Baş səhifə » 2013 » May » 6 » Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 2-ci hissə
16:21
Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 2-ci hissə

Əsl zahidlik nümunəsi.


Səhabə və Tabiin nəsli.


2-ci hissə


(1-ci hissə)


Əbu əd-Darda: 

Avf buyurur ki, Ummu əd-Dardadan Əbu əd-Dardanın ən fəzilətli əməlini soruşdum, o dedi: "Düşünmək və ibrət almaq!”

Həsən rəvayət edir ki, Əbu əd-Darda demişdir:
- Üç şey olmasaydı mən yerin üstündə olmaqdansa, altında olmağı seçərdim. Əgər ən gözəl xurma seçildiyi kimi, sözlərin də ən gözəlini seçərək danışmaq üçün yanıma gələn qardaşlarım olmasaydı, Allah üçün məsciddə səcdə etmiş olmasaydım və səhər-axşam Allah yolunda səfərə çıxmasaydım.

Rabia ibnuz-Zeyd rəvayət edir ki, Əbu əd-Darda demişdir: "Döyüş gəlmədən öncə saleh əməllər et. Çünki siz, düşmənə qarşı əməllərinizlə döyüşəcəksiniz!”

Əbu əd-Darda buyurur:
- Üç şey olmasaydı insanlar saleh olardı: Özünə baş əydirən xəsislik, tabe olunan nəfs və hər kəsin öz rəyini bəyənməsi.

Əbu əd-Darda demişdir:
- Rəbbimlə qarşılaşdığım zaman ən çox qorxduğum şey mənə: ”Bilirdin, bəs bildiyinə nə qədər əməl etdin?” – deməsidir.

Əbu əd-Darda buyurur:
- Üç şey vardır ki, insanların ondan xoşu gəlməz, fəqət mən onları sevirəm: Fəqirlik, xəstəlik və ölüm!

Həsən rəvayət edir ki, Əbu əd-Darda demişdir:
- Əgər istəyirsinizsə sizə qulları arasında Allaha ən sevimli olanların kimlər olduğunu söyləyim. Onlar, Allahı qullarına sevdirmək üçün can atan və yerüzündə nəsihət etmək üçün çalışanlardır. Əminliklə söyləyə bilərəm ki, Allaha ən sevimli olan qullar (namazı təqib edərək) daim Günəşi və Ayı gözləyənlərdir.

Salim rəvayət edir ki, Əbu əd-Darda demişdir:
- Alimləriniz yox olur, cahilləriniz də öyrənmir. Elm aradan qalxmadan öncə elm öyrənin. Alimin ölümü elmin qaldırılması deməkdir. Siz hesaba çəkiləcəyiniz şeyləri tərk edib, özünüzə aid olmayan şeylərlə maraqlanırsınız. Sizin ən şərliləriniz namaza sonda gələn, Quranı da qulaq ucu ilə dinləyənlərdir.

Əbu əd-Dərda demişdir: Allaha qarşı təvazökar olmağa görə fəqirliyi, Rəbbimə qovuşmaq istəyindən dolayı ölümü, günahlarıma kəffarə olduğu üçün də xəstəliyi sevirəm.

Zubeyr ibnul Əvvam:

Əli ibnuz-Zeyd buyurur ki, Zubeyr ibnul Əvvamı görən bir kəs söyləmişdir ki, onun sinəsində mizraq və ox yaralarından izlər var idi.

Abdullah ibnuz-Zubeyr:

Urvə rəvayət edir ki, Aişə (Allah ondan razı olsun) mənə dedi: "Şübhəsiz ki, sənin atan böyük sıxıntıya düçar olduqdan sonra Allah və Rəsuluna icabət edib, gözəl əməllər edən, təqva sahibi olan və böyük mükafata nail olanlardandır. ”

Hişəm ibnul Urvə deyir ki, Muhəmməd ibnul Munkədir mənə dedi: "Abdullah ibnuz-Zubeyri namaz qılarkən qiyamda görsəydin, "Bu küləyin əsdirdiyi bir ağacdır!” deyərdin.”

Talha ibn Ubeydullah:

Sədi bintul Auf (Allah ondan razı olsun) buyurur:
- Bir gün Talhanın çox kədərli olduğunu gördüm. Ondan kədərinin səbəbini soruşdum, o dedi:
- Yanımda bir qədər mal yığılıb qalıb, məni kədərləndirən odur.
"Onu öz qövmünə payla!” dedim. O da köləsini çağırıb paylamasını tapşırdı. Xəzinədardan nə qədər olduğunu soruşdum, dörd yüz min olduğunu dedi.

Həsən rəvayət edir ki, Talha ibn Ubeydullah yeddi yüz min dinara ərazi satmış və həmin aldığı pul bir gecə onun yanında qalmışdır. Bu pulun narahatlığı ilə səhərə kimi gözünə yuxu getməmiş, səhər açılarkən isə onu paylamışdır.

İbn Abbas:

Əbu ər-Racə rəvayət edir ki, İbn Abbasın gözlərinin altında göz yaşlarından əmələ gəlmiş izləri gördüm.

Əbu Zərr:

Rəvayət edilir ki, Əbu Zərr demişdir: "Doğranılan bir ağac olmaq istəyərdim və ya kaş ki, heç yaradılmayardım.”

Əbubəkr ibnul Munkədir rəvayət edir ki, Şam əmri Həbib ibn Əbu Sələmə Əbu Zərə ehtiyaclarını görmək üçün üç yüz dinar göndərmişdir. Əbu Zər pulları geri qaytarıb demişdir: "Məndən daha fəqirini tapmadınızmı? Mənim sığınacağım bir yer, istifadə edəcəyim bir heyvan və xidmətini mənə lütf edən bir cariyəm var. Bundan daha artığından qorxuram!”

Əbu əd-Darda deyir:
- Əgər Əbu Zərr məni döyüb, əllərimi qırsa, yenə də ona qarşı kin bəsləmərəm. Çünki bir gün Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) belə dediyini eşitmişdim: "Yerlər və göylər Əbu Zərdən daha dürüst sözlü birini görməmişdir. Kim dünyaya qarşı ən az meyli olan birini görmək istəyirsə, Əbu Zərə baxsın” (Tirmizi, 3801,3802; İbn Məcə, 156; İbn Hibbən, 2259; Əhməd,Müsnəd 5/197; Tarixul Buxari, 9/23; Əbu Nuaym, Hilyətul Əuliyyə, 4/172)

Sufyən demişdir: "Məryəm oğlu İsaya (Ona salam olsun) Əbu Zərdən daha çox bənzəyən heç kim görülmədi.”

İmran İbnul Huseyn:

Qatadə rəvayət edir ki, İmran İbnul Huseyn demişdir: "Kaş ki, küləyin sovurub apardığı qum dənəsi olardım.”

Abdullah ibnul İshəq rəvayət edir ki, İmran demişdir: "Rəsulullaha (sallAllahu aleyhi və səlləm) beyət etdikdən sonra (həmin) sağ əlimi bir daha fərcimə (cinsiyyət orqanıma) toxundurmadım.”

Həsənul Bəsri rəvayət edir ki, İmran ibnul Huseyn demişdir: "Yedirənlər getdi, yeyənlər qaldı. (Allahı) xatırlayanlar getdi, unudanlar qaldı.” Sonra Həsənul Basri dedi: "İmran bu gün sağ olsaydı, daha nələri söyləyərdi.”


Hazırladı:

Az Zubeyr.


-ardı inşəAllah var-

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 915 | Yüklədi: selefimedia