1 Apreldə Yalan danışmaq ! - 1 Апреля 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Aprel » 1 » 1 Apreldə Yalan danışmaq !
06:46
1 Apreldə Yalan danışmaq !


1 Apreldə Yalan danışmaq.


Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Yalan danışan kəs bilməlidir ki, danışdığı yalanlara görə sabah Allah qarşısında cavab verəcəkdir. Düzgünlük öz sahibini Cənnətə apardığı kimi yalan danışmaq da öz sahibini Cəhənnəmə aparır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Doğruluqdan əl çəkməyin! Çünki doğruluq (adamı) yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət Allah yanında doğruçu sayılır. Yalandan çəkinin! Çünki yalan (adamı) günah işlərə yönəldir. Günah işlər isə Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, nəhayət Allah yanında yalançı sayılır». (Sahih əl-Buxari, 7/95, Sahih Muslim 4/2012)

Uca Allah buyurur: «Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar». (ən-Nəhl, 105) Başqa ayədə buyurur: «De: "Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”». (Yunus, 69)

Quran və sünnədə yalanın haram olması barədə dəlillər çoxdur. Yalan danışmaq günahla yanaşı həm də münafiqlərin əlamətlərindəndir.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Münafiqin əlaməti üçdür; danışdıqda yalan deyər, vəd verdikdə ona əməl etməz, əmanətə xəyanət edər». (Səhih əl-Buxari 1/14, Səhih Muslim 1/78)

Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Münafiqlik yalan üzərində qurulmuşdur».

Uca Allah buyurur: «Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun». (ət-Tövbə, 119)

Bəzi insanlar ətrafındakı insanları güldürmək üçün yalandan şeylər danışırlar. Belə insanlara Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xəbərdarlıq edərək buyurur: «Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!». (Sunənu Əbu Davud, hədis 4992, Sünən əd-Dərimi, hədis 2758)

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Mən zarafat edirəm, amma heç vaxt yalan danışmıram». Tabərani, əl-Mu`cəm əl-Kəbir (319/12). Albani hədisi səhihləşdirmişdir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Mən haqq olaraq mübahisəni tərk edən kəsin Cənnətə sığınmağına, zarafat etdikdə belə yalanı tərk edənə Cənnətin ortasında, əxlaqını gözəlləşdirən şəxsin Cənnətin yuxarısında evi olmasına zamin duraram». (Sunən Əbu Davud 4/253)

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, (səhabələr) dedi: «Ey Allahın elçisi! Sən bizimlə zarafat edirsən?” O dedi: "Mən yalnız haqqı deyirəm!». (Əbədul-Mufrad, hədis 265)

İmam Nəvəvi (Allah ona rəhmət eləsin) demişdir: "Əhli sünnənin məzhəbinə görə yalan bir şeyin əksini qəsdən və ya bilmədən xəbər verməkdir. İnsan bunu bilmədən etdiyinə görə günah qazanmasa da, bilərəkdən etdiyinə görə günah qazanır”. (əl-Əzkər kitabı, 326)

Müsəlman olan kəs eşitdiyi hər bir şeyi danışmamalı ilk olaraq onu dəqiqləşdirməlidir.

Ömər İbnul-Xəttab (Allah ondan razı olsun) demişdir: «Yalançı olmaq üçün insana hər bir eşitdiyini danışması kifayətdir».

Abdurrahman ibn Məhdi (Allah ona rəhmət eləsin) demişdir: «İnsan o vaxta qədər nümunəvi imam olar ki, eşitdiyi hər şeyi danışmasın». (Muqaddimətu Muslim, 1/11)

Mücahid (Allah ona rəhmət eləsin) demişdir: «Doğrudan da hər bir kəlmə yazılır, hətta insan uşağını susdurmaq üçün sənə filan şeyi alacam deyib sonra almadıqda da yalançılardan yazılır».

Bəzi hallar vardır ki, o hallarda şəriət yalan danışmağa icazə vermişdir:

Ummu Külsüm bintu Uqbəh (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İnsanların arasını düzəltmək üçün yaxud xeyir söyləyən yalançı deyildir». (Səhihu-l-Buxari, 3/166, Səhih Muslim, 4/2011)

Ummu Kulsum demişdir (Allah ondan razı olsun): «Peyğəmbərin üç şeydən başqa insanlara yalan danışmağı güzəştə getdiyini görməmişəm; döyüşdə düşmənə, insanların arasında islah etmək üçün, kişinin öz qadınına və qadınının öz ərinə danışdığı yalan». (Səhihu Muslim, hədis 2605)

1 Aprel – heç kimə inanma!

Aprel ayının birində yalan danışmaq və zarafat etmək adətinin necə yaranması haqda dəqiq məlumat olmasına baxmayaraq bir neçə fikirlər vardır.
1 Apreldə yalan danışmaq adəti Avropada 16-cı əsrdə meydana gəlmişdi. Fransada 1564-ci ildə Karl IX qərar qəbul edir ki, Yeni il 1 apreldən 1 yanvara keçirilsin. Lakin bəzi insanlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdilər və buna görə də başqa insanlar onlarla zarafat edərək onlara boş hədiyyələr verirdilər.

Rusiyada isə bu adətin nə vaxt gəlməsi haqda dəqiq məlumat olmasada, XVIII əsrin axırlarından bir çox yazıçıların və şairlərin əsərlərində bu haqda qeyd edilir.

Hazırladı: Emin Zeynal

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə:

http://www.feqih.com/?p=2327


Fayl olarq Yüklə:

Mobil telefon üçün:



Bölmə: Mobil Kitablar | Baxılıb: 556 | Yüklədi: selefimedia