Salih Ali Şeyx : "Küfr əməl edənin hökmü" -mp3+mətn" - 22 Июня 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » İyun » 22 » Salih Ali Şeyx : "Küfr əməl edənin hökmü" -mp3+mətn"
08:53
Salih Ali Şeyx : "Küfr əməl edənin hökmü" -mp3+mətn"
Salih Ali Şeyx

"Küfr əməl edənin hökmü"


Mp3 Yüklə:

2.3 MB





Sual:

Möhtərəm şeyx, bəziləri deyirlər ki, mən filankəsi bu işi edərkən gördüm. Alimlər də bu əməlin küfr olmasında tərəddüd etmirlər. Amma bununla yanaşı alimlər deyirlər ki, küfr iş görən insan bununla kafir olmaya bilər. Bu qayda birmənalı olaraq tətbiq edilən qaydadırmı?

Salih Ali Şeyx:

 "Elm adamlarına görə fiqh, usulul fiqh və etiqad elmlərində fel ilə failin, küfr ilə kafirin, küfr ilə təkfirin, fasiqlik ilə fasiqin, bidət ilə bidətçinin fərqləndirilməsi məsələsi vardır. HƏR KÜFR İŞ GÖRƏN İNSAN BUNA GÖRƏ KAFİR OLMUR. Hər bidət iş görən insan bununla bidətçi olmur. Hər fasiq iş görən insan bununla fasiq olmur. Çünki bu hökmlərin verilməsi ikinci bir məsələdir. Demək burada söz, fel, şübhə və ya hər hansı bir amili edib insanın bidət, fasiqlik və ya küfr etmək ehtimalı vardır. Yəni bir insanın feli bidət, fasiqlik və ya küfr ola bilər. Bu məqamda həmin insana hökm vermək istəyən şəxs təkfirin şərtlərini və maneələrini toplamalıdır. Bir nəfər bidət edir və o da bilir ki, bu əməl bidətdir. Yaxud onun bu bidəti etməyə məqbul yozumu vardır. Məsələn, Ərəfa günü digər ölkələrdə də bu günün qeyd edilməsi. Bu fikri bəzi səhabələr və tabiinlər demişlər. Bu nə deməkdir? Yəni, insanlar həcc zamanı Ərəfa günü ehramda necə oturublarsa biz də ehram paltarı geyinib məscidlərdə oturub onlara şərik oluruq. Əksər elm adamları bunun bidət olduğunu deyirlər. Lakin bəziləri yozumlu düşüncə ilə bu fikri dəstəkləmişlər. Amma əslində bu əməl bidət sayılır. Belə halda biz bu fikiri deyən səhabə və tabiinlərə "bidətçi" deyə bilmərik. Çünki burada yozumlu düşüncə vardır. Həmçinin Şaban ayının orta gecəsini ibadətlə keçirmək. Bizə görə bunu etmək doğru deyildir. Çünki bu əməl bir yenilikdir. Nə Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm), nə də raşidi xəlifələrdən belə bir əməl rəvayət olunmamışdır. Bunu yalnız bəzi tabiinlər etmişlər. Bu halda da biz deyirik ki, doğru rəyə əsasən bu bidətdir. Lakin bu əməli edən hər kəs bidətçi olurmu? Əlbəttə ki, xeyr.
Demək şəriətdə ittifaq olunmamış məsələlər vardır ki, bu halda da yozumlu düşünməyə macal var və məsələ fərqli hesab olunur. Məsələn, fasiqlik məsələsi. Nafilə iabadətləri daim tərk edən kimsə. Bəzi elm adamları deyirlər ki, kim daim nafilə ibadətləri tərk edərsə o fasiqdir. Əgər fasiq deyilsə onda nə üçün insan nafilə ibadətləri tərk etsin. Ratibə sünnətləri və vitr namazını qılmasın, nafilə oruc tutmasın, ümumiyyətlə nafilə ibadətləri etməsin? Digər alimlər isə deyirlər ki, nafilə ibadətləri daim tərk edən kimsə bir növ fasiqlik edir. Lakin bu da müəmmalıdır. Bir qrup alimlər dəlil olaraq Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yanına gəlib islamın əsaslarını öyrənən bədəvi ərəbin hədisini əsas götürürlər. O beş əsası öyrənəndən sonra demişdi: «Allaha and olsun, bundan nə artıq edəcəyəm nə də azaltmayacağam». Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun bu sözünə görə belə dedi: «Əgər sözündə sadiq olarsa nicat tapar». Bu hədisə görə, yuxarıda deyilən sözün heç bir etibarı yoxdur. Təbii ki, bu fikiri deyən alimlər bununla insanları nafilə əməlləri tərk etməkdən çəkindirirlər. Lakin bu da öz növbəsində fasiqlik ilə fasiq olmaq arasındakı fərqi bildirir.
Bir çox məsələlər vardır ki, əgər biz onları tətbiq etsək, yəni alimlərin "bu küfrdür və kim belə deyərsə kafir olar", yaxud "bu fasiqlikdir və kim belə deyərsə fasiq olar", yaxud "bu bidətdir və kim belə deyərsə bidətçi olar" -- bu kimi sözlərini biz götürüb tətbiq etsək o zaman heç kəs bundan qurtula bilməz. Çünki alimlər belə məsələlərdə çox ixtilaf etmişlər. Lakin biz bu məqamda aşağıdakılara diqqət yetirməliyik.
Birinci: Deyilən küfr barəsində yekdil rəy olsun. Yaxud məsələdə olan ixtilaf əksər elm adamları tərəfindən etibarsız sayılsın.
İkinci: Deyilən fasiqlik barəsində yekdil rəy olsun. Yaxud məsələdə olan ixtilaf etibarsız sayılsın, ya da dəlillərə zidd olsun.
Üçüncü: Deyilən bidət barəsində yekdil rəy olsun. Yaxud məsələ barədə sələfi salehin felindən dəlil olmadığı üçün bu ixtilaf etibarsız sayılsın.
Təbii ki, biz burada son əsrlərdə yayılmış bu məsələləri nəzərdə tutmuruq. Biz ixtilaf və ixtiyar məsələlərində ilk fəzilətli əsrlərə istinad edirik.





Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 666 | Yüklədi: selefimedia