Baş səhifə » 2013 » Mart » 11 » Şeyx Useymin:"Cahillikdən Allahdan başqasına qurban kəsən müsəlman üzürlüdür".
02:29
Şeyx Useymin:"Cahillikdən Allahdan başqasına qurban kəsən müsəlman üzürlüdür".
Şeyx Useymin rahimahullah:

"Cahillikdən Allahdan başqasına qurban kəsən müsəlman üzürlüdür".



Sual:
Salam aleykum. Şeyx, əgər bir nəfər "lə iləhə illəllah, Muhammədən Rəsulullah" dediyi halda Allahdan qeyrisinə qurban kəsirsə o müsəlman sayıla bilərmi? Həmçini bir şeyidə nəzərə alaq ki o islam dövlətində yaşayır.
Cavab: Kim Allaha yaxınlaşmaq niyyəti ilə Allahdan qeyrisinə quraban kəsərsə o müşrükdür. Nə Lə iləhə illəllah deməyi, nə namazı, nə də digər ibadətləri ona fayda verməyəcək. Ancaq bir hal istisna, əyər bunu edən insan haqdan uzaq bir yerdə yaşadığı üçün bu hökmün şirk olduğunu bilmirsə o zaman bu insan cahilliyinə görə üzürlüdür. Amma buna baxmayaraq biz onu başa salmaliyiq.
Sual: Şeyx "uzaq yerdə yaşayır" dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab: Yəni Səudiyyə Ərəbistanından kənarda.O yerlər ki orada Allahdan başqalarına qəbirlərə, övliyalara qurban kəsilir və bu əməlin caiz olduğuna etiqad edilir. Əyər cahilliklərindən bu əməlin şirk və günah olduğunu bilmirlərsə buna görə üzürlüdürlər.Amma bir insana başa salırsan ki bu haramdır, oda deyir ki yox mən övliyalara qurban kəsməyi buraxa bilmərəm, artıq buna hüccət çatıb və bu insan kafirdir.
Sual: Şeyx, nəsihət olunduqdan sonra bu insana kafir demek olarmı?
Cavab:Bəli o kafirdir, müşrükdür, mürtəddir.
Sual: Üzür məsələlərində xəfi (gizli) və zahiri günahlar arasında fərq varmı? Yəni xəfi (gizli) günahlara görə insan üzürlü sayılsın zahiri açiq aydın bilinən günahlara görə yox?
Cavab: Əgər bir məsələ bir insana xəfi (gizli) qalarsa o ona açıqlanır, təkfir olunmur.
Sual: Necə ki açıqlanır?
Cavab:
Məsələn elə bu qurban kəsmək məsələsi kimi. Əgər bir insan Allahdan qeyrisinə qurban kəsirsə və soruşan da deyir ki vallahi bizdə insanlar bunu dindən sayır və bunun şirk və günah olduğunu demirlər. Deməli biz burdan başa düşürük ki bu məsələnin həqiqəti bu insan üçün xəfi (gizli) və gizli qalıb. Zahiri və məxfi məsələlərə gəldikdə isə bu insandan insana dəyişir. mənə görə məxfi bir məsələ sənin üçün açıq aydın, və yaxudda kiməsə görə açıq olan məsələ sənə görə qaranlıq və ya gizli qala bilər
Sual: Biz bu insana hansı hüccəti qaldırmalıyıq nəyi dəlil gətirməliyik ? Nə vaxt ona hüccət çatmış sayılır?
Cavab: Məsələn bu insana bu ayələri dəlil gətirirsən
"De ki mənim namazımda qurbanımda həyatım və ölümümdə Aləmlərin rəbbi olan Allah üçündür. onun heç bir şəriki yoxdur və mənə əmr olunan da budur."
və digər ayədə :
"Allah üçün namaz qıl və qurban kəs."
bu aytlər dəlildir ki yaxınlaşmaq, müqəddəsləşdirmək niyəti ilə qurban kəsmək ibadətdir. Və ibadətdə ancaq Allaha olur. Kim ibadəti Allahdan qeyrisinə yönəldərsə o Allaha şərik qoşmuşdur. müşrükdür.
Sual : Şeyx axı bəzi alimlər Allahdan qeyrisinə qurban kesməyi zahiri məsələ adlandıraraq cahillikdə üzür görmür üzürü ancaq məxfi məsələlərə aid edirlər
Cavab:Qulaq as! Az öncə mən sənə dedim axı, sən özündə bunu bilirsən ki, bir məsələnin zahiri və yaxud da məxfi olmasında insanlar hamısı eyni deyillər. Yenə soruşuram bu məsələdə insanlar hamısı eynidirmi? Cavab ver .
Sual : Yox fərqlidirlər.
Cavab:Əhsən. Yenə təkrar edirəm bir məsələ mənə görə açıq aydın , sənə görə isə qaranlıq qala bilər. hətta dəlillərin özləri belə hansı alimə görəsə açıq aydın digərinə görə isə tam başa düşülən şəkildə deyil. bir alimin başa düşdüyüni digəri başa düşə bilmir. Ayənin dəlil olan hissəsi mənası ona gizli qalır.
Yəni təkfirdə əsas hüccətin çatmasıdır.Məsələnin məxfi zahiri olması deyil. Yəni bir adama hüccət çatarsa, elədiyi əməlin şirk olduğu ona tərif olunarsa yəni başa salınarsa, onda təkfir olunur.
Sual: Şeyx Allahdan başqasına qurban kəsmək şirk olub, tovhidə müxalif olan məsələlərdəndir. Yəni dinin əslindəndir. bu da heç kimə gizli deyil. Burada bir şübhə gəzir ki əməlin şirk olduğuna baxmayaraq biz ona müşrük deyə bilmərik. Bu şübhəyə necə cavab verə bilərik?
Cavab:Bu şübhə deyil. Düzdür. Hüccət qaldırılmayana kimi müşrük adı vermək olmaz. Müşrük sayılmır.
Sual: Şeyx axı Quran çatıb.
Cavab:Qulaq as. Hədisdə keçən kişi demədimi ki "ey Rəbbim sən mənim qulumsan mən sənin Allahınam". Məgər bunun feli küfür deyildimi?Bəli.Amma özü kafir olurmu? Yox .Və yaxud kimsə məcburiyyət qarşısında qalıb Allaha küfür edərsə bunun feli küfür olmasına baxmayaraq bu kafir olurmu?Yox.
Alimlər nə vaxt deyirlər ki feli küfürdür özü kafir deyil, feli şirkdir özü müşrük deyil?Hər küfr edən kafir olmur, o vaxta qədər ki sahibinə hüccət çatmayıb. Və yaxud da adama hüccət çatıb- çatmaması bizə bəlli deyil. Amma hüccət catmış insanlara bu qaydanı tətbiq etmək olmaz. Yoxsa onda heç kimsəyə kafir deyə bilmərik. Əl ixtisar, hüccət qaldirmamış biz kafir deyə bilmərik.
Sual: Şeyx axı İbni Teymiyyə r.h. bunun əksini deyir.
Cavab:Xeyir İbni Teymiyyəde bunun əksini demir.İbni teymiyyədə hüccət çatmamış heç kimi təkfir etmir.
Sual: Şeyx İbni Teymiyyə deyirki əyər Quran çatdisa Peyğəmbər göndərilibsə artıq hüccət çatıb ona nəyisə başa salmaq lazım deyil.
Cavab:İbni Teymiyyə elə dəmir.Hətta Quran çatsa və peyğəmbər göndərilsə belə kifayət deyil.Kifayət deyil!
Sual : Necə yəni kifayət deyil?
Cavab:Elə fikirləş ki qabağındakı əcəmidi ərəbcə başa düşmür. buna Quranın və Peyğəmbərin göndərilişi kifayət edirmi?
Sual : Yox
Cavab:Niyə yox, axı Quran çatıb, Peyğəmbər göndərilib.O bunları eşidir. Deməli hüccət çatması üçün mənasını başa düşməlidir.
Sual : Şeyx axı İbni Teymiyyə gətirir ki dinin əslindən sayılan məsələlərdə yəni zahiri məsələlərdə küfrə və şirkə düşən başa salınmadan təkfir olunur.
Cavab:Yox ele şey ola bilməz harda qeyd edir onu?
Sual : İshaq bin abdur Rahmanın risaləsində
Cavab:Əl muhim İbni Teymiyyenin bu barədəki kitabları və rəyi mərufdur. Şeyxul İslam təkfirdən ən uzaq olan insanlardan biridir.

Yenə nəsə soruşmaq istəyəndə Şeyx rahimahullah onun sözünü saxlayıb deyir:Qulaq as! Bu məsələ açılmışkən qoy hamı faydalansın. Başa düşmədikdən sonra dəlilin çatmasının bir faydası yoxdur. Yəni hüccət olaraq kifayət deyil. Yenə sizə misal çəkirəm əyər bir qeyri ərəbə gecə gündüz get Quran oxu sən ona hüccət qaldırmış sayılırsanmı?Yox .
Allah razı olsun .

Liqa bab maftuh 48b kaseti:


Baxıram ki Təkfir məsələlərində cahilliyin üzür olması sizə hələdə aydın deyil. Sizin bunu başa düşə bilməməyiniz mənə çox təəccüblü gəlir. Siz bunu niyə başa düşə bilmirsiniz!? Axı probleminiz nədir ki, siz şirkdə və küfürdə cahilliyin üzürlü olmasını İslamın digər rükunlarından və vacibatlarından ayırırsınız!? Elmdən uzaq yerlərdə yaşayan kımsə İslamın vacıbatlarını cahillkdən tərk edəndə, Islamın ən böyük rükunu olan namazın vacibliyini bilmədiyi halda cahillikdən tərk edəndə üzür olursa nıyə eqidə məsələlərındə cahillik üzür olmasın? Əgər şirkə görə insan üzürlü olmasaydı onda Allah niyə tovhidə dəvət edən Peyğəmbərlər göndərmişdir? Allah sübhənəhu təalə Qurani kərimdə buyurur: "Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik".

(Şeyx Useyminin Buxarinin şərhi kasetindən 21b)


Tərcümə edən:Qabil Huseynov.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 2337 | Yüklədi: selefimedia