Baş səhifə » 2014 » Mart » 18 » ŞEYX BƏZMUL:"FİTNƏLƏR HAQQINDA HƏDİSLƏRƏ NECƏ YANAŞMALI OLDUĞUMUZ HAQDA 9 (ƏSL) QAYDA"
09:56
ŞEYX BƏZMUL:"FİTNƏLƏR HAQQINDA HƏDİSLƏRƏ NECƏ YANAŞMALI OLDUĞUMUZ HAQDA 9 (ƏSL) QAYDA"
ŞEYX BƏZMUL:
(hafizəhullah)

"FİTNƏLƏR HAQQINDA HƏDİSLƏRƏ NECƏ YANAŞMALI OLDUĞUMUZ HAQDA
9 (ƏSL) QAYDA"


1-(Qiyamətdən öncə baş verəcək) Fitnələr və qətllər haqqında peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) gələn hədislər onun peyğəmbərlik əlamətlərindən sayılır.
2-Bu mövzunu öyrəndikdə əsas mənbə peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və ondan varid olan hədislərdir.
3- Fitnələr haqqın
da olan hədislər də digər hədislər kimidir, gərək mütləq bu haqda hədislərin bütün rəvayətləri bir yerə cəm edilsin ki, doğru məna aydın olsun.
4-Fitnələr və Qiyamətin Əlamətlərini Allahın elçisi (səllallahu aleyhi və səlləm) ətraflı şəkildə bəyan etmişdir.
5- Bu haqda bir hədisin zahirində dayanırıq və öz ağlımızla yozmuruq.
6- Fitnələr haqqında olan hədislər qeybdən xəbər vermə olduğu üçün bunları şəriət hökmlərinə dəlil gətirmək olmaz.
7- Bu hədislərdə gələn xəbərlərin hikmətindən; insanların bu cür fitnələrə düşməməsi üçün onları bu fitnələrdən çəkindirməkdir.
8- İnsanların anlamadıqları (və ya səhv yoza biləcəkləri) fitnə hədislərini yaymamaq.
9- Yeni baş vermiş fitnələri də "bu filan-filan hədisə görədir" deyib yozmamaq və bilmək ki, bu məsələlər (haqqında danışmaq) yalnız alimlərə qayıdır.


(Qeyd: Bunlar yalnız mövzu başlıqlarıdır. Ətraflı və dəlillərilə öyrənmək və ya oxumaq istəyən şeyx Muhəmməd ibn Ömər ibn Səlim Bəzmulun "FİTNƏLƏR VƏ QƏTLLƏR HAQQINDA VARİD OLMUŞ DƏLİLLƏRƏ MÜNASİBƏTDƏ ƏHLİ SÜNNƏNİN MƏNHƏCİ" kitabına müraciət edə bilərlər.)

Hazırladı:

Sahib Əsədov.

Bölmə: Faydalar | Baxılıb: 404 | Yüklədi: selefimedia