Baş səhifə » 2014 » Noyabr » 20 » Sumqayıtda polis sələfilərə belə işgəncə verib - Sensasion Fotolar
23:04
Sumqayıtda polis sələfilərə belə işgəncə verib - Sensasion Fotolar



 

Sumqayıt Şəhər Polis İdarəsində fiziki təzyiqlərə və cismani və mənəvi işgəncələrə məruz qaldıqlarını deyən bir qrup sələfi dindarlar dediklərini təsdiqləyən sensasion fotoşəkillər yayıblar. Həmin fotolar onların cismani işgəncələrə məruz qaldığını əyani şəkildə göstərir.

 
Saxlanılan şəxslərdən biri - Qarabağ müharibəsi veteranı olan II qrup əlil Zaur Mehdiyev bildirib ki, mülki geyimdə olan şəxslər ona yaxınlaşataq polis idarəsinə getmək lazım olduğunu deyiblər. İdarədə isə Z.Mehdiyevin qollarını qandallayaraq döyməyə başlayıblar.
 
“Mənim kürəyimə, abşıma vururdular.  Dedim ki, Qarabağda yaralanmışam, bədənimdə qəlpələr var. Amma qulaq asmadılar, döyməkdə davam etdilər” - deyə Z.Mehdiyev bildirib.
 
Z.Mehdiyevdən başqa daha 8 nəfər dindar polis tərəfindən saxlanıb və mənəvi-fiziki zoraklığa məruz qoyulub. Onları döyüblər, təhqir ediblər, şalvarlarını çıxarmaqla və polis dəyənəklərini ağızlarına soxmaqla alçaldıblar.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyi sələfi dindarların polis idarəsində döyülməsi iddiasını rədd edib və dindarları təxribatçılıqda suçlayıb./virtualaz.orq/
 

 

 

 

      
Bölmə: Xəbərlər | Baxılıb: 1084 | Yüklədi: Azerislamoglu