Baş səhifə » 2016 » Avqust » 17 » Şeyx ibn Bəz, şeyx Albani və şeyx ibn Useymin vəfat etdikdən sonra qalan alimlər kimlərdir?
09:49
Şeyx ibn Bəz, şeyx Albani və şeyx ibn Useymin vəfat etdikdən sonra qalan alimlər kimlərdir?

Şeyx ibn Bəz, şeyx Albani və şeyx ibn Useymin vəfat etdikdən sonra qalan alimlər kimlərdir?

Cavab: 

Qalanlar çoxdur, əlhəmdulilləh. 
Allahın Elçisi (sallallahu aleyhi və səlləm) vəfat etdi, səhabələri qaldı.
Əhməd ibn Hənbəl vəfat etdi, ondan sonra ardıcılları qaldı.
İbn Teymiyyə vəfat etdi, ardıcılları qaldı. 
Muhəmməd ibn Abdul Vahab vəfat etdi, ardıcılları qaldı.
Bunlar da vəfat etdi, inşə Allah tələbələri, qardaşları qaldı. Haqq heç vaxt zay olub, itən deyildir. 
Ömər vurulduqda dedi ki, Allah Öz Dinini heç vaxt zay edən deyildir. 
Allah bu dini heç vaxt yox edən deyildir. 
Sizə vacib olan tam ciddiliklə çirmələnərək, Sünnə bayrağını, Haqq bayrağını qaldırmaqdır. 
Hədisdə gəlmişdir ki, (Ümmətimdən bir dəstə olacaqdır ki, daim haqq üzərində zahir olacaq, onları yardımsız buraxanlar və onlara qarşı çıxanlar onlara heç bir zərər toxundura bilməyəcəklər, hətta Qiyamət saatı gələnədək. "
Allaha and olsun ki, nə elm ölməyib, nə də ki alimlər. Allaha həmd olsun ki, böyük alimlər heyəti var, onlarda xeyir və bərəkət vardır. 

"Əqidə və mənhəc mövzusunda fətvalar"
İkinci hissədən.

Alləmə Rabi ibn Hədi əl-Mədxali 
(Allah onu qorusun)

____
Tural Yusubov.

Bölmə: Sələfin Mənhəci | Baxılıb: 595 | Yüklədi: Azerislamoglu