Şeyx Fəuzanın Tövhiddə cahilliyin üzürlü olmasına dair bəzi fətvaları. -video+mp3+mətn- - 13 Мая 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » May » 13 » Şeyx Fəuzanın Tövhiddə cahilliyin üzürlü olmasına dair bəzi fətvaları. -video+mp3+mətn-
07:31
Şeyx Fəuzanın Tövhiddə cahilliyin üzürlü olmasına dair bəzi fətvaları. -video+mp3+mətn-
Şeyx Fəuzanın

-hafizahullah-

Tövhiddə cahilliyin üzürlü olması
na dair bəzi fətvaları.


Tövhiddə cahillik üzrdür! - 1



Mp3 Dinlə:



Mp3 Yüklə:

829.8 KB 

Mətn:

Sual:

Küfrlə vəsf etməklə hər hansısa bir insanın kafir olmasını söyləmək və ya onun kafir olmasına etiqad etmək arasında bir fərq vardırmı?

Şeyx Fəuzanın (hafizəhullah) cavabı:
- Allahdan qeyrisinə dua etmək, qurban kəsmək, (Ondan qeyrisindən) kömək istəmək, dini məsxərəyə qoymaq, (dini) söymək kimi əməllər -- alimlərin yekdil rəyinəəsasən heç bir şəkksiz -- küfrdür. LAKİN BU CÜR ƏMƏLLƏRİ EDƏN FƏRDİ İNSANA GƏLDİKDƏ İSƏ BAXMAQ LAZIMDIR. ƏGƏR O CAHİLDİRSƏ, VƏ YA TƏVİL EDİBSƏ, VƏ YA TƏQLİD EDİBSƏ, ONA İZAH EDƏNƏ QƏDƏR KÜFR HÖKMÜ VERİLMİR!!! Çünki onun bu haqda bir şübhəsi və ya CAHİLLİYİ ola bilər. Hüccət qaldırmadan ona KÜFR HÖKMÜ VERMƏYƏ TƏLƏSMƏK OLMAZ. Ona hüccət çatdıqdan sonra isə yenə də davam edərsə, bundan sonra onun küfrünə hökm verilər. Çünki bundan sonra (ona hüccət çatdırıldıqdan sonra) artıq onun üzrü qalmamışdır.

[Şeyx Fəuzan - "ər-Risalətud-Dəlail fi hukmi muvaləti əhlil-işrak!"-kitabının şərhi, səh. 212]


Tövhiddə cahillik üzrdür! - 2



Mp3 Dinlə:



Mp3 Yüklə:

614.7 KB

Mətn:

Sual:
Möhtərəm şeyx sualda deyilir ki, bir nəfərə Quran-Sünnədən olan dəlillər ilə Uca Allahın Ərşə istiva etməsini izah etdim. O isə öz zəlalətində qalmağa davam etdi. Buna görə, yəni Allaha yalan nisbət edib, iftira atdığı üçün həmin kəs təkfir edilirmi?

Şeyx Fəuzan:
- Nə üçün sən bunu mühüm sayırsan? Ona bu məsələni TƏKRAR OLARAQ bəyan etmək lazımdır. Əgər qəbul etsə, əlhəmdulilləh. Əgər qəbul etməzsə, üzərindən hüccət qaldırılar. Lakin onu təkfir etmək və ya təkfir etməmək SƏNLİK DEYİLDİR!


Tövhiddə cahillik üzrdür! - 3



Mp3 Dinlə:



Mp3 Yüklə:

472.3 KB

Mətn:

Sual:
Möhtərəm şeyx, sualda deyilir ki, Bir kəs desə ki, insana öncə vacib olan Allah haqda şəkk etmək, sonra baxmaq, sonra (Allahın mövcudluğuna) şəhadət etməkdir. Bunu deyən kəs müsəlman sayılırmı? Yoxsa tövhidi naqis olan bir kəsdir?

Şeyx Fəuzan:
O dəlillərə və fitrətə müxalif olub xəta etmişdir. Xətakardır. Lakin ona kafir hökmü verilməsinə gəldikdə isə bunda dayanmaq lazımdır!


Tövhiddə cahillik üzrdür! - 4



Mp3 Dinlə:



Mp3 Yüklə:

395.5 KB

Mətn:

Sual:
Möhtərəm şeyx, sualda deyilir ki, Əşarilər --hansı ki, Allahın "əl-Uluv" (Ucalıq) sifətini isbat etmirlər (inkar edirlər). Onların hökmü nədir? Onlar təkfir edilirlərmi?

Şeyx Fəuzan:
- Onlarla "inkar edənlərin" və ya "bəzilərini qəbul edib, bəzilərini inkar edənlərin" hökmü ilə hökm edilir! Siz sanki təkfir etməyə hərissiniz! Bu kimi şeyləri tərk edin. Sadəcə sələfin söylədiyini deyin! Bu sizə kifayətdir!


Tövhiddə cahillik üzrdür! - 5



Mp3 Dinlə:



Mp3 Yüklə:

634.7 KB

Mətn:

Sual:
Sualda deyilir ki, bir kəs xəstə ikən ŞİRK EDİB, ALLAHDAN BAŞQASINDAN ŞƏFA İSTƏYİR. Biz bu kəsə muşrik deyək, yoxsa etdiyi bu əməlin şirk olduğunu deyək? Qeyd edək ki, o "lə iləhə illəllah" deyərək, oruc tutur və həcc ziyarəti edir!

Şeyx Fəuzan:
Əgər onun heç bir üzrü yoxdursa, hansı ki, şirki ondan aparacaq, o kəs muşrikdir. Yox əgər CAHİLDİRSƏ, yaxud TƏQLİD EDİRSƏ, yaxud (bu əməldən) uzaqlaşması üçün doğru zənni olarsa, ona bəyan etmək lazımdır! Əgər bundan sonra da qəbul etməzsə, artıq ona müşrik hökmü verilər, çünki artıq onun üzrü qalmamışdır.

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 466 | Yüklədi: selefimedia