Cənnət
Huriləri haqqında ayə və hədislər :
✿
Ayələr :
✔
İbn Abbas, Qatadə (radiAllahu anhum) deyirlər ki : "Hur -
Bəyaz Qadın deməkdir"
• "..Onlardan ötrü
orada (hər cəhətdən) pak (olan) zövcələr də var.
Onlar
(möminlər) orada əbədi qalacaqlar.."
(əl-Bəqara, 25)
•
"..Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş
hurilər vardır.."
(ər-Rahmən, 72)
• "..Özlərinin
həmçinin əməli saleh ataları, zövcələri və övladlarının
daxil olacaqları
Ədn Cənnətləri gözləyir.."
(ər-Rad,
23)
• "..Həmçinin onları iri gözlü hurilərlə
evləndirəcəyik.."
(əd-Duxan, 54)
• "..Siz
də zövcələriniz də sevinc içində Cənnətə daxil
olun.."
(əz-Zuxruf, 70)
• "..Sinələri yenicə
dolmuş həmyaşıd qızlar.."
(ən-Nəbə, 33)
•
"..Şübhəsiz ki, biz Cənnət qadınlarını başqa cür
yaradacağıq..!
Onları bakirə qızlar, ərlərini səvən,
həmyaşıdlar edəcəyik.."
(əl-Vaqiə, 35-37)
•
"..O, Cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş,
bundan əvvəl özlərinə heç bir insan və cin toxunmamış
qadınlar vardır.."
(ər-Rahmən, 56)
• "..(Onlar
üçün orada) iri gözlü, qəşəng hurilər də vardır.
O,
hurilər sanki sədəf içində gizlənmiş incidirlər.."
(əl-Vaqiə,
22-23)
✿
Hədislər
:
•
Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu
aleyhi və səlləm) buyurdu : Gözəl gözlü, parlaq vücudlu
Hurilər Cənnətdə mahnı söyləyərək deyərlər :
- Biz
parlaq bədənli gözəl Hurilərik, Dəyərli ərlər üçün
yaradılmışıq.
( Əbu Nuaym "Sıfatul Cənnət” 3/280,
H. 432, Təbərani "Mucəmus Sağir” 2/35, H. 734, əl-Albani
"Səhihul Cəmiul Sağir” s.331, H. 1561, 1602 )
•
İbn Məsud (radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu : Cənnət əhlinin
qadınlarından bir qadının baldırının bəyazlığı 70 qat
Cənnət libaslarının altından görünər və hətta onun iliyi də
görünər. Allah : "Çünki o, qadınlar sanki yaqut və
mərcandırlar" deyə buyurur.
(Tirmizi 2654, Muslim 2834)
•
Əbu Hureyrə (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətə ilk girəcək
zümrə ayın 14-cü gecəsindəki surətində girəcəkdir.
Bunlardan sonra girənlər isə səmadakı parlaq ulduz surətində
girəcəklər. Hər birinə iki zövcə vardır. Bunların ayağının
iliyi ətinin üstəndən görünür və Cənnətdə subay
yoxdur.
(Muslim 2178)
• Ənəs (radiAllahu anhu) rəvayət
edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
Cənnət əhlindən bir qadın dünya üzünə çıxsa bütün
dünyanı işıq bürüyər, (gözəl) qoxu ilə doldurar. O, qadının
baş örtüsü dünya və içindəkilərdən xeyirlidir.
(Buxari
2796, Tirmizi 1651)
• Əbu Umamə (radiAllahu anhu) rəvayət
edir ki,
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
Cənnətə girən hər bir qulun biri baş tərəfində, biri də
ayaq ucunda olmaq üzərə iki gözəl gözlü, parlaq bədənli Huri
oturur. İnsanların və Cinlərin eşitdiyi ən gözəl səslə
mahnı söyləyərlər.
Söylədikləri bu mahnı şeytani çalğı
və (mahnı) deyildir.
(Təbərani "Kəbir” 8/119, H. 7478,
Heysəmi "Məcmuaz Zəvaid” 10/418)
• Allah Rasulu
(salləllahu aleyhi və səlləm) buyurdu :
Qadın ərinə dünyada
ikən əziyyət verdikdə o, kişi üçün Cənnətdə hazırlanmış
Hurisi belə deyər :
- Ey qadın..! Allah səni zəlil etsin. O,
sənin yanında müsafirdir. Bəlkə də bu yaxında səndən
ayrılaraq bizim yanımıza gələcəkdir (ona əziyyət vermə)
deyərlər.
(Tirmizi 2/208, İbn Məcə 1/621, H. 2014, əl-Albani
"Səhih” 1/284, H. 173)
• Ənəs (radiAllahu anhu)
rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm)
buyurdu : Cənnətdə möminə bu qədər və bu qədər cinsi
münasibət qüvvəsi veriləcəkdir. Bir nəfər :
- Ya
Rasulullah..! Onun gücü çatacaqmı..? - deyə soruşdu.
Allah
Rasulu (salləllahu aleyhi və səlləm) :
- Ona yüz kişinin
gücü veriləcəkdir deyə buyurdu.
(Tirmizi "Cənnət”
2536, əl-Albani "Mişkət” 3/1567, H. 5636)
✔ [
Başqa rəvayətdə : 72 (73) zövcəsi olacaqdır möminin Cənnətdə
]
(Tirmizi 2562, İbn Məcə 4337, Əbu Nuaym "Sıfət
əl-Cənnəh” 372)
✔ [ Başqa rəvayətdə : Muhəmmədin
nəfsi əlində olana and olsun ki, bir gecədə 100 bakirə qadına
yaxınlaşacaqdır ]
(Əbu Nuaym "Sıfət əl-Cənnəh”
2/215, Təbərani "Mucəm əs-Sağir” 2/12-13, Beyhəqi
"əl-Bas vən Nuşur” 365, Məcmuaz Zəvaid 10/417, əl-Albani
"Səhih” 1/641, H. 367)
• Əbu Hureyrə (radiAllahu
anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu aleyhi və
səlləm) buyurdu :
- Ey Allahın Rasulu..! Cənnətdə cima
(yaxınlıq) varmı..?
Allah Rasulu (salləllahu aleyhi və
səlləm) :
- Canım əlində olana and olsun ki, Bəli. İstədiyi
qədər edəcəkdir.
Hər şey bitdiyi zaman qadın təkrar
tərtəmiz bir bakirə olacaqdır.
(Təbərani "Mucəm Sağir”
1/91, Əbu Nuaym "Sıfət əl-Cənnəh” 393.)
• Ənəs
(radiAllahu anhu) rəvayət edir ki,
Allah Rasulu (salləllahu
aleyhi və səlləm) buyurdu : Hurilər zəfərandan
yaradılmışdır.
(Təbərani, Nihayə 2/461, Əbu Nuaym "Sıfət
əl-Cənnəh” 385)
• Ənəs (radiAllahu anhu) rəvayət
edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
Cənnətdə bir bazar vardır. Cənnət Əhli hər cümə günü
oraya gələrlər.
Bir şimal küləyi əsər. Üzlərinə və
libaslarına cürbəcür ətirli iylər yayar.
Cənnət əhlinin
gözəllikləri artar. Artmış gözəllikləri ilə zövcələrinə
dönərlər.
Zövcələri onları gördükdə :
- Vallahi
bizdən sonra gözəlliyiniz nə qədər artmışdır..? -
deyərlər.
Onlar da :
- Vallahi sizin də bizdən sonra
gözəlliliyiniz artmışdır..! - deyərlər
( Müslim 2833
)
Allah Subhənə və Təalə bizi Cənnət əhlindən
etsin. Əmin
___________________________________________
Hazırladı
: Shamil Abdul-Jaleel.
Yüklə:
CennetHurileriAyeVeHedislerde.doc
CennetHurileriAyeVeHedislerde.jar
CennetHurileriAyeVeHedislerde.jad