Şeyx Albani:"Tövhiddə cahillik üzrdür!" -video+mp3+mətn- - 26 Мая 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » May » 26 » Şeyx Albani:"Tövhiddə cahillik üzrdür!" -video+mp3+mətn-
07:58
Şeyx Albani:"Tövhiddə cahillik üzrdür!" -video+mp3+mətn-
Şeyx Albani

"Tövhiddə cahillik üzrdür!"



Mp3 Yüklə:

6.4 MB



Sual:

Tövhid məsələlərində cahilliyin üzrlü hesab edilməsinin qaydası nədir? Qurani Kərimi oxumaq bu üzrün götürülməsi üçün yetərlidirmi?

Cavab:

İstər quranı yaxşı oxuyub başa düşsün, istərsə oxuyub başa düşməsin, yaxud nə yaxşı oxuya nə də yaxşı anlaya bilsin bunlar qayda deyil, qayda odur ki, insan sağlam islam düşüncəli toplumda yaşasın. Həmin toplumda düzgün əqidə məsələləri yayılsın və usul alimlərinin dedikləri "dindən zəruri bilinən" bir etiqada çevrilsin. Yəqin ki, burda olanların hamısı kölə qızın hədisini xatırlayırlar. Həmin kölə Uhudda bir nəfər kişi üçün qoyun otarırdı. Bir dəfə canavar qoyunlara hücum çəkib bir neçəsini məhv etdi. Ağası da köləsini buna görə vurdu. Sonra həmin kişi etdiyindən peşman olub dedi: Mən də insanam hamı kimi mən də qəzəblənirəm. Buna görə də ona bir şillə vurmuşam. İndi Peyğəmbər (sallAllahu aleyhi və səlləm) mənə deyir ki, bir kölə azad etməliyəm. Sonra Peyğəmbər (sallAllahu aleyhi və səlləm) həmin köləni gətirməsini əmr etdi. Kişi köləni gətirdi.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona dedi: Allah haradadır?
Kölə dedi: Səmadadır.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: Mən kiməm?
Kölə dedi: Sən Allahın elçisisən.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: onu azad et. O mömindir.
Hədisdən şahid budur ki, Allahın səmada olması, Qurani kərimdə açıq söylənilmiş və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsində aşkar deyilmiş bir etiqaddır. Bu haqda çoxlu hədislər vardır. Lakin indi əksər müsəlman toplumlar bu əqidəni etiqad etmirlər. Belə toplumda yaşayan insan üzürlü hesab olunur. Çünki ona hüccət çatmamışdır.
Amma tövhid etiqadı geniş yayılmış bir toplumda yaşayanın halı başqadır. Onun toplumu bu baxımdan Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vaxtındakı topluma bənzəyir. Hansı ki, həmin toplumda qoyun otaran bir kölə bu etiqadı bilirdi. Məgər həmin kölə Quranı öyrənmişdi, yaxud Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədislərini öyrənmişdi?! Adətən qoyun otaran insanlar bu kimi hallardan uzaq olurlar. Lakin həmin kölə elə bir ailədə yaşayırdı ki, onun ağası və ağasının ailəsi danışır, o da onlardan eşidir, öyrənirdi. Əvvəl bilmədiklərini öyrənirdi.
Biz bu hədisə uca Allahın: "Biz elçi göndərmədən heç bir ümmətə əzab vermərik" ayəsini də əlavə etsək və ayəni mənasından və məqsədindən mücərrəd halda deyil, doğru anlayışla anlasaq bilərik ki, "Biz elçi göndərmədən"ayəsi o demək deyil ki, hər topluma, hər vaxtda peyğəmbər gəlməlidir. Bəzi toplumlara peyğəmbər gəlmiş, digərlərinə isə peyğəmbərin dəvəti gəlmişdir. Önəmli olan budur ki, ayədə peyğəmbərin şəxsən gəlməsi deyil, peyğəmbərin dəvəti nəzərdə tutulur. Bunun dəlili budur ki, Peyğəmbər bir qövmə göndərilirsə və həmin topluma da dəli, axmaq, həddi büluğa çatmamış, kar və i.a. insanlar ola bilər. Bu insanlara peyğəmbər gəlib, amma peyğəmbərin dəvəti gəlməmişdir. Bunun tam əksinə olaraq bizə Muhəmməd (sallAllahu aleyhi və səlləm) birbaşa gəlməmişdir. Amma Muhəmmədin  dəvəti gəlmişdir. Muhəmmədin (sallAllahu aleyhi və səlləm) dəvəti OLDUĞU KİMİ, TƏMİZ DOĞRU ÇATMIŞ hər bir kəsə hüccət çatmışdır. Beləsi cahilliklə üzrlü hesab edilmir.
Mən bu baxımdan çox demişəm ki, Kitab və sünnədən uzaq olan dəvətçilərin təsirinə düşmüş əksər avropalılar və amerikalıları misal çəkək. Misal olaraq "Qadiyaniyyə" firqəsini demək olar. Çünki bu firqənin etiqad etdikləri dinə dəvət etməkdə çox geniş fəaliyyəti vardır. Buna görə də onlar minlərlə ingilisə, almana, amerikalıya və başqalarına təsir edə bilmişlər. Məsələnin məğzi budur ki, indi görəsən bu "Qadiyaniyyə" dəvətini qəbul etmiş insanlara islam hüccəti çatıbmı?! Cavab: Xeyr, onlara islam hüccəti deyil, qadiyaniyyə dəvəti çatıb.
Ən yüksək hüccət Allaha məxsusdur. Hüccət mükəlləflik üçün əsasdır. Demək qayda budur ki, fərdi insanlara düzgün dəvət çatmalıdır. Kimə belə dəvət çatıbsa ona hüccət çatmışdır. Haqq dəvət çatmayıbsa, hüccət də çatmayıb. Bu məsələnin də düzgün qaydası həmin fərdlərin yaşadıqları cəmiyyətdən asılıdır. Əgər cəmiyyət qədimdə də deyildiyi kimi əhli sünnə və camaat, ... yəni sələfi saleh toplumudursa onlara hüccət çatmışdır. Lakin bildiyim qədər islam dünyasında bunlar (sələfi saleh yolunda olanlar) azlıq təşkil edirlər.



Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 333 | Yüklədi: selefimedia