Baş səhifə » 2015 » Aprel » 19 » Şeyx Fovzan:"Evin məktəb, övladların onun şagirdləridir."
13:02
Şeyx Fovzan:"Evin məktəb, övladların onun şagirdləridir."

Evin məktəb, övladların onun şagirdləridir.

-----

Şeyx Fovzan -Allah onu qorusun- belə deyir :

 

" Nafilə namazı qılınmayıb , içərisində Allahın zikri olmayan ev Qəbr kimidir .

Allahdan başqa güc və qüvvət sahibi yoxdur !

İçərisi günahlar , musiqilər , mahnılar və rəzil tv kanallarla bürünmüş evlərin halı nece olar ? O ailənin , orda böyüyən uşaqların halı necə olar?

(Ey müsəlman ) evinə diqqət edib nəzarətdə saxlaman vacibdir .
Çünki bu ev bir məktəb , orda olanlar isə sabah bu məktəbi bitirən (cəmiyyətdə , insanların arasında olacaq , insanlara bu məktəbin ya xeyirli yada zərərli dərslərini göstərib öyrədəcək ) tələbələridir ."

 

Bəs evləri islah etmənin yolları nədir ?
 

Şeyx Fovzan -Allah onu qorusun- davam edərək deyir ;
 

"Bu evlərə insan gərək çox diqqət etsin , orda Allahın zikrini ucaltsın , nafilə namazlarından evi üçün pay ayırsın , orda gecə namazları qılsın . Evlər Allahı zikr etməklə nurlanar . Evlərinizi əməlsiz bir qəbirə çevirməyin . Elə evlər vardır ki , onlar yaxşı əməllərdən xali , boş, pis əməllərlə isə doludur .

Allahdan başqa güc və qüvvət sahibi yoxdur."

-------

( Şərh kitəb ət-Tovhid şərit 1)

---

Hazırladı : Osman Sələfi

Bölmə: Gözümüzün nuru övladlarımız. | Baxılıb: 446 | Yüklədi: Azerislamoglu