Baş səhifə » 2012 » İyul » 28 » NƏSİHƏT !!!
01:57
NƏSİHƏT !!!

NƏSİHƏT


Əziz qardaş və bacılarım, bu gün əgər biz özümüzə diqqətlə nəzər salsaq, bir gəminin dənizdə batmaq üzərə olduğu kimi, bizimdə etdiyimiz günahlardan dolayı bu halda olduğumuzu görürük. Sual versək Bunun səbəbi nədir? Cavab aydındır ALLAHDAN layiqincə qorxmamağımızdır. ALLAHDAN layiqincə qorxmaq üçün isə biz yer üzünə ayaq basmışların ən şərəflisi ALLAHIN Rəsulu Muhamməd (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) onun səhabələrinin, tabiinlərin, alimlərin saleh insanların yolunu tutmalıyıq. Amma bu günləri çox təəsüf ki, biz o yolu doğru-düzgün tutmamışıq elə ona görədə etdiyimiz ibadətlərdən ləzzət ala bilmirik. Əziz qardaş və bacılarım bununla bağlı bir nəsihət edəcəm sizə, hər şeydən əvvəl onu bildirim ki, mən elm tələbəsi deyiləm və
özümü elm tələbəsindən aşağı görürəm.

Əziz qardaş və bacılarım, çox pis haldırki biz, biz bir yerdə olduqda, bir-birimizə zəng vurduqda, ALLAH qorxusunu
bir-birimizə xatırlatmırıq, əksinə qəhqəhəylə gülürük danışırıq, sonra isə deyirik o rafiziyə bax nə gündədir, bu təkfirçiyə bax nə gündədir, o mürciyədir, bu hənəfidir, fıan qardaş belə etdi, flan bacı belə dedi və buna bənzər şözlər işlədirik. Əziz müsəlman qardaş və bacılarım heç siz bu ayə barəsində düşündünüzmü,

"Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır çox möhtərəm, (əməllərinizi) yazanlar." İnfitar/10-11.

Bəs bu ayə barəsində,

"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın."

Qaf /16-18.

Bəs bu ayə barəsində.

"Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında (əməllərini) yazan elçilərimiz vardır.”

əz-Zuxruf/80.

Əziz qardaş və bacılarım, bu əzəmətli ayələri oxuyub gözlərimizdən yaş axmadısa, görün onda biz nə gündəyik, yada axsada əgər sonra yenə əvvəlki vəziyətimizə qayıtsaq görün onda biz nə gündəyik. Əziz qardaş və bacılarım, hər dərdin dərmanı olduğu kimi, bununda dərmanı var. ALLAHIN sevimli qulu Muhamməd (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) buyurdu

"Ey ALLAHIN qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib"

(Əbu Davud, 4/3, 7).

Başqa bir hədisdə isə belə buyurulur:

"ALLAH şəfası olmayan heç bir xəstəlik yaratmamışdır"

(Əhməd ibn Hənbəl: 4278, İbn Macə, 3436, Əbu Davud 3855, Tirmizi 2039).

Bizim tutulduğumuz bütün xəstəliklərin bir müalicəsi var, oda ALLAH və Rəsuluna (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) itaətdir. Uca RƏBBİMİZ Quranda bizlərə belə buyurur

"Ey iman gətirənlər! ALLAHA və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! Muhəmməd/33.

Əziz qardaş və bacılarım, biz ALLAHI sevirik, lakin ALLAH bizi bir dünyanın içindəki toz dənəciklərindəndə çox sevir, elə ona görədə etdiyimiz günahların çoxluğuna baxmayaq ALLAH bizə mərhəmət edir, bizi bağışlayır. Bu barədə RƏBBİMİZ bizə belə buyurur

" Əgər ALLAHIN sizə lütfü və mərhəməti olmasaydı, ALLAH tövbələri qəbul edən və Müdrik olmasaydı (yalan danışanlar ALLAHIN lənətinə gələrdilər)."

ən-Nur/10

Əziz qardaş və bacılarım, biz nə etməliyik ki, özümüzü islah edək, dünyanın bər-bəzəyinə bağlanmayaq, bir-birimizi görəndə ALLAHI xatırlayaq, ALLAH qorxsunun qəlbimizə möhur kimi vuraq. Bunun üçün bizə əsas gərəkən ixlasdır, əgər əməllərimizdə ixlas yoxdursa ALLAH qorxusunu əldə edə bilməyəcəyik. Əziz qardaş və bacılarım bir müsəlman digər müsəlman ilə salamlaşdıqdan sonra, onun kef ahvalını soruşduqdan sonra, ona belə deməlidir, bir şeyə ehtiyacın varmı? Onun ehtiyacı olmasada, qəlbində rahatlıq yaranacaq, sənə qarşı sevgisi artacaq, sabah ehtiyacı olduqda utanmadan sənə ehtiyacını söyləyəcək. Əgər ehtiyacı olsa, səndən nəsə istəsə, sənin gücün çatmasada, gücün nəyə çatır onu etsən, dua etsən və desənki bil ki, mənim yalnız buna güçüm çatır bunuda ALLAH üçün edirəm. Daha sonra əgər imkanı varsa ondan soruşmalıdır, xəstə olan, ehtiyacı olan bir müsəlman və yaxudda müsəlman ailə tanıyırsanmı. Sonra nəsihət istəməlidir, deməlidir ki, mənə nəsihət et, elə bir nəsihət et ki, mənim içimdə ALLAH qorxusu yaransın. Müsəlman buna qarşılıq olaraq dünyanın keçici bir zövq, axirətin isə əbədi yurd, cənnət nemətlərini, cəhənnimin dəhşətini ALLAH qorxusunu xatırlatmalı, bildiyi hədisləri ayələri rəvayətləri danışmalıdır. Sonra isə nəsihəti edən müsəlman, nəsihət verdiyi müsəlmandan nəsihət istəməldir. Qarşılıqli olaraq müsəlmanda nəsihətini etməldir. Bir yerdə oturduqda, müsəlmanın qeybət etdiyini gördükdə, ona deməlidir ALLAHDAN qorx, qorx ki, son əməlin bu olsun. Dünyadan, boş-boş şeylərdən çox danışdıqda qəhqəhəylə güldükdə ona bu hədisi xatırlatmalıdır. Əbu Hureyra (ALLAH ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə ALLAHIN salavatı və salamı olsun) belə buyurduğunu deyib:

Kim ALLAHA və Axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun"

(Buxari 6018, Muslim 47).

Əgər müsəlman əvvəl ki vəziyətinə yenə qayıtsa bu hədisi yenə xatırlatmalıdır. Çünki Uca ALLAH bizə belə buyurur

"Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir."

əz-Zəriyət/55.

Əgər görsə ki, mümkün deyil, yaxın tanıdığı olsa belə salamlaşıb ordan durmalıdır. Müsəlman xahiş etsə ki, getmə otur, onda şərt qoymalıdır, qeybət etmək yox, dünyadan və boş-boş şeylərdən danışmaq yox!

Əgər müsəlman bunları etsə, sabah o bir müsəlmanda özünü düzəldəcək inşəALLAH. Bundan əlavə bir müsəlman, digər müsəlmanın bir günah və ya xəta etdiyini görəndə, ona gözəl tərzdə yumşaq nəsihət etməlidir. Xatırladım ki, nəsihəti insanların içində yox yalnız təklildə etmək lazımdır. Lakin ümumi nəsihəti bir yerdə olandada etmək gözəldir. Əziz qardaş və bacılarım nəsihətimi Uca RƏBBİMİN izni ilə bitirdim.

Əs-Sələmu Aleykum Va Rahmatullahi Va Barakatuhu.

HAZIRLADI: ABDULHAQ

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 592 | Yüklədi: selefimedia