Şeyx əl Əlbani:"CİHAD`a (hissiyatlar ilə) həvəslənən cavanlara nəsihət" -mp3+mətn- - 22 Июня 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » İyun » 22 » Şeyx əl Əlbani:"CİHAD`a (hissiyatlar ilə) həvəslənən cavanlara nəsihət" -mp3+mətn-
09:09
Şeyx əl Əlbani:"CİHAD`a (hissiyatlar ilə) həvəslənən cavanlara nəsihət" -mp3+mətn-
Şeyx əl Əlbani

-rahimahullah-

"CİHAD`a (hissiyatlar ilə) həvəslənən cavanlara nəsihət"


Mp3 Yüklə:

2.5 MB



 Şeyx Muhəmməd Nasir əd-Din əl-Əlbaninin Cihada (hissiyatlar ilə) həvəslənən cavanlara nəsihəti.

Cəzək Allahu xeyr!

Sual verən: "Yaxşı başqa bir sual var. Bosniyada olan qardaşların məsələsi.

Şeyx Əlbani (Allah Ona rəhmət etsin!): "Bəli!”

Sual verən: "Belə eşitmişəm ora gedib kömək etmək istəyən bəzi qardaşlara demisiniz ki, nəfsinizlə cihad edin?!”

Şeyx (Allah Ona rəhmət etsin!)
: "Ey bəli!”

Sual verən:
"Bunun mənası odur ki, siz ora getməyi nəsihət etmirsiniz?”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Bu belədir!”

Sual verən: "Məgər orada köməyə ehtiyac olduğunu görmürsünüzmü (hesab etmirsinizmi)?”

Şeyx (Allah Ona rəhmət etsin!): "Necə görmürəm?! "Necə görmürəm?!” Lakin məgər kömək daha (artıq) əlavə mömin nəfsləri həlak etməklə olur?! (Heç bir) Fayda ümüd etmədən (olur)?! ”Qurani Kərimdə bizə əmr olunan hazırlıq harada qaldı?!

Sual verən:
"Əgər orda fayda varsa necə?

Şeyx (Allah Ona rəhmət etsin!):
"Əgər İman edirsən ki, orada fayda var, vacibdir!

Sual verən:
"Yaxşı. (sözü yarımçıq bitirib getmək istəyir)

Şeyx (Allah Ona rəhmət etsin!): "Alo!”

Sual verən: "Cəzək Allahu xeyran!

Şeyx (Allah Ona rəhmət etsin!): "Alo!”

Sual verən: "Mən səninləyəm (dinləyirəm)”

Şeyx (Allah Ona rəhmət etsin!): "Sən İman edirsənmi?!”

Sual verən: "Bəli!”

Şeyx (Allah Ona rəhmət etsin!): "Nədi fayda?”

Sual verən: "Müsəlmanlar orada zəifdirlər!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Qardaşım mənə hal hazırkı vəziyyəti nəql etmə! Fayda nədir onu de!”

Sual verən: "Onlara kömək etmək!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Allah sənə hidayət versin! Onlara kömək, dövlətlərin köməyi lazımdır!Fərdlərin, şəxslərin yox! Məsələn onlara nizamlı müasir silahları tankları, təyyarələri və sair bu və bu kimi şeylərdə təcrübəli təlim keçmiş ordu lazımdır. Bu fərdi vasitələr yox. Məsələn bir burdan və ordan min nəfər əgər göndərsək, gedib özlərini oda atsınlar. O dağıdıcı tankların qarşısında nədi onlar (nə fayda verəcəklər). Subhəən Allah mən müsəlman cavanlara təəccüb edirəm. Necə olur ki, bu məsələlərdə Ərəblərin qədim məsəlində deyildiyi kimi: "Filankəs burnunun ucudan o yana baxmır!” Səndən soruşdum fayda var? Dedin var. Nədi o fayda? Deyirsən ki olar zəifdilər. Allah səni islah etsin ey Əbu Suheyl sanki deyirsən ki güya mən bilmirəm ki, onlar zəifdi. Onlar azdı həm silah cəhətdən həmdə adam cəhətdən. Eləcə də birinci olaraq Serblər cəhətdən. İkincisi də həmçinin onlara kömək edən dövlətlər cəhətdən. Xüsusən də Amerkalılar cəhətdən hansılar ki, əkin və nəsili həlak ediblər.

Sual verən: "Bəli!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Məgər bu həqiqətləri bilmirsən?”

Sual verən: "Bəli!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Allah sənə hidayət versin! Necə deyisən fayda var?! Müsəlmanları həlak etməkdə fayda var. Xeyr əbədiyyən! Əfqanıstan təcrübəsi... Heç təsəvvür edilə bilərmi ki, Bosniya və Hersoqovinyada Cihad Əfqanıstandan daha yaxşı ola bilər?!

Sual verən:
"Xeyr!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Nəticə nə idi orada?! Hə! Nəticə o idi ki biz payımızı aldıq (yığdıq). Əkin və nəsili həlak etdik. Səbəb çox-çox məsələlərdə şəriətə müxalif olduq. Ən zərərlisi də necə ki, sonluğun pis olması göstərdi ki: "müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular Hər bir firqə öz dininə sevinər. (Rum, 31-32)" Yeddi ayrı-ayrı dəstə (hizb, partiya) bir komunist dəstə (partiyası) ilə vuruşur. Bir kafir komunist partiası, üç ayrı müsəlman partiyalar. Necə baş verib bu?! Ona görə də biz daima, evlərimiz (ölkələrimiz) uzaq olsada bir-birindən yadan çıxarma başlanğıcı. Daima deyirəm ki birinci növbədə Təsfiyə (əqidə təmizliyi) və tərbiyədən başlamaq lazımdır.

Sual verən: "Bəli!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Sonra da Allah Təalanın bu ayəsini yada sal ki: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın) çoxunu əfv edər.” (Şura, 30) Allahdan diləyirəm ki, bütün islami dövlətlərdə olan müsəlmanlara kömək etsin! Lakin təəssüflər olsun ki, Rəbbimizin Qurani Kərimdə buyurduğu kimi: "Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapa bilməzsən!” (Fatir, 43) "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz.” (Rad, 11). Ona görə də biz İslami xalqlardan birinə kömək etmək istəyiriksə hər şeydən əvvəl İslama öz evlərimizdə kömək etməliyik. Biz isə evlərimizdə İslama kömək etmirik. Ona görədə bizə bütün İslami diyarlarda bəla gəlmişdir. Buda təəssüf ediləndir. Lakin Allahdan diləyirəm ki, Fərdi müsəlmanlara bu ayədə buruduğu sadiq vəd ümüdi versin: "Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə [Şeyx bu yerində Cəhədu (cihad edən) deyir. Yəqin təfsirinə görə belə deyir. Düzün isə İman gətirəndir!] həm dünyada, həm
də şahidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik!” (Ğafir, 51),
(hədis) "Ümmətimdən bir dəsdə olacaq ki, qiyamət qopana qədər həmişə haqq üzərində Zahir (üstün) olacaqlar. Onlara müxalif olanlar onlara heç bir zərər verə bilməz.” Yəqin ki, Ey Əbu Suheyl bu miqdar sənə kifayət etdi?

Sual verən:
"Cəzək Allahu xeyrən Şeyx!”

Şeyx (Allah Ona rəhmət etsin!):
"Səndəndə yəqin ki yaxında səsini yenə eşidəcəyəm.”

TƏRCÜMƏ:

Mədinə Beynəlxalq İslam Universitetinin məzunu Səid İsrafilov





Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 641 | Yüklədi: selefimedia