Baş səhifə » 2012 » Sentyabr » 8 » Vergi orqanları dini ədəbiyyatın satışına nəzarət edəcək.
17:29
Vergi orqanları dini ədəbiyyatın satışına nəzarət edəcək.

Vergi orqanları dini ədəbiyyatın satışına nəzarət edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun tətbiq edilməsi barədə sərəncam verib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Vergilər Məcəlləsinə dəyişiklik vergi orqanlarına dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq səlahiyyətinin verilməsini nəzərdə tutur.
Eyni zamanda aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi ilə bağlı operativ vergi nəzarəti aparıla bilər.


Bölmə: Xəbərlər | Baxılıb: 353 | Yüklədi: selefimedia