"Tövrat, Zəbur, İncil və Quranda olanları sənin üçün cəm edimmi?" - 11 Января 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » Yanvar » 11 » "Tövrat, Zəbur, İncil və Quranda olanları sənin üçün cəm edimmi?"
23:42
"Tövrat, Zəbur, İncil və Quranda olanları sənin üçün cəm edimmi?"
"Tövrat, Zəbur, İncil və Quranda olanları sənin üçün cəm edimmi?"

--------

Abdullah əş-Şami –rahiməhullah – xatırlayır:

- Tavusun yanına elm almaq üçün yollandım. Onu görməmişdim. Qapını döydükdə qarşıma yaşlı bir şeyx çıxdı. Onu salamlayıb dedim:

- Tavus ibn Qeysan sənsənmi?

- Xeyr, mən onun oğluyam! – dedi.

Mən dedim:

- Əgər sən onun oğlusansa, yəqin ki, şeyxin yaşlı olmasından dolayı yaddaşı itib. Mən isə ondan elm almaq üçün gəlmişdim.

 O mənə dedi:

- Allahın kitabını əzbərləyənlər ağıllarını itirməzlər! Keç içəri.

İçəri girib salam verdim və dedim:

- Səndən elm və nəsihət istəmək üçün gəldim.

Tavus –rahiməhullah- mənə dedi:

- Tövrat, Zəbur, İncil və Quranda olanları sənin üçün cəm edimmi?

Mən: "Bəli!” – dedim.

O dedi:

- Hər şeydən çox Allahdan qorx. Qorxudan daha çox isə Allaha ümid et. Özün üçün istədiyini, insanlar üçün də istə.


Ətraflı bax:

- ən-Nəcumuz-Zahir, 1/26
- Hilyətul Əuliyyə, 4/323
- Şəzəratuz-Zəhəb, 1/133

Tərcümə: əz-Zubeyr



Bölmə: Maraqlı məqalələr | Baxılıb: 877 | Yüklədi: selefimedia