Baş səhifə » 2013 » Aprel » 5 » Fədək Şiə mənbələrində.Fədək hadisəsinin tarixi.
12:00
Fədək Şiə mənbələrində.Fədək hadisəsinin tarixi.

Fədək-Şiə mənbələrində.



Fədək hadisəsinin tarixi.



Fədək Hicazda bir ərazidir ki, Mədinədən 149 km aralı yerləşir. Fədək Xeybər torpaqlarına daxil idi və xurma bağları ilə zəngin idi. Hicrətin 7-ci ili idi. İslam dövləti yavaş-yavaş ayağa qalxırdı. Amma müsəlmanlar Kəbə evini ziyarət etmə imkanlarının olmamasına görə qəmgin idilər.Tezliklə Xeybər döyüşü baş tutdu. Xeybərdə olan qalalar bir-bir müsəlmanların əlinə keçirdi. Vatih və Salalam qalaları mühasirədə idilər. Bu iki qalada olan yəhudilər sülh istədilər və mallarını müsəlmanlara verməyə razılıq verdilər. Xeybər qalasının alınması Fədək yəhudilərinin canına qorxu saldı. Onlar Peyğəmbərə (sallallahu aleyhi va səlləm) müraciət edərək İslamı qəbul etməmək şərti ilə öz yerlərində qalmağa və torpaqlarının yarısını Peyğəmbərə verməyə razılıq verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu təkliflə razılaşdı və beləcə, Fədək ərazisi müsəlmanların nəzarətinə keçdi.

İbn Hişam yazır: "Fədək Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəxsi mülkü idi. Müsəlmanlar bu ərazilər uğrunda döyüşməyiblər. (İbn Hişam "Sira” c.3, səh. 301)

Nəhcul Bəlağanin şərhində Meysəm Bəhrani yazır: "Əbu Bəkr Fatiməyə dedi: "Sənə atana məxsus olanlar məxsusdur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Fədəkdən sizin ehtiyaclar üçün götürərdi, qalanlarını bölərdi, bir qismini isə Allah yolunda xərcləyərdi. Əgər Peyğəmbərin (sallallahu aleyhi va səlləm) etdiyi kimi etməyimi istəyirsənsə, mən belə edə bilərəm.” Fatimə razılaşdı və ondan əhd aldı.” ("Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5, səh. 107)

Meysəm, İbn Əbul Hədid və Feyzulislam Əli Naği yazır: "Əbu Bəkr məhsulu yığar və Əhli Beytə onlara yetən qədər verərdi, yerdə qalanları isə paylaşdırardı. Ömər, Osman və Əli də belə etdilər.” ("Şərh Nəhcul Bəlağa” Meysəm Bəhrani c.5, səh. 107; "Şərh Nəhcul Bəlağa” İbn Hədid; c.4, "Diraru Nəcəfiyyə” səh. 332; "Şərhul nihac” Əli Naği c.5, səh. 960, Tehran)

"Əl Qummi” kitabında İbrahim ibn əl Rəfaidən rəvayət edir ki, Fatimə (radıyallahu ahnə) Həsən və Hüseyn ilə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gələrək: "Ey Allahın Elçisi! Bunlar sənin övladlarındır. Miras olaraq onlara bir şeylər ver. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Həsənə ona hörmət ediləcəyi və ondan çəkiniləcəyini və onun rəhbər olacağını  miras buraxıram. Hüseynə isə öz şücaətimi və gözəl əxlaqımı miras qoyuram.” ("Xisal” Qummi səh. 77)

Küleyni 10-cu İmamdan hədis rəvayət edir: "Fatiməyə (radıyallahu anhə) məxsus 10 mülk var idi:

1)   əd Dəllal

2)    əl Auf

3)    əl Husna

4)    Safiyyə

5)     Maləm İbrahim

6)     əl Musib

7)     əl Bərqa

("Kafi” c.7,səh 47-48)

Kuleyni yazır: " Qadınlar mülkdən heç nə miras aparmır” fəslində Əbu Cəfərdən rəvayət edir ki, o dedi: "Qadınlar mülkdən və torpaqdan heç bir miras almırlar.” ("Kafi” c.7, səh. 137)

Bunun kimi rəvayətlər Tusinin, Məclisinin kitablarında da vardır.

Əlləma Tusi Təhzib əl Əhkam kitabında hədis rəvayət edir ki, İmam Sadiqdən qadının miras payı haqqında soruşanda o dedi: "…torpaq və daşınmaz əmlaka qaldıqda isə onlar bundan miras aparmazlar. ("Təhzib əl Əhkam” c.9, səh. 299; Məclisi c.104, səh. 351)

İmam Tusi kitabında rəvayət edir ki, İmam Baqir dedi: ”Qadınlar ev və torpaq mülkünü aparmırlar” ("Təhzib əl Əhkam”c.9, səh. 298; "İstibsar”c.4, səh. 152)

Məclisi yazır: "Əbu Bəkr Fatiməni küsülü görəndə ona dedi: "Mən sənin fəzilətini və Peyğəmbərə (sallallahu aleyhi va səlləm) yaxınlığını inkar etmirəm. Sadəcə Peyğəmbəri (sallallahu aleyhi va səlləm) təqlid edərək, Fədək ərazisini sənə vermədim. Allah şahiddir ki, mən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini eşitmişəm: "Biz Peyğəmbərlər özümüzdən sonra miras olaraq heç nə buraxmırıq. Mirasımız  Kitab, hikmət və elmdir.”

Mən bunu öz istəyim ilə deyil, müsəlmanların icmasının rəyi ilə etdim Əgər əmlak istəyirsənsə mənə məxsus olanlardan götür. Belə ki, sən atandan sonra qalan xanımsan və övladların üçün bar verən ağacsan. Heç kəs sənin fəzilətini inkar edə bilməz.”("Haqqul yəqin” səh. 201-202)

Şiələrin məşhur şeyxi Seyyid Murtəza yazır: "İdarəçilik Əli ibn Əbu Talibin əlinə keçən zaman ona Fədəki qaytarmağı məsləhət gördülər. Əli (radıyallahu anhu) isə dedi: "Əbu Bəkrin qadağan etdiyi, Ömərin də bunu dəstəklədiyi bir şeyi etməkdə Allahdan utanıram” ("Kitabuş şafi” səh. 231; "Nəhcul Bəlağanın şərhi” 16/252)

İmam Əli uzun bir hədisdə buyurur: "…Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) qalxıb getmək istədikdə Fatimə ona dedi: "Atacan! Mənim ev işlərini görməyə taqətim yoxdur. Mənə bir xidmətçi ver ki yardımcım olsun. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Ey Fatimə! Xidmətçidən daha xeyirli bir şey istəyirsənmi? Əli Fatiməyə dedi: De ki, bəli.

Fatimə dedi: "Atacan! Xidmətçidən daha xeyirli? Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Hər gün 33 dəfə İzzət və Cəlal sahibi olan Allaha təsbih edir, 33 dəfə ona həmd edir, 34 dəfə isə ona təkbir edirsən. Dilinlə bunu deməklə öz tərəzinə min savab əlavə etmiş olursan.” ("Biharul Ənvar c.43, səh. 134; "Kəşful Ğummə” (43/134)

İmam Baqirdən soruşurdular: "Sənə fəda olum. Əbu Bəkr və Ömər sizin hər hansı bir hüququnuzu pozurdularmı? və ya soruşurdular: Sizin əlinizdən bir şeylər alıblarmı? O dedi: "Quranı quluna göndərən Rəbbə and olsun ki, xeyr. Onlar bizim haqqımızı zərrə qədər belə pozmayıblar. Soruşdular: "Sən onlara qarşı gözəl münasibət bəsləyirsən?” İmam dedi: "Bəli, vay halına. Sən də onları bu dünya və axirətdə özünə dost bil. Əgər sənə bir şey üz versə, bu mənim öhdəliyimdədir.” ("Şərh Nəhcul Bəlağa” İbn Hədid; c.4, səh. 82)

Bu mənbədə yenə İmam Baqirin qardaşı İmam Zeyddən Fədək barədə soruşanda o dedi: "Allaha and olsun.Əgər mənim əlimdə olsa idi, mən Əbu Bəkrin etdiyi kimi edərdim.”

Əbu Abdullahdan buyurulur: "Ordunun iştirakı olmadan əldə edilən qənimət və ya sülhə meyl edən xalqdan alınan və könüllü verilən torpaqlar, atılmış ərazilər və dəryadan çıxan incilər Peyğəmbərə (sallallahu aleyhi va səlləm) və ondan sonrakı rəhbərə məxsusdur. Rəhbər bunlarla istədiyi kimi davrana bilər.” ("Kafi” c.1, səh. 539)

Kafidə 7-ci İmamdan rəvayətdə deyilir: "Museyyi Kazim deyir ki, bir gün İmam Mehdinin yanına gəldim və gördüm ki, o şikayətlərə baxır.Ona dedim: "Ey möminlərin əmiri! Niyə bizə edilən haqsızlığa cavab vermirsən?

Hansı haqsızlığı deyirsən ey Əbu Həsən?

Fədəki deyirəm – dedim.

Mehdi dedi: "Onun sərhədlərini mənə göstər və O Fədəkə nisbət olaraq Uhud dağını, Misirin üzüm bağlarını, çəkic balığa və palma ağaclarını işarə etdi.” ("Kafi” c.1,səh 543)

Əbu Abdullah buyurur: "Şübhəsiz ki, alimlər peyğəmbərlərin mirasıdır. Belə ki, peyğəmbərlər özlərindən sonra nə bir dirhəm, nə də bir dinar miras qoymazlar. Onlar öz hədislərini miras qoyarlar. Kim onlardan götürsə səadətə nail olmuş olar.” ("əl-Kəfi” c.1, səh. 32; "Vəsailuş şia”c.27, səh 78; "Mustədrak əl-Vasail” c.17,  səh. 299), "əl-ixtisas” səh. 4)

Əllamə Məclisi "Miratul uqul” əsərində bu hədisin sənədi barədə yazır: "Bunun iki ravi həlqəsi vardır. Birincisi məchul, ikincisi isə həsən və müvəssəqdir. Bir yerdə bunlar hədisi səhihliyə yaxınlaşdırır.” (Miratul uqul c.1, səh. 111)

Ayətullah Xomeyni bu rəvayətin şərhində yazır: ”Ravilər adil və etibarlıdırlar” ( "əl hukumət İslamiyyə”səh. 133)

İmam Cəfər öz atasından rəvayət edir ki, ”Peyğəmbər (sallallahu aleyhi va səlləm) nə bir dinar, nə bir dirhəm, nə bir qul, kəniz, nə də bir mülk miras qoymamışdır. Rəsulullah (sallallahu aleyhi va səlləm) vəfat edərkən hətta onun zirehi belə mədinəli yəhudilərdən birinin yanında ailəsi üçün aldığı iyirmi misqal arpanın müqabilində girov qoyulmuşdu.” ("Qurbul isnad səh. 44; ” Biharul Ənvar” c.16 səh. 219)

Şeyx Səduq Cəfər Sadiqdən, o da atasından rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: "…alimlər peyğəmbərlərin varisləridir və peyğəmbərlər nə dirhəm, nə də dinar tərk edib getməzlər. Onlar elm miras qoyub gedirlər.” (Səduq "Əməli” səh. 58)

Nəticə.

1)           Peyğəmbər (sallallahu aleyhi va səlləm) özündən sonra miras qoyub getməyib.

2)           O bu ərazini  miras qoysa belə, Fatimə (radıyallahu anhə) bu ərazilərə iddia edə bilməzdi.



http://gift4shias.wordpress.com


Bölmə: Mobil Kitablar | Baxılıb: 1316 | Yüklədi: selefimedia