Baş səhifə » 2013 » İyul » 8 » Təravih namazının qılınma qaydası
21:05
Təravih namazının qılınma qaydası
Təravih namazının qılınma qaydası

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz müsəlmanlar, bildiyimiz kimi Ramazan ayında təravih namazı qılınır. Bu namazın qılınma qaydasını nəzərinizə çatdırmaq istərdik.

Təravih namazı qılarkən niyyəti ucadan söyləmək (tələffüz etmək), digər namazlarda olduğu kimi bidətdir. İbn əl-Qayyim buyurur: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) namaza başlayarkən belə deyərdi: "Allahu Əkbar” və bundan öncə heç bir şey söyləmədi və yaxud niyyəti əsla tələffüz etmədi. O (Allahın ona salavat və salamı olsun) "Mən filan, filan namazı Allah üçün qılmağa hazırlaşıram, qibləyə yönəlirəm, dörd rəkət, imam kimi və yaxud imama tabe olaraq” deyə söyləmədi.» ( "Zəad əl-Məad” 1/201)

O "ədaən” (vaxtında) və yaxud "qadaən” (buraxdığım namazın qəzasını qılmaq üçün) və yaxud "fərd əl-vaqt” (bu vaxtda fərz namazı) kimi sözlər söyləməmişdir. Bütün bunlar bidətdir və səhih, zəif, müsnəd və yaxud mürsəl isnadla olsun… heç bir isnadsız və heç bir alimdən rəvayət olunmamışdır. Nə də ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrindən, tabiinlərdən kimsə və ya dörd imamdan bunu rəvayət edən olmamışdır.

Odur ki, müsəlman bir kəs təravih namazını qılmaq üçün niyyəti qəlbində edir və heç bir şeyi tələffüz etmir.

Təravih namazını qılmaq bidət deyildir.

Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) nümunəsinə tabe olaraq bəzi insanlar işa namazından dərhal sonra on bir rəkət namaz qılırlar. Bəziləri isə iyirmi bir rəkət namaz qılır. Bunun on rəkətini işadan sonra, on rəkətini isə sübhdən öncə qılırlar. Sonra isə vitr namazını yerinə yetirirlər.

Müsəlmanlar təravih namazının qılınmasının müstəhəb olduğu barədə yekdil rəyə varmışlar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz səhabələri ilə birlikdə bir neçə gecə camaatla təravih namazı qılmış, sonra təravih namazının müsəlman ümmətinə fərz olacağından qorxaraq bunu dayandırmışdı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəfat etdikdə vəhy sona çatdı, bu narahatçılıq artıq aradan qalxdı. Çünki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra təravih namazı fərz edilə bilməzdi. Odur ki, Ömər (Allah ondan razı olsun) camaatla təravih namazını qılmaq üçün onları bir araya yığdı.

«Təravih namazı qıldığına görə heç kəs təkzib, rədd olunmamalıdır. Çünki, məsələnin əhatə dairəsi düşünüldüyündən daha genişdir ki, bunun üçün Allaha həmd olsun!» (Şeyx ibn Useymin, "Fətvalar”, 1/407)

Təravih namazı müsəlmanların yekdil rəyinə əsasən sünnədir. Necə ki, bu barədə İmam Nəvəvi, (Allah ona rəhmət etsin) "əl-Məcmu”-da bildirmilşdir. Təravih namazına Peyğəmbər (Allahın ona salavat və salamı olsun) təşviq etmişdir. Məsələn, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim Ramazanın gecələrini imanla və ihtisabla (savabını Allahdan ummaq ilə) keçirərsə günahları bağışlanar.» (Buxari, 37; Muslim, 760)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü gecə namazlarını səkkiz rükətdən çox qılmamışdır. Lakin səhabələrdən biri gecə namazı barədə soruşduqda rükətlərin sayının məhz səkkiz rükət olmasını söyləməmişdir. Alimlərdən olan İbn Həcər (Allah ona rəhmət etsin) bu hədisləri cəm edərək buyurur: «Səhabələrdən bir kəs Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sual verdikdə demək olar ki bütün ümmətin adından vermiş, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sualı cavablandırarkən bütün ümmətə xitab etmişdir.»

Demək olar ki, təravih namazını 8 rükətdən çox qılmaq caizdir. Lakin qeyd etmək lazımdır ki, səkkiz rükəti keçdikdən sonra rükətlərin sayını təyin edib daima o sayda qılmaq bidət hesab edilir. Onu da qeyd etmək lazimdır ki, sünnəyə görə önəmli olan namaz rükətlərinin sayı yox, namazın uzun olmasıdır.

Həmçinin qeyd etməliyik ki, təravih namazında rəkətlərin sayı məsciddə camaatın münasib gördüyü şəkildə edilməlidir. Çünki bir kəs Şeyx Albaninin səhihləşdiridiyi: «Kişi İmam gedənə qədər onunla birgə namaz qılarsa o gecəni ibadət etmiş kimidir» hədisinə əməl edib qılarsa ona bu savab yazılar.» (Əbu Davud 1377 və Tirmizi 806)

Hazırladı: Feqihcom heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha


http://www.feqih.com/?p=3012



Bölmə: Ramazan | Baxılıb: 1160 | Yüklədi: selefimedia