Şeyx İbn Useymin:"Vəsvəsələrdən uzaqlaşmağın vacibliyi" - 10 Августа 2012 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2012 » Avqust » 10 » Şeyx İbn Useymin:"Vəsvəsələrdən uzaqlaşmağın vacibliyi"
11:09
Şeyx İbn Useymin:"Vəsvəsələrdən uzaqlaşmağın vacibliyi"

Vəsvəsələrdən uzaqlaşmağın vacibliyi

 

Şeyx İbn Useymin

(Allah ona rəhm etsin)

 

Sual: "Bir nəfərə dəstəmaz alarkən vəsvəsələr gəlir : "dırnaqlarını və ya dabanlarını və ya ayaqlarını yumadın”. Bunlara fikir verməmək olarmı?

-Şeyx: "Bəzi insanlarda çoxlu vəsvəsələr olur və hər dəstəmaz alarkən onlar şübhədə olurlar ki, hər hansı bir dəstəmaz üzvünü tam yuyublar, yoxsa yox. Buna fikir vermək lazım deyil. Əgər insan bu qədər vəsvəsələrə fikir versə, bu onu çətinliklərə salacaq. Ancaq, ehtimal etsək ki, onun şübhəsi həqiqidir, az saydadır, onda onu dəf etmək üçün yəqin olduğuna qayıtmalıdır[1]”.

-Soruşan: "Bəs əgər o, bu şübhələrin sayını bilmirsə?”

-Şeyx: Onda o deməkdir ki, bunlar vəsvəsədir və o insan daim şübhədədir.”

-Soruşan: "(Bəli, ona görə də - tərc.) o, hərdən ayələri və təşəhhüdü bir neçə dəfə oxuyur.”

-Şeyx: "Heç bir halda belə etməsin! O insan vəsvəsəçidir. Mən hesab edirəm ki, o, bu vəsvəsələri atmalıdır, çünki əgər o, vəsvəsələrə qapı açarsa, özünü çətinliklərə salmış olacaq. Əgər bunu etməsə (vəsvəsələrə uysa – tərc.), şeytan ona namaz vaxtı gəlməyə və namazda ona vəsvəsə salmağa başlayacaq. Hətta o yerə gəlib çata bilər ki, o (şeytan – tərc.) həmin insanı Uca və Qadir Allahın varlığında şübhəyə salar və ya ona zövcəsi barədə  şübhə salar, onu boşayıbmı, yoxsa boşamayıb və s. Ona görə insana vəsvəsələri tullamaq vacibdir.”

-Soruşan: "Bəs bunu necə etmək olar?”

-Şeyx: "Uzaqlaşmaq. Yəni onda şübhə yarananda, qoy o şübhəyə fikir verməsin.”

-Soruşan: "Bəs ayələri təkrarlaya bilərmi?”

-Şeyx: "Qoy heç vaxt onları təkrarlamasın. Əgər onları bir dəfə oxuyarsa, bu kifayətdir, hətta əgər oxumağına şübhə edirsə, qoy sadəcə bu şübhəni atsın.”

 

Bax. «Əl-bəb əl-məftuh» №1a.

Tərcümə (rus dilindən): F. Adayev



Bölmə: Maraqlı məqalələr | Baxılıb: 435 | Yüklədi: selefimedia