Baş səhifə » 2013 » Avqust » 20 » Abdurrazzaq əl-Abbad:"Səad ibn Əbi Vəqqas nə üçün Əli və Müaviyə arasındakı döyüşə qatılmadı?"
07:02
Abdurrazzaq əl-Abbad:"Səad ibn Əbi Vəqqas nə üçün Əli və Müaviyə arasındakı döyüşə qatılmadı?"
Abdurrazzaq əl-Abbad:

"Nə üçün Səad ibn Əbi Vəqqas  Əli və Müaviyə arasındakı döyüşə qatılmadı?"





Şeyx Abdurrazzaq əl-Abbad danışır:

Mövzu ilə əlaqəli çox ibrətli qissələrdən biri də, Böyük səhabə Səad ibn Əbi Vəqqasın hekayəsidir. Allah ondan razı olsun!
İbn Sirin danışır ki, Səad ibn Əbi Vəqqasdan "Nə üçün vuruşmursan" deyə soruşdular! Burada Əli ibn Əbu Talib ilə Müaviyə arasında olan döyüş qəsd edilir. Səad ibn Əbi Vəqqas o fitnəyə girməyən səhabələrdən biri idi. Ondan soruşdular: "Sən nə üçün vuruşmursan? Axı sən şuranın üzvüsən və bu işə qoşulmağa sən digərlərindən daha haqlısan! Ona görə gəl bizə qoşul! Sən bu məsələyə müdaxilə etməyə, digərlərindən daha çox layiqsən.
O isə belə cavab verdi: "Xeyr, mən vuruşmayacağam!" Səadın bu müdrik sözlərinə diqqətlə qulaq asın! O dedi: Mən o vaxt sizlə birgə vuruşaram ki, mənə iki gözü, bir dili və iki dodağı olan bir qılınc gətirəsiz! Elə bir qılınc ki, o möminlə kafiri bir-birində ayıra bilsin! Elə bir qılınc ki, onunla müsəlmanı bilsəm o öldürməyəcək, kafiri vursam onu öldürəcək!
Sonra isə belə dedi: "Mən cihadda olmuşam və cihadın nə olduğunu gözəl bilirəm!"
Lakin müsəlmanların başları kəsildiyi, öldürüldüyü bu döyüşlərə mən qatılan deyiləm! O halda qatılaram ki, mən vəsf etdiyim həmin qılıncı gətirəsiniz. Sonra isə o çox gözəl bir misal çəkir:
Sizinlə bizim misalımız geniş bir yolda addımlayan bir tayfaya bənzəyir. Onlar bu yolda addımlayarkən birdən tufan qalxır, tozanağ olur və onlar yollarını azırlar. Onlar bir qism yolun sağ tərəfdə olduğunu zənn edərək, o yolla gedirlər və azırlar. Bir qism isə yolun sol tərəfdə olduğunu zənn edərək, o yolla gedirlər və onlar da azırlar. Onlardan bir qism də deyir ki, tufan qalxanda biz yolla gedirdik. Heç yerə getmədən oturub gözləyək. Və onlar yolda oturular, elə ki, tufan yatır və duman çəkilərək yol aydınlaşır. Baxın, camaat məhz onlardır.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bizdən ayrılarkən necə idiksə, onunla görüşənədək də elə qalaq! Biz fitnəyə girən deyilik!
Bölmə: Videolar | Baxılıb: 796 | Yüklədi: selefimedia