Baş səhifə » 2015 » İyun » 17 » 2O15 - ci il üçün, Bakı vaxtı ilə Ramazan təqvimi,Oruc haqqında faydalı dərs və xütbələr.
14:53
2O15 - ci il üçün, Bakı vaxtı ilə Ramazan təqvimi,Oruc haqqında faydalı dərs və xütbələr.

2O15 - ci il üçün, Bakı vaxtı ilə Ramazan təqvimi.
Oruc haqqında faydalı dərs və xütbələr.

 

 

Faydalı xütbə və dərslər toplusu.
 

Ramazan ayının başlanması-5 dərs :

http://ixlasla.com/fiqh/oruc/641-ramazan-ayinin-bashlanmasi.html

Ramazan ayı və Oruc - 220 dərs:

http://ixlasla.com/fiqh/oruc/330-ramazan-ayi-ve-oruc-muxtelif.html

Oruc və Təravih namazı (Sual-Cavab)-27 dərs :

http://ixlasla.com/fiqh/oruc/640-oruc-teravih-namazi-sual-cavab.html

Quran Qiraəti:

Ərəb dilində-32 Qari:

http://ixlasla.com/qurani-kerim/ereb-dilinde.html

Azərbaycan dilində:

ixlasla.com/qurani-kerim/49-azerbaycan-dilinde.html

 


 

On bir ayın sultanı, mübarək Ramazan ayı hər bir müsəlmanın səbirsizliklə gözlədiyi ibadət ayıdır.

Bu ayda bütün dünya müsəlmanları oruc tutub namaz qılmaqla yanaşı müxtəlif xeyirxah işlər görməklə Allaha ibadət edirlər.

“Sələf Xəbər” redaksiyasının apardığı araşdırmaya əsasən, artıq bir çox müsəlman ölkələri iyunun 18-nin Ramazan ayının 1-i olduğu haqda qərar veriblər.

Səudiyyə Ərəbistanı, Küveyt, İordaniya, Misir, Fələstin və digər ölkələr Ramazan orucuna həftənin cümə axşamı günü başlayacaqlarını bildiriblər.

Mərakeş Vəqflər və İslam İşləri Nazirliyi isə bildirib ki, onlar çərşənbə günü yeni ayın doğmasını izləyəcəklər. Əgər yeni doğmuş ayı görmək mümkün olarsa, Cümə axşamı orucluğun ilk günü başlamış olacaq. Əgər yeni doğmuş ayı görmək mümkün olmazsa, orucluğun ilk günü cümə günü olacaqdır. Qeyd edək ki, Mərakeşdə ayın izlənməsi teleskopla deyil, adi gözlə aparılır.

Əl-Cəzair də çərşənbə günü yeni ayı izləyəcəkləri barədə məlumat verib.

Azərbaycanda isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan Qafqaz Müsəlmanları İdarəsi bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Fitr bayramı isə Şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Uca Allah tutacağımız orucları, qılacağımız namazları qəbul etsin. Xalqımıza daim əmin-amanlıq və xeyir bəxş etsin. Amin!

Bölmə: Ramazan | Baxılıb: 717 | Yüklədi: Azerislamoglu