Sumqayıt sələfi icmasının nümayəndəsi iki ay müddətinə həbs olunub. - 19 Ноября 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Noyabr » 19 » Sumqayıt sələfi icmasının nümayəndəsi iki ay müddətinə həbs olunub.
06:54
Sumqayıt sələfi icmasının nümayəndəsi iki ay müddətinə həbs olunub.
 

Sumqayıt sələfi icmasının nümayəndəsi iki ay müddətinə həbs olunub.
 

Coratda saxlanılan dini fəal, sələfi icmasının nümayəndəsi Zöhrab Şixəliyevin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə  onun qardaşı Samir Şıxəliyev bildirib. Onun sözlərinə görə, Z.Şıxəliyev qanunsuz silah saxlamaqda ittiham olunur.

Z.Şıxəliyev DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. O, cümə axşamı saxlanılaraq Sumqayıt rayon polis şöbəsinə aparılıb. Orada ona dövlət vəkili təyin edilib. Lakin vəkil Bakıya məhkəməyə gəlməyərək bildirib ki, paytaxtda ona başqa vəkil veriləcək.

S.Şıxıliyev bildirib ki, artıq qardaşının hüquqlarının müdafiəsi üçün başqa vəkil cəlb olunub və bazar günü o, işə başlamaq niyyətindədir.

Ş.Şıxəliyev qeyd edib ki, onun qardaşı uydurma ittihamla həbs olunub və silahı hüquq-mühafizə  orqanlarının maskalı nümayəndələri özləri qoyublar.

Onun sözlərinə görə, qardaşı hər zaman dövlətçiliyi və prezident İlham Əliyevin siyasətini dəstəkləyib, dini radikalizm və zorakılığın əlyehinə olub. 

Sumqayıtda sünnü məscidi olmadığından öz həyətində ibadətxana açıb.

“Zöhrab  ibadətxananı ona görə açmışdı ki, dindarlar orada namaz qılsınlar. Bu,gizli deyildi. Bu barədə hüquq-mühafizə orqanları və Sumqayıt Şəhər İcra Hakimiyyəti bilirdi”, - S.Şıxəliyev vurğulayıb.

Bundan öncə hakimiyyət tərəfindən qapadılmış “Əbu Bəkr” sələfi məscidinin imamı  Qamət Süleymanov da bildirmişdi ki, Z.Şıxəliyevin radikallara aidiyyatı yoxdur.

Mənbə:http://contact.az/docs/2014/Social/111500096710az.htm
 
Bölmə: Xəbərlər | Baxılıb: 250 | Yüklədi: Azerislamoglu