Baş səhifə » 2013 » Mart » 3 » Tereza Ana əfsanəsi. Katolik kilsəsinin uydurması
18:35
Tereza Ana əfsanəsi. Katolik kilsəsinin uydurması

Tereza Ana əfsanəsi.

Katolik kilsəsinin uydurması

Yaxın günlərdə işıq üzü görəcək «Studies in Religion» jurnalında Kanada alimləri Tereza Ana barəsində maraqlı və təəccübləndirici araşdırma çap ediblər.

Lent.az-ın «evrosmi»-yə istinadən məlumatına görə, araşdırmaçılar bildirib ki, Terezanın həyat haqqında yayılan əfsanə və miflər katolik kilsəsi tərəfindən uydurma imiş.

Mütəxəssislər çoxsaylı sənədlərə əsasən, apardıqları araşdırmaya görə onun dünyada humanizminin şişirdildiyi qənaətinə gəliblər.

Məlum olub ki, Terezanın himayəsi altında olan sığınacaqlarda saxlanılan xəstələrə yemək və dərman çatışmırmış. Bundan başqa Tereza adına yaradılmış fond aldığı və xərclədiyi vəsaitlərlə bağlı heç vaxt hesabat vermirmiş.

Alimlər bu xeyriyyəçi qadının sözlərini əks etdirən sənəddə aşkarlayıblar. Orada bildirilib ki, Tereza yoxsulluqdan əziyyəti İsa peyğəmbərin əzabları ilə eyniləşdirərək, bu halın «çox gözəl» olduğunu deyirmiş. Qadının medalyonun köməkliyi ilə sağalmasını Vatikan tərəfindən möcüzə faktı kimi qəbul etməsini isə qadının vərəm və yumurtalıqların kistası xəstəliyinin müalicəsində qəbul etdiyi dərmanların təsiri ilə əlaqələndirirmiş.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 324 | Yüklədi: selefimedia