Baş səhifə » 2014 » Noyabr » 7 » Şeyx İbn Useymin, Əl-Ğafir surəsinin, 49-cu ayəsinin təfsiri.
10:16
Şeyx İbn Useymin, Əl-Ğafir surəsinin, 49-cu ayəsinin təfsiri.




 " Başqa bir ayədə oxudunuz ki, onlar Cəhənnəm gözətçilərinə belə deyirlər:


"Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!"  

Bu sözlərə bir neçə cəhətdən fikir ver.


Birincisi onlar özləri Allahdan istəmirlər.Cəhənnəm gözətçilərindən onlar üçün istəmələrini tələb edirlər.Nəyə görə? Çünki Allah subhanahu  onlara deyib ki:"orada zəlil olaraq qalın və danışmayın!" (Muminin,108) Bilirlər ki, onlar Allahdan istəmək haqqı olanlardan deyillər. Ancaq kiminsə vasitəsi ilə istəyə bilərlər.


Sonra (ikincisi), deyirlər ki :"Rəbbinizdən istəyin"."Rəbbimizdən istəyin" demirlər. Çünki onların üzləri və qəlbləri Allahın rububiyyəti ilə danışa bilmir. Ona görədə "bizim Rəbbimiz" deyə bilmirlər.Onlar utanc və zəlillik içərisindədirlər. Allahın rububiyyətinin onlar üzərində zahir olmasına layıq deyillər.Buna görə də "Rəbbiniz" deyirlər.

Sonra fikir verin, onlar demirlər ki bizi əzabdan qurtarsın, deyirlər ki əzabımızı yüngülləşdirsin.Çünki, Allah qorusun, ümüdlərini üzüblər.Əzabın qalxmasından ümüdlərini kəsiblər.

Həmçinin baxın görün onlar əzabın daimi olaraqmı yüngülləşməsini istəyirlər? Yox, deyirlər bir gün, tək bircə gün. Bu halı təsəvür etsəniz, onların nə cür əzab, zəlillik və alçaqlıq içərisində olduqları aydın olar. Onları zəlillikdən ürkmüş halda , buna çox dar bir çərçivədən baxdıqlarını görərəsən.
(Yəni tam ümüdsüz)

Allah bizləri və sizi bundan qorusun! "

Amin!


 

Bölmə: Faydalar | Baxılıb: 860 | Yüklədi: Azerislamoglu