Bir əvvəlki il ilə bir sonrakı ilin günahlarına kəffarə olan əməl. - 24 Октября 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Oktyabr » 24 » Bir əvvəlki il ilə bir sonrakı ilin günahlarına kəffarə olan əməl.
12:22
Bir əvvəlki il ilə bir sonrakı ilin günahlarına kəffarə olan əməl.
Bir əvvəlki il ilə bir sonrakı ilin günahlarına kəffarə olan əməl.


Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir ?

Sual: Ərəfə günü həccdə olanlar və olmayanların oruc tutmasının hökmü nədir?

Cavab: Həccdə olmayanlar üçün Ərəfə günü oruc tutmaq müəkkəd (təkid olunan) sünnətdir. Allah Rəsulundan sallallahu aleyhi və səlləm Ərəfə gününün orucu barədə soruşduqda belə cavab vermişdir: "Allahdan umuram ki, bundan öncə və bundan sonra gələn ilin günahlarına bunu (Ərəfə orucunu) kəffarə etsin”. Başqa bir rəvayətdə: "Keçmiş və gələcək illərin günahlarına kəffarədir”.

Həccdə olanlara gəldikdə Ərəfə günü oruc tutmaq onlar üçün "Sünnət” deyil. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfə Günü vəda həccində oruc tutmamışdır. Səhih Buxaridə Məymunə radiyallahu anhədən gələn rəvayətdə deyilir: "İnsanlar Rəsulullahın sallallahu aleyhi və səlləm Ərəfə Günü oruc tutması barədə şəkk içində idilər və ona bir qab süd göndərdim, o, sallallahu aleyhi və səlləm Ərəfədə durmuşdu, bundan içdi və insanlar ona baxırdı”. Sitatın sonu.

(Fətvalar Məcmusu, 20/404)


Orjinalı yüklə.

2.9 MB



Bölmə: Şəkillər | Baxılıb: 488 | Yüklədi: selefimedia