Baş səhifə » 2012 » Noyabr » 6 » Useyd Turabov:"21 dekabr 2012-ci ildə dünyanın sonu olacaq deyənlərə cavab"
02:57
Useyd Turabov:"21 dekabr 2012-ci ildə dünyanın sonu olacaq deyənlərə cavab"


Uca Allah buyurur:

«Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir».
(Loğman 34).
(Ya Muhəmməd!) Səndən Qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki: «O, ancaq Rəbbimə məlumdur. Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz».
(əl-Əraf 187).
(Ya Muhəmməd! Müşriklər) Səndən qiyamətin nə vaxt qopacağı barəsində soruşurlar. Sən onun vaxtını nə bilirsən? Onu bütün təfərrüatı ilə bilmək ancaq sənin Rəbbinə məxsusdur».
(ən-Nəziat 42-44).


Rəsulullah sallallahu aleyhi və səlləm buyurur:

 "Məndən Qiyamətin nə zaman olacağını soruşursunuz? Onu yalnız Allah bilir.
(İmam Nəvəvi "Şərh Müslim” "Səhabələrin Fəziləti” 16/90,91. )

«Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»
(Buxari,Muslim)
--------------------------

Ayrica olaraq sizlərə İslam dinində Qiyamət günü, onun kiçik və böyük əlamətləri haqqında səhih mənbələrdən toplanmış məlumatlara tanış olmaq üçün 
Qiyamətin böyük və kiçik əlamətləri
kitabını yükləyib faydalanmağı tövsiyyə edirik


Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar.
Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu:
«Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir»
(Həkim, Əhməd «Musnəd», əl-Albani «Səhih Hədislər Silsiləsi» 4/361 hədis 1762)
O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda verməyəcəkdir.
«Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır».
(Əbəsə 31-37).
«Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır».
(əl-Həcc 2).



Useyd Turabov

"21 dekabr 2012-ci ildə dünyanın sonu olacaq deyənlərə cavab"




Mp3 Yüklə:

21 dekabr 2012-ci ildə dünyanın sonu olacaq deyənlərə cavab.mp3



Youtubedə dövriyyəyə buraxılan bu nağıllardan bir neçəsi...






Bölmə: Audiolar | Baxılıb: 985 | Yüklədi: selefimedia