Baş səhifə » 2013 » İyun » 17 » AbdurRahmən əs-Sədi:"Bəzən bir insanda xeyir və şər, iman və küfr cəm oluna bilər."
10:45
AbdurRahmən əs-Sədi:"Bəzən bir insanda xeyir və şər, iman və küfr cəm oluna bilər."
AbdurRahmən əs-Sədi:

"Bəzən bir insanda xeyirşər, imanküfr cəm oluna bilər."

"Bil ki, Əhli Sünnə və camaatın əqidəsinə görə bəzən bir insanda xeyir və şər, iman və küfr, yaxud da nifaq xüsusiyyətləri cəm oluna bilər.Bununlada o etdiyi əməldən asılı olaraq həm savaba, həm də cəzaya layıq görülür.Quran və hədislərdən iqtibas edilmiş çoxsayl dəlillər bu 'qidə məsələsini sübuta yetirir.Dəlillərin isə hamısına riayət etmək və bütünlüklə təsdiqləmək lazımdır.Biz gərək (haqq yoldan azmış cərəyan nümayəndələri olan) xavariclərdən uzaq olaq.Onlar Quran və hədislərdə varid olmuş, insanı dindən çıxarmayan bir günahı edəndə, həmən insanda imanın və dinin qalmasını bildirən dəlillərə etiraz edirlər.Xavariclər bütün bu sübutları danırlar.Onlar böyük günahlardan hər hansı birini, küfr və ya nifaq xislətlərinin edəni dindən çıxmış hesab edirlər.Onun əbədiyyən Cəhənnəmdə qalacağını söyləyirlər.Qurana, hədislərə və ümmətin sələflərinin yekdil rəyinə əsasən bu rəy batildir."

"Möminlərin könül müjdəsi və xeyirlilərin göz işığı"
7-ci hədsin şərhi.
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 736 | Yüklədi: selefimedia