Baş səhifə » 2014 » Mart » 9 » YAXŞI VƏ PİS ZƏNN.
10:27
YAXŞI VƏ PİS ZƏNN.


Dinimizin gətirdiyi dəyərli əxlaqlardan biri də insanlar haqqında yaxşı zəndə olmaqdır. Bu, gözəl mənəviyyata dəlalət edən yüksək bir xasiyyətdir. Gözəl mənəviyyatın əlaməti qardaşlar haqqında təmiz fikirdə olmaq və qəlbin salamat olmasıdır. Habelə, o şəxs yumşaq rəftarlı və dili dürüst olarsa, o artıq gözəl əxlaqın bütün görkəmini tamamlamış olar. Çünki, əgər qəlblər yaxşı olarsa, onun düşüncələri də yaxşı olar. Necə ki, ağacın kökü yaxşı olduqda onun meyvələri də yaxşı olur. Bununla yanaşı, həqiqətən də qəlb nə qədər pisliyə yuvarlanarsa, o qədər də pis zənlərin dərəcəsi artar.
Yaxşı xasiyyətlər isə yaxşı qəlblərin bəhrəsidir. Qəlblərə ən yaxşı iz buraxan kəlmeyi-tövhiddir ki, o, doğruluğa ən böyük təhrikedici amildir. Allahu təalanın da buyurduğu kimi:

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ * تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ *وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الْأَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ

«Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir.»

(İbrahim: 24-26)

Artıq insanların əxlaqındakı fəlakət daha da artmışdır. Bunun ən böyük səbəblərindən biri o insanların qulaqlarının öz həmtayları üçün pusquya çevirmələri olmuşdur. Bununla da qəlbləri pis zənn ilə çirklənmişdir. Hətta, yaxşı zənləri də apararaq yerini xarab şübhələr əvəz etmiş, bununla da ayrılıq baş vermişdir. Nəticə olaraq, qəlblərə kin-küdurət düşmüş və problem böyümüşdür. Pis zənn məclislərində alçaq kəslər bir araya gələr, o məclisdə qohumluq əlaqələri kəsilər, qarşılıqlı surətdə insanlara ittihamlar irəli sürülər, qeybəti və söz gəzdirməyi boğazlarına salarlar, hətta çürüdənə qədər!
Neçə-neçə əsassız zənlər olmuşdur ki, qardaşlığın davam etdirilməsinə mane olmuşdur və aradakı rəhməti, qardaşlığı kobudluğa və düşmənçiliyə çevirmişdir. Buna aid çox əcaib misalların da şahidi olmuşuq. Məsələn;
Birincisi: Öz müsəlman qardaşına qarşı daxilində bir şey yarandığını görür. Çünki, onun yanından keçmiş və salam verməmişdir!
İkincisi isə: Ona yaxın olan tələbəsi və ya yaxşılığı keçmiş kəs tərəfdən toy məclisinə çağırılmayıb!..
Üçüncüsü isə: Bir kəsdən bir şey istəmiş, o da ona verməmişdir. Nəticədə qəlbi ona qarşı qırılmışdır!
Dördüncüsü isə: Qardaşını sevincli bir gününə çağırmış, o da gəlməmişdir!
Beşincisi isə: Bir qardaş ona söz vermiş və sözünü yerinə yetirməmişdir!
Altıncısı isə: Guya başqa bir telefonla onun həyat yoldaşına tənə edici mesaj yazmışdır!
Yeddincisi isə: Qardaşının telefonuna cavab verməyib!
Səkkizincisi isə: Deyilib ki, filankəs sənin haqqında pis danışıb!

Beləcə, nəticələr uğursuzluqdur. Onu zəhərlənmiş qəlblər ifraz etməli olur.
Amma, birincinin haqqı idi ki, gərək öz qəlbini bu sözü deməklə rahatladaydı: Ola bilsin, qardaşımın başına bir fəlakət gəlib onunla məşğul olduğundan gözü gözümdə, fikri isə ayrı yerdə olub. Kaş ki, mən onun yanında olub ona köməklik edə biləydim!...
İkincinin haqqı idi ki, belə desin: Ola bilsin ki, o məni dəvət etməyi unudub, qoy Allah onun üçün mübarək etsin!...
Üçüncüsünün haqqı idi ki, desin: Ola bilsin ki, onun o şeyə ehtiyacı var...
Dördüncüsünün haqqı idi ki, desin: Ola bilsin ki, onun qonağı gəlmiş, ona görə
gələ bilməmişdir və ya buna bənzər bir söz...
Beşincinin haqqı idi ki, desin: Ola bilsin ki, daha mühüm bir işi çıxıb deyə görüşə gələ bilməyib, Allahdan istəyirəm ki, ona xoşagəlməz hal göstərməsin.
Altıncısının haqqı idi ki, desin: Bunu ancaq günah əhlindən olan yaramazlar edə bilərlər.
Yeddincisinin haqqı idi ki, desin: Ola bilsin ki, o yuxuludur və ya məşğuldur,unudaraq telefonu səssiz rejimdə qoyub.
Səkkizincisinin haqqı idi ki, desin: Ola bilsin ki, eşidən başa düşmədiyi bir şeyi yaymışdır, beləliklə də xəbər verən və haqqında xəbər verilən şəxs barədə pis zənnə düşməkdən qurtular.

Kasıb da pis zənlə hərəkət edərək deyər: Varlı öz təkəbbürlüyünə görə məni maşınında aparmadı.

Varlı isə bundan yola çıxaraq deyər: Kasıb mənə yalnız ona bir şey verim deyə salam verdi.

Bundan yola çıxaraq imama tabe olan sehrlənmiş şəkildə deyər: İmam hakim şəxsə yalnız münafiqliyindən dolayı dua etmişdir.
Bundan yola çıxaraq rəiyyət öz rəhbəri haqda deyər: O ancaq öz kürsüsünü qorumaq üçün bizə xidmət etmişdir.
Bundan yola çıxaraq dost öz dostu haqda deyər: O, ancaq mənə lağ etmək üçün mənimlə yoldaşlıq etmişdir.

Sonda həmd olsun Aləmlərin Rəbbi olan Allaha!...
-------------------

Hazırladı:

Sahib Əsədov.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 792 | Yüklədi: selefimedia