Baş səhifə » 2014 » Avqust » 23 » Qamət Süleyman:" Təkcə yas məclisləri yox məzar daşlarıda artıq xərcdir."
22:48
Qamət Süleyman:" Təkcə yas məclisləri yox məzar daşlarıda artıq xərcdir."

“Bu qanun layihəsi çoxdan qəbul edilməli idi. Çünki nəinki yas mərasimlərində israfçılığa yol verilir, o cümlədən də məzar daşı qoyulmasında və digər hallarda artıq xərclər edilir. Ona görə də bu qanun layihəsi qəbul edilsə, müsbət addım olar”.

Bu sözləri Axar.az-a açıqlamasında Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov dedi. Hacı Qamət Milli Məclisdə yas mərasimləri ilə bağlı qanun layihəsinin hazırlanmasına münasibət bildirərkən qeyd etdi ki, sələfilər vəfat etmiş şəxslə bağlı bu adətlərə əməl edir:

“Vəfat etmiş şəxsin yuyulması, kəfənlənməsi və dəfn edilməsi qaydaları var. Dəfn mərasimindən sonra əksəriyyəti dağılışır. Kimlərsə də mərhumun ailəsini ziyarət edib başsağlığı verir. Ancaq yas məclisi təşkil etmək, süfrəyə nemətlər qoymaq, yeməklər hazırlamaq - belə bir adət yoxdur. Sələfilərdən kim bacarırsa, bu adətə əməl edir. Amma eləsi olur ki, yaxınları təzyiq edir, o da israfçılıq edib yemək süfrəsi hazırlayır. Ümumilikdə təkcə yas məclislərində yemək israfçılığından əlavə, məzar daşı da artıq xərcdir. Buna da ehtiyac yoxdur. Mərhum üçün 40 mərasimi verirlər, bunun da islama heç bir aidiyyəti yoxdur”.

http://axar.az/news/27390

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 869 | Yüklədi: selefimedia