Baş səhifə » 2015 » Sentyabr » 26 » Təşriq günləri ...
09:27
Təşriq günləri ...


TƏŞRİQ GÜNLƏRI ...
-
Rəsulullah səllallahu aleyhi və səlləm buyurdu:

" TƏŞRİQ GÜNLƏRİ yeyib-içmək, Allah Azzə və Cəlləni zikr etmək günləridir »

Muslim,1141

Şeyx Useymin rahimahullah demişdir:

" TƏŞRİQ GÜNLƏRİ  Qurban günündən sonra gələn (Zil Hiccənin) 11,12,13-nə təsadüf edən günlərdir. Bu günlər oruc tutmaq qadağandır. Necəki Rəsulullah buyurub: «Bu günlər yeyib-içmək, Allah Azzə və Cəlləni zikr etmək günləridir."

"Şərh Mumti", 3\98
--
"Hətta bu (Ramazan kimi) vacib oruc(un qəzası) belə olsa qadağandır! "

"Şərh Mumti", 3\97
--
Eləcədə Şeyx ibn Bəzz demişdir:

 “Zül-Hiccə ayının 13 –cü günü, həm fərz, həm də nafilə oruc tutmaq qadağandır. Çünki bu günlər yeyib-içmək, Allah Azzə və Cəlləni zikr etmək günləridir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu günlərdə oruc tutmağı nəhy etmiş və yalnız təməttu həccini yerinə yetirərkən qurbanlıq heyvan tapa bilməyənlərə bu məsələdə rüxsət (icazə) vermişdir”.

İbn Bəzz, Fətvalar Toplusu, (15/381)

Bölmə: Faydalar | Baxılıb: 484 | Yüklədi: Azerislamoglu