Baş səhifə » 2014 » Oktyabr » 30 » Həyatını əməl etmədiyi sözləri dinləməklə keçirən muflis....
09:21
Həyatını əməl etmədiyi sözləri dinləməklə keçirən muflis....

Həyatını əməl etmədiyi sözləri dinləməklə keçirən muflis....

 

"Mən bir çox şeyxlərlə görüşdüm.Onlardan birinin əməli digərindən və elmləridə dərəcə cəhətdən bir birndən fərqlənirdi. Və bu şeyxlərin cəmiyyətlərindən ən çox faydalandığım öz elmi ilə əməl edənlər idi. Hərçənd onları elmdə üstələyənlər mövcud olsa belə.


Mən hədis əhlindən elələrinə rast gəldimki, hədisləri əzbərində tutar və çox bilirdilər.Lakin onlar cəhr və tadil adı ilə qeybət edər, hədis danışmaq üçün pul alar və hətta xətalıda olsa sualları cavablandırmaqda tələsərdilər ki, insanlar arasında nufuzları zədələnməsin.


Mən Abdul-Vahhab əl-Ənməti ilə görüşürdüm.O sələflərin mənhəcində idi.Onun yanında heç vaxt qeybət edilməsini görmədim.O hədislər üçün pul götürməzdi. Mən qəlbin yümşaqlığı haqqında ona hədislər oxuyanda durmadan ağlayardı. Mən həmən zaman çox gənc birisi idim.Lakin onun ağlaması mənimdə qəlbimi gövrəldirdi. O rəvayət edilənlərdən artıq heç nə danışmazdı.


Mən Əbu Mənsur əl-Cəvaliki ilə görüşdüm. O az danışan, sözlərində ehtiyatlı olan, hər şeyin xirdalığına qədər gedən və alim biri idi. Bəzən ona zahirən yüngül görsənən elə suallar verərdilər ki, bizim gənclər adətən belə suallara cavab verməyə tələsirlər, o cavab üçün qəti əmin olmadığı üçün bu sualı cavablandırmaqdan yayınardı. O coxlu oruc tutar və çox vaxt susardı.


Beləliklə mən bu iki şəxsdən digərlərindən daha çox faydalandım və özüm üçün belə nəticə çıxardım ki, insanlara əməllərlə vasitəsi ilə təsir sözlərlə təsirdən daha cəlbedicidir. Ona görədə bildiyinlə əməl etmək lazımdır, çünki bu böyük bir dayaqdır. Və miskin, həqiqi miskin o kəsdir ki, öz həyatını əməl etmədiyi sözlərə qulaq asmaqla keçirərək bu dünya xeyrini və axirət ləzzətini əldən verir.(Aqibət olaraq isə ) O ( Qiyamət günü) müflis şəkildə özünə qarşı tutarlı dəlillərlə gələcək".

 

Əbu Fərəc İbn əl-Cəvzi."Saydul-Xatir"

Bölmə: Faydalar | Baxılıb: 532 | Yüklədi: Azerislamoglu