Əsrin muhəddisi- şeyx Albani... - 17 Января 2014 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2014 » Yanvar » 17 » Əsrin muhəddisi- şeyx Albani...
19:01
Əsrin muhəddisi- şeyx Albani...
Əsrin muhəddisi- şeyx Albani...

Əbu AbdurRahmən kunyəli -Şeyx Muhəmməd Nəsirud-din ibn Nuh əl-Albani –rahiməhullah- 1914-cü ildə, Albaniyanın keçmiş paytaxtı sayılan Şkoderdə anadan olmuşdur. O ən böyük alimlərindən idi. Onun fəzilətini bilmək üçün onunla bir dövrdə yaşamış alimlərin onun haqda söylədikləri qeyd etmək kifayətdir.[1]

əş-Şeyx Muhəmməd İbn İbrahim (rahiməhullah) buyurur:
- Albani əhli-sünnədir, haqq tərəfdarı və zəlalət əhlinin müxaliflərindəndir! [2]

əş-Şeyx AbdulAziz ibn Abdullah bin Bəzz (rahiməhullah) buyurur:
- Mən, dövrümüzdə dünya səması altında Şeyx Albanidən daha elmli birisini tanımıram. [3]

Bir dəfə şeyx İbn Bəzzdən soruşdular:
- Peyğəmbər –sallAllahu aleyhi və səlləm- buyurur: "Həqiqətən Allah bu ümmətə hər yüz ildən bir, bu dini dirçəldən alim göndərəcək”. Bəs, bu əsrdə dini dirçəldən kimdir?

Şeyx İbn Bəzz (rahiməhullah) buyurur:
- Albanidir! Bu mənim fikrimdir. [4]

əş-Şeyx Muhəmməd ibn Salih əl-Useymin (rahiməhullah) buyurur:
- Şeyx Albani əhli-sünnədir. Sünnə qoruyucusu və hədis elminin imamıdır. Dövrümüzdə ona tay olan başqa bir kəs tanımırıq. [5]

əş-Şeyx Abdul Aziz əl- Aluş- Şeyx (hafizəhullah) buyurur:
- Şeyx Albani- bizim dövrümüzün sünnə keşikçisidir. [6]

əş-Şeyx Abdullah ibn AbdurRahmən əl-Bəssəm buyurur:
- Şeyx Albani dövrümüzün böyük imamlarından biridir. O sünnəyə qulluqda əzmkar olanlardan, bu yolda canından və malından keçən kimsələrdən idi. [7]

əş-Şeyx Salih ibn Fəuzan əl-Fəuzan (hafizəhullah) buyurur:
- Şeyx Albani- Dövrümüzdə sünnənin muhafizəçisidir! [8]

əş-Şeyx Abdul Muhsin əl-Abbəd əl-Bədr (hafizəhullah) buyurur:
- Şeyx Albani- öz ömrünü Sünnəyə qulluq etməyə, kitab yazmağa, Allahın dininə dəvət etməyə, sələf dəvətinin qələbəsinə və bidətlərə qarşı mübarizəyə həsr edən böyük alimlərdən biridir.
O Rasulullahın –sallallahu aleyhi və səlləm- Sünnəsinin muhafizəçilərindən idi və belə alimin vəfatı müsəlmanlar üçün böyük bir itkidir. Allah ona etdiyi əməllərini daha xeyirlisi ilə əvəz etsin və onu Cənnət əhlindən etsin. [9]

əş-Şeyx Abdullah əl-Ubeylən (hafizəhullah) buyurur:
- Mən və bütün müsəlmanlar böyük alim, imam, muhəddis, zahid- şeyx Albaninin ölümünə kədərlənirik.
Onun fəzilətləri haqqında danışmağa söz tapılmaz, lakin onun hətta sələf dəvətini dirçəltməkdən başqa bir xidməti olmasaydı belə, bu özü də əlçatmaz bir xidmət olardı. Fəqət bununla bərabər o sələf yoluna dəvət edən böyük xatib idi. O Sünnə əsasında yaşamış və insanları bidətlərdən çəkindirən bir kəs idi. [10]

əş-Şeyx Abdullah əd-Duayş buyurur:
- Neçə əsrlərdir ki biz, hədis tədqiqatında şeyx Nəsirin tayı-bərabəri olan bir alim görmürdük. İmam Suyutinin ölümündən sonra günümüzə qədər, şeyx Albani kimi hədis elmini bu qədər ətraflı və dəqiq öyrənmiş bir kəs tanımırıq. [11]

əş-Şeyx Salih Aluş-Şeyx (hafizəhullah) buyurur:
- Şübhəsiz ki, görkəmli alim Albaninin vəfatı böyük bir kədərdir, çünki o islam ümmətinin alimlərindən biri, muhəddislərin muhəddisi idi. Allah onun vasitəsi ilə bu dini mühafizə edib, Sünnəni yayırdı. [12]

əş-Şeyx Muhibbid-din əl-Xatib buyurur:
- Qardaşımız Albani- Sünnəyə dəvət edənlərdən və həyatını Onun dirçəlməsinə həsr edənlərdən idi. [13]

Şeyx Albani 2 Oktyabr 1999-cu ildə, 87 yaşında vəfat etdi. Allah rəhmət etsin. [14]

İstifadə etdiyim mənbələr:

[1]- Kitəb ət-Tasfiyyəh vət-Tərbiyə, Muqaddimə, əl-Məktəbul İsləmiyyə
[2]- Muhəddisul-A’sri Nəsırus-Sunnəh, 32
[3]- Kəukəbə min a’mətil-hudə, 227
[4]- Məcələ əl-əsələl Urduniyyə, 76
[5]- Təscilətu Məcəlis-əl Hudə, kaset № 4
[6]- Muhəddisul-A’sri Nəsırus-Sunnəh, 33
[7]- Kəşfut-Təlbis, 76
[8]- Muhəddisul-A’sri Nəsırus-Sunnəh, 33
[9]- Həyətul Əlbəni, 7
[10]- Həyətul Əlbəni, 9
[11]- Həyətul Əlbəni, 9
[12]- Kəukəbə min a’mətil-hudə, 252
[13]- Əli Həsən əl-Hələbi, Şeyximiz Albani ilə- kitabı.
[14]-Kitəb ət-Tasfiyyəh vət-Tərbiyə, Muqaddimə, əl-Məktəbul İsləmiyyə

["Böyük muhəddis Şeyx Muhəmməd Nəsiraddin əl-Albani-nin həyatı”- kitabı əsasında]

Müəlliflər:
Əbu Nəsir İbrahim Abdur-Rauf və Əbu Məryəm Muslim Əmin

Kitaba təzkiyyə verdi:
Şeyx Albaninin tələbəsi- əş-Şeyx Muhəmməd əl-Amin əl-Xalil əbu Abdul Musəvvir



_________________________
Tərcümə:

Günel Novruzova

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 578 | Yüklədi: selefimedia