Baş səhifə » 2014 » Oktyabr » 15

"Məscidin məhdud fəaliyyətdə saxlanması ibadətlə məşğul olanlar arasında radikalizmə meylləri artırır. Dini maarifçilik olanda, ibadət üçün məscidlər açılanda insanlar cahillikdən uzaqlaşırlar. Və yenə də bu müsahibədə fürsətdən istifadə edib deyirəm ki, “Əbu Bəkr”in əvvəlki fəaliyyətini davam etdirməsinə imkan yaradılsın. Mən dəfələrlə çıxışlarımda qeyd eləmişəm ki, radikalizm doğru yol ola bilməz. İnsan öz içindəki nəfsinə cihad elan etməlidir. Amma dünyada terroru yaymaq üçün müxtəlif təşkilatlar yaradırlar. İŞİD də bu gün onlardan birincisinə çevrilib. XXI əsrdə inandırıcı görünmür ki, terror təşkilatı öz gücü hesabına qısa vaxtda dövlətlərin ərazilərinə girib öz dövlətini elan etsin. Hamı görür ki, bir oyun var və kənardan dəstək verilir. İŞİD artıq Türkiyəyə qədər gəlib çıxıb. Suriyada, İraqda baş verənlərə cihad adı qoymaq olmaz. Bəşər Əsədi devirmək din uğrunda savaşmaq sayılmır. Bu oyunlarda da radikallardan istifadə edirlər."

 

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 684 | Yüklədi: Azerislamoglu | Tarix: 15.10.2014