Baş səhifə » 2013 » İyun » 15 » "Şeyx Albani namazı qılıb tərk edəni müsəlman, heç vaxt namaz qılmayanı isə kafir görür!" - şübhəyə rədd-
07:44
"Şeyx Albani namazı qılıb tərk edəni müsəlman, heç vaxt namaz qılmayanı isə kafir görür!" - şübhəyə rədd-

"Şeyx Albani


namazı qılıb tərk edəni müsəlman, heç vaxt namaz


qılmayanı isə kafir görür!"


- şübhəyə rədd-

 


-video+mp3+mətn-


Sual :


Bəzi məclislərinizdə demisiz ki, namazı tərk edənin təkfiri məsələsindəxəta zəlalət qapısının açarlarından bir açardır. İstəyirik ki, bizim üçün bu məsələni təfsilatı ilə izah edəsiniz?

Şeyx Albani:

Məsələnin təfsilatı daimə təkrarladığımız kimi etiqadi küfr ilə əməli küfrü fərqləndirməkdir. Çünki namazı tərk edənin iki halı var: Ya namazın şəriətdən olduğuna (yəni, vacib olduğuna)  iman edir. Ya da namazın şəriətdən olduğunu, yəni, vacib olduğunu inkar edir. Bu ikinci halda olan müsəlmanların icması ilə kafirdir. Həmçinin, dindən zəruri oduğu bilinən hər hansı bir şeyi inkar edənin hökmü də budur. Məsələn, Orucu inkar edən kafirdir. Eləcə də Həcc və başqa bu kimi dini ayinlər hansı ki, müsəlmanlara onun dində zəruri olduğu məlumdur. Bunda ixtilaf yoxdur. Kim namazın vacib olduğunu inkar edərsə o kafirdir. LAKİN BİR İNSAN NAMAZIN VACİBLİYİNİ İNKAR ETMƏYƏRƏK, ƏMƏL BAXIMINDAN NAMAZ QILMIRSA, OLA BİLƏR YA ÜMUMƏN QILMIR, YA DA BƏZƏN QILIR, BƏZƏN QILMIR. BU HALDA HƏMİN İNSANIN KAFİR OLDUĞUNU birmənalı söyləmək düzgün deyildir.  ÇÜNKİ KÜFR İNKAR ETMƏKDİR! O İSƏ NAMAZIN VACİBLİYİNİ İNKAR ETMƏYİB.
Allah Təala kafirlər haqda buyurmuşdur ki:
"Buna qəti inandıqları halda, haqsızcasına və  təkəbbür üzündən onları inkar etdilər.”
 (Nəml -14)
Məsələn, Zeyd adlı birini misal götürək. Namaz qılmır! Lakin ondan: "Qardaşım niyə namaz qılmırsan?” deyə soruşulduqda cavabında: "Sonra qılacam, Vallahi dünya məni məşğul edib, övladlar məşğul edib”. Vəs. kimi sözlər deyir! Düzdür, bu sözlər (namaz qılmamaq üçün) birmənalı üzr deyil. Lakin biz onun qəlbində olandan xəbərdar olmadığımız üçün, bizə bu faydanı verir ki, həmin kəs namazın  vacibliyinə iman gətirir. Yox əgər, Allah qorusun, cavabı belə olsa idi: "Qardaşım, namazın dövrü keçib gedib, insanlar bir zaman elmsiz idilər, çirk içində idilər təharət kimi, idman kimi şeylərə ehtiyacları var idi. İndiki zamanda onun vaxtı keçib gedib.Yeni vasitələr çıxıb deyə, artıq namaza ehtiyac qalmır.”  Bunu deyən kəs kafir olur və məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir!Amma cavabı birinci olarsa, yəni, "Niyə namaz qılmırsan?" sualına cavabında: "Allah bizi bağışlasın! Lənət şeytana” və s. kimi sözlər deyərsə, (bu göstərir ki,) həmin kəs namazın vacibliyini inkar etmir.Əgər bu adamın kafir olduğunu söyləsək, onda həqiqətə müxalif olarıq. Çünki bu adam iman edib, namazın vacibliyinə iman edib, İslamın hamısına iman edib. Belə olduğu təqdirdə, biz onu necə təkfir edə bilərik?!Ona görə biz deyirik ki, namazı, orucu, həcci və digər əməli ibadətlərdən hər hansısa birini tərk edən arasında təkfir edilib edilməyəci haqda fərq yoxdur. Nə vaxt təkfir edilir? Əgər inkar etsə! Nə vaxt təkfir edilməz? Əgər iman etsə yekdil fikirdir ki, iman gətirəni təkfir etmək olmaz.  Bununla belə, bir çox hədislər varid olub ki, axırında: Lə İləhə İlləllah deyib, misqal zərrə qədər əməli olmayanı Cənnətə daxil edin!” Lakin onun misqal zərrə imanı var. Və bu imanı onun Cəhhənnəmdə əbədi qalmasına mane olacaqdır. Yanıb qara kömürə dönəndən sonra olsa belə, Cənnətə girəcəkdir. Lakin "Lə İləhə İlləllah, Muhəmmədən Rəsulullah" kəlməsini deyir, Allahdan və elçisindən gələn hər bir şeyi qəbul edir, fəqət namaz qılmır və ya oruc tutmur və ya həcc etmir və s. bu kimi şeylər etmirsə, yaxud oğurluq və zina edirsə, əgər bütün bunlar, əməli küfr ilə etiqadi küfr tərəzisində ölçülməsə (bunlar arasında) heç bir fərq yoxdur. Bir kişi zina edir, onu təkfir edək? Deyəcəksiz: "Xeyr! Baxmaq lazımdır, zinanı haram görür, yoxsa bəzi cahillər kimi  nə halaldır, nə də haramdır – deyir?!” Əgər mənə belə söz desə, o kəs mənə görə kafir olar. Həmçinin, oğru da belədir. o cümlədən hər hansısa bir günahı edən kəs, məsələn, insanların qeybətini edir. Ona: "Allahdan qorx! Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur: "Qardaşın haqda, onun xoşlamadığı bir şeyi demək – qeybətdir!” –dedikdə, o desə ki, "Peyğəmbərin filan sözü gərək deyil" o zaman kafir olur.Beləcə bütün şəri əhkamlar da belədir. Fərq etməz fərzlərdən biri olsun, yaxud uzaqlaşılması vacib olan haramlardan biri olsun. Bu haramlardan nəyisə qəlbi ilə halal görərsə,  o kəs kafir olar. Yox əgər, əməli küfr olsa, bununla belə asi olduğunu etiqad etsə o kəs kafir olmaz. Bütün şəri əhkamlarda belədir, istər vaciblər olsun, istərsə də haramlar. Vaciblərə əməl etmək vacibdir, onları tərk etmək olmaz. Lakin tənbəllikdən dolayı tərk edərsə, onu təkfir etmək olmaz. Əgər inkar edərək tərk edərsə, o zaman kafir olar. Həmçinin, haramlardan da bir şeyi halal görən kəs kafir olar. Vacib və haramlar arasında heç bir fərq yoxdur.
İzah etmək istədiyim budur!


http://www.fatawa-alalbany.com/fatawa_moutanaouia/hn%2808_05.rm%29.html


Dinlə:



Mp3 Yüklə:

5.8 MB





Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 1484 | Yüklədi: selefimedia