Baş səhifə » 2012 » İyul » 22 » Müsəlmanın qadının ibadətlə dolu bir günü
09:36
Müsəlmanın qadının ibadətlə dolu bir günü

Müsəlmanın qadının ibadətlə dolu bir günü

Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) ibadətə bu cür tərif vermişdir:
- İbadət – Allahın sevdiyi və razı qaldığı bütün sözlər, gizli və aşkar edilən bütün əməllərdir!

Əgər İbn Teymiyyənin (rahiməhullah) bu sözlərinin həqiqi mənasına varsaydıq, anlayardıq ki, həyatımızda ibadət üçün ayrılan vaxt və qeyri ibadət üçün ayrılan vaxt –deyilən bir anlayış yoxdur. Hər bir anımız Allaha ibadətdə keçməlidir.

Bəziləri elə düşünür ki, ibadətin vaxtı - beş vaxt namaz və ya Allahın oruc tutmağı fərz etdiyi bir Ramazan ayı, yaxud həcc mövsümü, yaxud da dinimizin müəyyən vaxtlarda bizə fərz etdiyi ibadətlərin vaxtından ibarətdir. Həmin kəslər ibadətin mənasını məhz bu cür dərk edərək yanılmışdırlar. Doğrudur, bu sadalananlar dinin əsasıdır. Fəqət ibadət kəliməsi təkcə bu sadalanan ilə kifayətlənmir, o daha geniş bir məvhumdur.

İbadət məvhumunun geniş mənası budur:
- Qadın namazın içində və ya namazdan kənarda, gizlidə və aşkarda, toplum içində və ya tənha qaldıqda daima Allahın qulu olduğunu düşünərsə, həmin an Allaha itaət etdiyini anlayar! Məhz bu səbəbdən qadın, etdiyi hər bir əməli Allah rzası üçün edərsə, o zaman da itaət içində olar. Hətta şəhvətini halal yolla əri ilə dəff etməsi də Allaha itaətdəndir.

Bunları bilən qadın ibadət kəlməsinin həqiqi mənasını anlayar və vaxtını xeyirli əməllər ilə dəyərləndirməyi bacarar! Həmçinin faydasız işlərlə puç etdiyi vaxtını, həqiqi ibadət anlayışının süzgəcindən keçirə bilər.

Ey müsəlman qadın! Ərinin evdə sənə əmanət olaraq qoyduğu – malı, şərəfi, övladların tərbiyəsi və s. şeyləri Allahın səndən tələb etdiyi şəkildə qorumağa çalış! O zaman etdiyin hər biri əməli ibadətə çevirər və bundan da savab qazana bilərsən!


[‘Keyfə Təstəğillu əl-Məratul Muslimə Vaqtəhə’- adlı risalədən]

__________________
Tərcümə: əz-Zubeyr


Baxılıb: 594 | Yüklədi: selefimedia