu üzgün buraxsan öldürmüş olarsan."

ELMİN ƏDƏBLƏRİ

"Müəllimin əziyyətinin acısına dözümlü ol. Həqiqətən elmdən kəsilmək ondan ürkməklədir. Bir saat öyrənməyin acısını dadmayan biri, ömür boyu cəhalətin zəlilliyini udmalı olar. Gənclik vaxtı elm öyrənməyən birinin (mənəvi) vəfat etdiyi haqqında dörd təkbir gətir. Vallahi layiqli bir gənc elmli və təqvalı olandır. Əgər bu iki şey ona ixlasından gələrsə."

SUSMAQ HİKMƏTDƏNDİR.

"Dedilər: Susdun... Onlara cavab verərək dedim: Şər qapısına cavab vermək onu açmaqdır. Cahilə və ya axmağa susmaq şərəfdir. Bu əməldə irzi qorumaq və islah vardır.
Məgər aslan görməmisənmi?.......O susduğu halda ondan qorxurlar. İti isə hürdüyü halda alçaldıb qovurlar."

ELM TƏLƏB ETMƏK.

"Kim diriləcəyi gün naminə elm öyrənərsə, o kimsə doğruluqla fəzilətə qovuşar, həm də istədiyinin yaxşısına nail olar. O, qullar içində qazanmışlardan olar."

İŞLƏRİ ALLAHIN ÖHDƏSİNƏ BURAXMAQ

"Ey xoşbəxt bəndə! Gündəlik azuqəm olduğu halda sabahladımsa, kədər məndən uzaqlaşar. O zaman sabahın üzüntüsü ağlıma gəlməz. Çünki, sabahın öz yeni ruzisi var. Allah bir işi istəyərsə, o işi Onun öhdəsinə buraxaram, öz istəyimi də Onun istəyinə həvalə edərəm. Allahın mənim üçün istəmədiyini mən də istəmərəm, bu işdə mənim istəməyimin bir yeri yoxdur."

SƏFƏR ETMƏYİN BEŞ FAYDASI VARDIR.

"Yüksək məramlar üçün ölkələrdə dolandın. Sən səfər et. Çünki, səfər etməyin beş faydası var: Üzüntünün getməsi, dolanışığı təmin etmək, elm, ədəb-ərkan və şərəfli insanlarla ünsiyyətdə olmaq."

DÜNYA HƏYATI İKİ GÜNDÜR

"Dünya həyatı iki gündür: Əmin olduğun və təhlükəli saydığın gün.
Həyat iki həyatdır: aydın və bulanıq olan həyat.
Məgər dənizi görmürsənmi? Cəsəd onun üzərinə yüksəlir, dürrü-incilər isə onun dərinliklərində qərar tutur.
Səmada isə saysız ulduzlar olsa da, bu ulduzlardan yalnız günəş və ay tutulur."

SUSMAQ

"Susmağı qazanc yerim gördüm və buna davam etdim. Bunda qazancım olmasa da, ziyan çəkmirəm ki?! Susmaq yalnız kişilərin qazanc yerləridir. O yerlərin satıcısı isə bütün tacirlərdən yüksəyə qalxar."

ÇOX HƏSƏD EDƏNİN DÜŞMƏNÇİLİYİ

"Bütün düşmənçiliklər öz axarına düşə bilər, yalnız sənə həsəd ucbatından olanı istisnadır."


------------------------

İmam Şafinin "DİVAN"ından seçilmiş müxtəsər və gözəl kəlamlar.

-------------

Hazırladı:

Sahib Əsədəov.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 443 | Yüklədi: selefimedia