Şaban ayını 15-i.Bəraət gecəsi. - 23 Июня 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » İyun » 23 » Şaban ayını 15-i.Bəraət gecəsi.
10:06
Şaban ayını 15-i.Bəraət gecəsi.

Şaban ayını 15-i.

Bəraət gecəsi.

Bəzi cahil insanlar ilin müəyyən günlərini xüsusiləşdirib bütün gecəni oyaq qalaraq Allaha ibadətlə keçirirlər. Bu insanlar güman edir ki, bu xüsusi gecələrdə Allaha ibadətlə keçirən hər kəs, bu onun hər il olan hərəkətləri üç
ün əvəzini verəcək və Cənnətə daxil olmağı üçün kifayət olacaq. Bu gecələrdən biri də BƏRAƏT GECƏSİ kimi tanınan Şaban ayının 15-də olan gecədir. Allaha ibadət etmək üçün müəyyən gecələri xüsusiləşdirmək Peyğəmbərin səllallahu aleyhi və əlihi və səlləmin sünnəsinə qarşıdır. Dəlil olaraq, o səllallahu aleyhi və əlihi və səlləm ibadət üçün müəyyən gecələri xüsusiləşdirməyi kəskin bir şəkildə qadağan etmişdir. Necə ki, Əbu Hüreyrə radıyallahu anhu Peyğəmbərin səllallahu aleyhi və əlihi və səlləmin belə dediyini rəvayət edir:
"Cümə gecəsi başqa gecələrin içindən qiyamla xüsusiləşdirilməyin. Cümə günü başqa günlərin içindən orucla xüsiləşdirilməyin. Yalnız biriniz daimi tutduğu bir oruc olduqda, onu tutsun.”
Müslim /1144).

Bidət əhlinin gətirdiyi bütün hədislər zəif hədislərdir. Şeyx ibn Bəəz "Hukm əl-İhtifal bi Ləylətül əl-Nusf min Şaban"-da demişdir:
"Şaban ayının 15-ci gecəsini xüsusiləşdirərək namazla, dualarla, zikrlərlə keçirmək bidətdir, həmçinin bu günü xüsusiləş
dirərək oruc tutmaq bidətdir. Bu barədə heç bir səhih hədis yoxdur. Bütün hədislər ya uydurma, ya da zəifdir."
(Fətava İslamiyyə, 4/511)


Həmçinin

Şaban ayının 15-ci gecəsində Allah Təala birinci səmaya enirmi?

Sual: Şaban ayının 15-ci gecəsində Allah Təala birinci səmaya enir və iki növ insan, kafirlər və müsəlmanlar ilə mübahisə edəndən başqa bütün insanları bağışlayırmı?

Cavab: Həmd Allaha məxsusdur.

Bu barədə bəzi hədislərdə bildirilir. Lakin sözügedən hədislərin səhihliyinə dair elm əhli arasında fikir ayrılığı var. Şaban ayının on beşinci gecəsinin fəzilətindən bəhs edən heç bir səhih hədis yoxdur.

Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: "Şaban ayının on beşinci gecəsi Allah təala müşrik və ya müsəlmanlara qarşı nifrət bəsləyəndən başqa bütün məxluqlarını bağışlayır.” İbn Macə, 1390

"Müsəlmanlara qarşı nifrət bəsləyən”dən qəsd olunan müsəlman qardaşına düşmənçilik edəndir.

"Əl-Zəvaid”əsərində deyilir: Bu hədisin isnadı zəifdir. Çünki Abdullah ibn Lahiəh zəifdir və Vəlid ibn Müslim isə müdəllisdir.

Həmçinin, Dərəqutni "əl-İllal”, 6/50-51 əsərində bildirdiyi kimi hədislərdə zəiflik var. O davam edir: Bu hədis sübuta yetirilməyib.

Bu hədislər Muaz ibn Cəbəl, Aişə, Əbu Hüreyra, Əbu Sələbə əl-Xüşani və digərlərinə istinadən rəvayət olunmuşdur. Lakin hədisin isnadları bəzi zəifliklərdən xali deyil və bu hədislərin bəziləri isə olduqca zəifdir.

İbn Rəcəb əl-Hənbəli demişdir:
‘Şaban ayının on beşinci gününün fəzilətinə dair bir çox hədislər var. Bu hədislər barədə elm əhli ixtilaf etmişdir. Lakin alimlərin əksəriyyəti bu hədisləri "zəif” olaraq təsnif etmişlər və İbn Hibban bu hədislərin bəzilərini səhih olaraq təsnif etmişdir.’

Lətaif əl-Məazif, 261

Allah təalanın birinci səmaya (Özünəməxsus şəkildə) enməsi yalnız Şaban ayının on beşinci günündə baş vermir. Daha doğrusu Səhiheyndə və digər əsərlərdə sübuta yetirilib ki, Allah hər gecə, gecənin üçdə birində birinci səmaya enir. Şaban ayının on beşinci gecəsi bunun ümumi mənasına daxildir.

Buna görədir ki, Abdullah ibn Mübarəkdən, Allah Təalanın Şaban ayının on beşinci gecəsi birinci səmaya enməsi barədə soruşduqda sual verən tərəfə belə cavab vermişdir: "Ey zəif kəs! On beşinci gecə?! O, hər gecə enir!”

Əbu Osman əl-Səbuni "İtiqad Əhli Sünnə”, N 92 əsərində rəvayət edir.

Əl-Aqili, Allah ona rəhmət etsin, demişdir:
"Allah təalanın Şaban ayının on beşinci gecəsi enməsinə gəldikdə bu barədə zəif hədislər var. Lakin hər gecə Allah Təalanın enməsinə dair rəvayətlər sübuta yetirilmiş və səhihdir. Deməli, Şaban ayının on beşinci gecəsi də inşallah buna daxildir

Əd-Duafa, 3/29
| Muhəmməd Saleh əl-Münəccid |

---------------------------------------------

Şaban ayının ortasındakı gecə ibadət üçün xüsusiləşdirilməməlidir

Sual: Kitabda oxudum ki, Şaban ayının ortasında oruc tutmaq bidətin növlərindəndir. Lakin başqa bir kitabda oxudum ki, oruc tutulması müstəhəb sayılan günlərdən biri də Şaban ayının ortasıdır…Bu barədə qəti hökm nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Riayət etmək üçün Şaban ayının ortasının fəzilətindən bəhs edən heç bir səhih mərfu hədis yoxdur. Hətta bu barədə Fəzilətlər Fəslində (Hədis kitablarında əməllərin fəzilətindən bəhs edən fəsillər) belə bir şey yoxdur. Tabiinlərin bəzilərindən bəzi məqtu hədislər (isnadları Tabiinlərə kimi uzanan hədislər) rəvayət edilmişdir. Bu barədə bəzi hədislər var ki, bunların içərisində ən yaxşısı məvdu (uydurma) və yaxud daif ciddən (olduqca zəif) hədislərdir. Cəhalətin hökm sürdüyü bəzi ölkələrdə bu hədislər olduqca məşhurdur. Bu hədislərdə deyilənə görə insanların ömürləri o gün yazılır və yaxud o gün, gələcək ildə vəfat edəcək insanlar barədə hökm verilir. Buna əsaslanaraq deyirik ki, bu gecəni namaz qılmaqla və yaxud oruc tutmaqla keçirmək və yaxud müəyyən ibadətləri etmək üçün bu gecəni xüsusiləşdirmək məşru deyil. Bu cür şeyləri edən cahil insanların sayının çoxluğuna aldanmaq lazım deyil. Ən doğrusunu Allah bilir.

Şeyx Cibrin-Allah ona rəhmət etsin.

Qeyd: Şeyx Cibrin bu yaxınlarda (10 gün olar) dünyasını dəyişdi. Allah ona rəhmət etsin.

|Abdullah ibn Əbdürrəhman ibn Cibrin|

---------------------------------------------

Şaban ayının 15-c gecəsini qeyd etmək

Şeyx ibn Baz (Allah ona rəhmət etsin) "əl-Hukm əl-İhtifaal bi Leylət əl-Nusf min Şə`bən” Şabanın on beşinci gününü qeyd etməyin hökmü barəsində demişdir:

Şaban ayının on beşinci gününü namaz qılaraq və başqa şeylər edərək və yaxud bu günü oruc tutmaqla xüsusiləşdirərək qeyd etmək elm əhlinin əksəriyyətinə görə münkər bir bidətdir. Saf şəriətimizdə bunun heç bir əsası yoxdur.

Həmçinin, Allah ona rəhmət etsin, demişdir:

Şaban ayının on beşinci gecəsinə dair heç bir səhih hədis yoxdur. Bu mövzuda varid olan bütün hədislər uydurma (məvdu) və zəifdir (daif), heç bir əsası yoxdur. Bu gecənin heç bir xüsusiyyəti yoxdur. Bu gecədə nə Quran oxumaq, tək və yaxud camaatla namaz qılmaq varid olmamışdır. Bəzi üləmanın bu gecənin xüsusi olduğu barədə söylədiklərinə gəldikdə, bu zəif rəydir. Hər hansı bir şeylə bunu xüsusiləşdirmək icazəli deyil. Doğru rəy budur. Tövfiq Allahdandır.

Fətəəvə İsləmiyyəh, 4/511
| Əbdüləziz ibn Abdullah ibn Bəzz |



Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 501 | Yüklədi: selefimedia