Baş səhifə » 2013 » May » 28 » Sumqayıt Cümə məscidindəki qarşıdurmanın gizlədilmiş səbəbləri.
06:45
Sumqayıt Cümə məscidindəki qarşıdurmanın gizlədilmiş səbəbləri.
Sumqayıt Cümə məscidindəki qarşıdurmanın gizlədilmiş səbəbləri.

Əssələmu aleykum va rahmatullahu va barakatuhu.

Bildiyiniz kimi bəzi Kütləvi İnformasiya Vasitələrində son günlərdə Sümqayıt Cümə məscidində şiə və sələfi cərəyanları mənsubları arasında baş verən qarşıdurma haqqında ziddiyətli  informasiyalar dolaşmaqdadır.Hadisə hətta elə təqdim edilirdi ki, guya bu qarşıdurmanı yatırtmaq üçün şəhərə, məscid ətrafına Daxili Qoşun qüvvələri belə yeridilib.

Biz bu haqda araşdırma apararaq həqiqətin nə yerdə olduğunu üzə çıxarmaq istədik.Və bünün üçün adillik naminə "insaflı və qərəzsiz" jurnalistlərdən heç birisinin müraciət etmədiyi birisinə, sələfilərin nümayəndəsinə müraciət etdik.Məsələni araşdırarkən heç də hər şeyin olduğu kimi təqdim olunmadığının şahidi olduq.

Müraciət etdiyimiz qardaş yazır:

"Məsələnin təfərrüatı  belə olub.Prezidentin Sumqayıta son səfəri zamanı Cümə məscidinin RƏSMİ açılışı baş tutdu.Lakin bir sira tamamlanmamış təmir işləri qaldığından 10-15 gün sonra məscid real istifadəyə verildi.Sələf camaatının Sumqayıtda məscid probleminin olması məsələsini dəfələrlə İcra hakimiyyəti səviyyəsinə qədər qardashlar çatdırıblar.Və İcra başçısının da bu məsələyə cavabı olub ki məscid XALQA məxsusdur.kim istəyirsə orada ibadət edə bilər.Hətta şəhər ictimayyəti ilə kecirilən görüşlərdə bəzi MOLLALARIN VAHHABİLƏR coxalıb mesajlarını da ağızlarında qoyub onlara ƏMƏLLİCƏ barmaq silkələmış və ayrıseçkilik yaratmamağı məsləhət görmüşdü.
İstifadəyə verilən  gündən də Biz Əlhəmdülilləh məscidə getməyə başladıq.
İlk gördüyümüz səhnə belə oldu ki təzə təmir olunmuş məsciddə subh namazı zamanı cəmi 7 nəfər rafizi var idi (axundla bir yerdə) Biz isə 30-40 nəfər olardıq.Səbr və əxlaqla bir küncdə əyləşib onlarin namaz qılmalarını gözlədik.Biz də namaz qılıb dağıldıq.İşa namazı vaxti artıq TƏBLİĞAT MAŞINI işləmiş və məscidə Sumqayıtın (hətta Nardaran,Maştağa,Saray və s.)  hər bir yerindən müxtəlif həyat tərzi sürən (hətta ibadət etməyən) insanlar süni formada məscidə gətirilib KÜTLƏ effekti yaradıldıığını gördük.Və bu kütlə hər gün artmağa başladı.Bizə çatan məlumatlara əsasən RAFİZİ AKTİVİSTLƏRİ məscidə gəlmayən barədə hətta ANA söyüşü qoymuşdular.
Bu dəfə artıq fitnədən uzaq olmaq üçün biz məscidə girmədik və namazı məscidin həyətində yerdə qıldıq.(çünki rafizilər öz namazlarından sonra biz oraya daxil olmayaq deyə QRUP halında əyləşib ZİKR etməyə başladılar) Vallahi bu səhnəni görmək lazım idi.İllərlə məscidə gəlməyən RAFİZİLƏR indi Öz  zəlalətlərində Hüseyni çağıran -Həsəni çağıran nə bilim ƏBƏLFƏZ və saira kimi küfr dolu zikrlər edir-TƏKBİR gətirir və sanki bu səs küylə qardashlara BURA BİZİMDİR mesaji verirdilər.Bu TEATR hətta asayışı qoruyan polis və digər hüquq mühafizə orqanlarının da işçilərini şoka salmişdı və onlar bizə yaxımlaşıb BUNLAR Nə ÜÇÜN belə edir deyə soruşurdular.
Allaha sonsuz həmd olsun ki bu hadisələr zamani Rəbbimiz bizə gözəl əxlaq və səbr verdi.Subh və İşa namazlarını sakit bir tərzdə məscidin həyətində həsirin üstündə qilib dağılırdiq.Bu 4-5 gün davam etdi.
Artıq məsələyə İcra hakimiyyəti tərəfindən reaksiya verilib və bu saat qardaşlar İcra hakimiyyətinə maəsləni müzakirə etmək və alternativ məscid məsələsini müzakirə etmək üçün dəvət olunublar.
Bizim duaya ehtiyacımız var.Bizim üçün dua edin qardaş və bacılar.Allah Subhana və Tala bizə məscid nəsib etsin.
Bax məsələ belə olub Qardaş və Bacılar.Bunların şərindən Allaha sığınıram.Salam Aleykum və rahmatullah.
Hörmətlə :  Seymur Vəliyev  ( HAMZA )


Ayrıca olaraq www.avopa.info saytının bu hadisə haqqında son araşdırmasınıda olduğu kimi sizə tədim edirik.


Sumqayıt Cümə məscidindəki qalmaqalın müəllifi bəlli oldu.

Bir neçə gün öncə Sumqayıtda Cümə məscidində baş vermiş olayla bağlı daha bir fakt ortaya çıxıb. Xatırladaq ki, bəzi saytlarda Sumqayıtdakı şiə camaatının adından yayılan xəbərdə bildirilirdi ki, 200-300 nəfər sələf əqidəsindən olan dindar Cümə məscidinə gələrək orada camaat şəklində namaz qılmaq istəkləri etiraza səbəb olub. Qeyd olunurdu ki, bu sayda sələfilərin birdən-birə məscidə gəlməsi və camaat şəklində namaz qılmaqları təxribatdır.

 Eyni zamanda bildirilirdi ki, məscidin axundu Hacı Rauf namaz vaxtlarını, dini ayinləri şəxsən nəzarətə götürdüyü üçün demək olar ki, burada dindarlar arasında ixtilaf düşmür. "İndiyə qədər bu məscidə sünni, şiə məzhəbləri, hətta bəzi təriqətlər olan, sufi, sələfi-vəhhabi, nurçular da bura gəlir öz evləri kimi namazlarını qılıb gedirlər. Lakin birdən-birə 200-300 vəhhabinin bura gəlib camaat namazı təşkil etməsi həm məscidin ümumi qaydalarını pozur, həm də bura gələn daimi dindarların hüquqlarını pozur. Biz şiə olaraq indiyə kimi bütün təriqətlərə tolerant münasibət bəsləmişik. İndi isə məsələ ayrı cürdür. Vəhhabilərin bu məsciddə kütləvi olaraq namaz təşkil etmələri bəyəm indiyə qalmışdı? İndiyə qədər onlar gedib Ceyranbatan qəsəbəsində öz məscidlərində kütləvi dini ayinlərini yerinə yetirirdilər. İndi nə baş verdi ki?! Hesab edirik ki, seçki qabağı bu məsələdən istifadə etmək istəyən maraqlı qüvvələr var. Ola bilər ki, onlar dini zəmində ixtilaf törətmək istəyirlər”. Avropa.info-nun Sumqayıtdakı  bəzi  şiə dindarlarından əldə etdiyi məlumata görə, əslində hadisə heç də mətbuatda yayıldığı kimi deyil. Belə ki, indiyədək məscidə gələn sələfilərlə şiələr arasında heç zaman ciddi münaqişə yaşanmayıb. Dindarların dediyinə görə,  mətbuata bu cür informasiyaları verən məscidin imamı Hacı Rauf olub. Belə ki, Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin qohumu olan Hacı Rauf məscidə gələn sələfilərin onun arxasında camaat namazı qılmamasından çox əsəbləşib. "Sələfilərin Cümə məscidinə mütəmadi olaraq gəlin, ayrıca camaat namazı qılmaları Hacı Raufu bir neçə dindarın adından mətbuata bu cür informasiya ötürməsinə sövq edib. Əslində isə Hacı Raufun yanında olan 5-10 nəfər adam istisna olmaqla bizim sələfilərlə heç bir problemimiz yoxdur." Elə həmin gün gecə saatlarında sələfilərin Coratdakı  məscidin qarşısında toplaşmaqları haqda mətbuatda gedən məlumata gəlincə dindarlar bildirirlər ki, belə bir hadisə ümumiyyətlə kökündən olmayıb. "Mətbuatda yazılmışdı ki, guya Corat məscidinin qarşısına daxili qoşunlar və polis yeridilib. Bəs nə oldu? Səhəri gün ümumiyyətlə bu barədə heç bir məlumata yayılmadı. Çünki belə bir hadisə olmamışdı. Bu Hacı Raufun növbəti təxribatı idi. Mətbuata göndərilən açıqlamada sələfilərin Sumqayıt məscidində namaz qılmaq istəyinin seçki qabağı sabitliyin pozulması kimi qiymətləndirilməsi isə ümumiyyətlə biabırçılıqdır."  Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. 

Bu isə Dini İşlər üzrə Dövlət Komitəsinin baş vermiş hadisə haqqında rəsmi məlumatıdır.


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mayın 27-də məlumat yayıb. Məlumatda deyilir:

"Ötən həftənin sonlarından vəhhabi kimi tanınan sələfi əqidəli dindarlar kütləvi şəkildə Sumqayıt Cümə məscidinə gəlib, öz aralarından imam seçərək camaat namazı qılmağa başlayıblar. Onların mövcud dini icmanın razılığı olmadan və məscidə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən imam təyin edilmədən bu cür hərəkətlərə yol vermələri dini icmada və yerli ənənəvi dindarlar arasında narazılıq yaradıb. Məscidin dini icmasının etirazına baxmayaraq sələfi qrup məscidə gəlməkdə və ayrılıqda camaat namazı qılmağa davam edib. Nəticədə məsciddə qarşıdurma yaranıb.

Sumqayıt Cümə məscidində yaranmış vəziyyət ilk gündən nəzarətə götürülüb və şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilib. Problemin həllində inzibatı güc amilindən istifadə edilməsinə yol verilməyib, məsələnin həllinə yalnız izahat və maarifləndirmə işinin aparılması yolu ilə nail olunub. Dövlət komitəsinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri həm dini icmanın, həm də məscidə gələn qrupun nümayəndələri ilə görüşüblər. Mövcud qanunvericiliyin tələbləri, vəziyyətə hüquq və din baxımdan münasibət onların diqqətinə çatdırılıb. Qərara gəlinib ki, bundan sonra hər hansı məscidin və dini icmanın fəaliyyətinə bu şəkildə müdaxilələrə yol verilməsin”.

"Media forum"




UCA ALLAH SUMQAYITDAKI MÜSƏLMAN QARDAŞLARA YARDIM ETSİN!
MÜSƏLMANLARI FİTNƏKARLARIN ÜZƏRİNDƏ İZZƏTLƏNDİRSİN VƏ TEZLİKLƏ XEYİRLİ BİR YOL AÇSIN!!!
ƏMİN!!!
 
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 797 | Yüklədi: selefimedia