Şeyx Saleh əl-Fövzan : " Məsələ rəy məsələsi deyil, məsələ ittiba (tabeçilik) məsələsidir. " - 29 Августа 2016 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2016 » Avqust » 29 » Şeyx Saleh əl-Fövzan : " Məsələ rəy məsələsi deyil, məsələ ittiba (tabeçilik) məsələsidir. "
08:47
Şeyx Saleh əl-Fövzan : " Məsələ rəy məsələsi deyil, məsələ ittiba (tabeçilik) məsələsidir. "


Şeyx Saleh əl-Fövzan :

" Məsələ rəy məsələsi deyil, məsələ ittiba (tabeçilik) məsələsidir. "
-
Qəsdən olaraq haqdan çıxan barəsində susmaq olmaz!


-

Alləmə şeyx Saleh əl-Fovzan imam Bərbəhərinin "Şərhus-sunnə" kitabına verdi şərhində-"İthəful qari"-kitabında 1/92 deyir:
-
Qəsdən olaraq haqdan çıxan barəsində susmaq olmaz. Əksinə o, bəyan olunmalıdır ki, onun iç üzü ortaya çıxsın və insanlar ondan çəkinsinlər. Yoxsa belə deyilməməlidir ki, insanlar öz rəylərində azaddırlar və ya söz azadlığı və ya başqasının rəyinə ehtiram göstərilməlidir kimi sözlər deyilməməlidir. İndi bəziləri vardır, bu barədə çox danışırlar ki, başqasının rəyinə hörmət göstərilməlidir. Məsələ rəy məsələsi deyil, məsələ ittiba (tabeçilik) məsələsidir. Artıq Allah təalə bizə açıq-aydın yol qoyub və bizə deyib ki, bu yol üzrə gedin.
{Bu mənim düz yolumdur, ona tabe olun, başqa yollara tabe olmayın ki, sizi Allahın yolundan azdırar. Bu Allahın sizə olan vəsiyyətidir ki, bununla təqvalı olasınız} Ənam surəsi 153.
Kim olur-olsun gəlib bizdən bu yoldan çıxmağımızı istərsə, biz


1.Birinci olaraq onun sözünü rədd edir,
2.İkinci olaraq onu insanlara bəyan edir və insanları ondan çəkindiririk.

Bunun barəsində susmaq olmaz, çünki biz sussaq, insanlar ona aldanarlar. Xüsusən də, əgər o şəxs gözəl danışıq, dil, qələm və bilgi sahibi olarsa, onda insanlar ona aldanır və deyirlər ki, bu kəs elmli, maarifli birisidir! Necə ki, bu günkü gündə bu mövcuddur. Məsələ çox təhlükəlidir.
"Rədləri tərk edin", "insanları buraxın, hərəsinin öz rəyi, öz hörməti vardır", "fikir, rəy, söz azadlığı" deyənlərin əksinə olaraq, müxalif kəsə rədd etmək vacibdir!
Bu əməl tərk olunduğuna görə ümmətlər həlak oldular. Sələflər bu kimilərə qarşı susmayıblar, əksinə onların iç üzünü açıblar, onlara rədlər veriblər. Bu da onların ümmət üçün təhlükəli olduqlarına görə idi. Bizə onların şərlərinə qarşı susmaq olmaz. Əksinə Allahın endirdiyini bəyan etmək lazımdır.

Allah təalə onlar barəsində deyir:


Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!

Bəqərə 159.

Burada söz təkcə bidətçidən getmir, bidətçi barəsində çərçivəyə alınmır, hətta bidətçi barəsində susana da aiddir. Məzəmmət və cəza onun barəsində susana da çatır, çünki insanlara bəyan etmək, açıqlamaq vacibdir. Bu, elmi rəddiyyələrin vəzifəsidir, kitabların hamısı siratul mustəqimi (doğru yolu) müdafiə edir, bidətçilərdən çəkindirir. Rəy azadlığı, söz azadlığı, başqalarına hörmət etmək fikirlərini haqqı gizlədib insanları azdırandan başqası ortaya atıb, onu insanlara bəzəmir.
Biz haqqı qəsd edirik, daha insanları cərh edib, onlar barəsində danışmağı qəsd etməmişik. Məqsəd haqqı bəyan etməkdir. Bu elə bir əmanətdir ki, Allah təalə bunu daşımağı alimlərə vermişdir. Buna görə də bu cür adamlar barəsində susmaq icazəli deyildir.
Lakin təəssüflər olsun ki, alim gəlib bu cür kəslərin barəsində danışdıqda, deyirlər ki, bu tələskəndir!,,,,,və bundan başqa nə qədər vəsvəsələr.
Və beləcə, zəlalət dəvətçilərinin şərlərini bəyan etmək elm əhlini köməksiz buraxan, onlara zərər verən deyildir.
-

Hazırladı: 
Tural Yusubov

Bölmə: Sələfin Mənhəci | Baxılıb: 65 | Yüklədi: Azerislamoglu