Baş səhifə » 2014 » Noyabr » 19 » Sələfilər DİN sözçüsünə fotosənədlərlə cavab verdilər – Qalmaqal böyüyür.
06:55
Sələfilər DİN sözçüsünə fotosənədlərlə cavab verdilər – Qalmaqal böyüyür.

Sələfilər DİN sözçüsünə fotosənədlərlə cavab verdilər.
Qalmaqal böyüyür

 

kol5

Bu gün Sumqayıt şəhəri Polis İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirən bir qrup sələfi təriqətinə mənsub şəxslərlə bağlı Daxili İşlər Nazirliyi şok məlumatlar yayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin imzası ilə yayılan məlumatlarda həmin şəxslərin Qarabağ veteran olması şübhə altına alınır və çox ciddi ittihamlar səsləndirilib.

Orxan Mansurzadənin imzası ilə yazılan məktubda Vidadi Məhərrəmli və Zaur Mehdiyevin Qarabağ veteran olmadıqları bu cümlələrlə ifadə olunub: “Müharibə əlili olmasını xüsusi canfəşanlıqla “vurğulayan” Vidadi Məhərrəmli vaxtilə tağım komandiri olduğu zaman törətdiyi çox “nadir” cinayətə – tabeliyindəki əsgərə zor tətbiq, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etdiyinə görə, Füzuli-Qubadlı Qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə 08.01.2000-cü il tarixdə 3 il müddətinə azadlıqdan məhrum edilib. Yaxud götürək Zaur Mehdiyevi. 18.01.1986-cı tarixdə Siyəzəndə anadan olmuş Z.Mehdiyev isə heç bir xəcalət çəkmədən, utanıb-qızarmadan özünü cəmiyyətə Qarabağ müharibəsinin veteranı kimi təqdim edir. Halbuki Qarabağ uğrunda döyüşlər başlayanda Z.Mehdiyev ən yaxşı halda uşaq bağçasına gedərdi. “Pis xəbər tez yayılar” prinsipi ilə hərəkət edən bir sıra həmkarlarımız isə mənəvi cəhətdən deqradasiyaya uğramış bu “vətənpərvərlər”in yalançı vay-şüvəninə palaz-palaz yer ayırırlar.”

Ancaq Sumqayıt Polisi tərəfindən işgəncəyə məruz qaldığını bildirən həmin şəxslər də cavabsız qalmayıblar. Facebook Sosial Şəbəkəsində yayılan sənədlərdə həmin şəxslərin hər ikisinin həqiqətən Qarabağ əlili olduqları ortaya qoyulur.

Xüsusilə, DİN rəsmisinin “heç bir xəcalət çəkmədən, utanıb-qızarmadan özünü cəmiyyətə Qarabağ müharibəsinin veteranı kimi təqdim edir” deyə ittiham etdiyi Zaur Mehdiyevin 2005-ci il, mart ayının 11-də Ağdam rayonu, Çıraqlı kəndi istiqamətində başından yaralandığı diqqətə çatdırılır.

Həm Zaur Mehdiyevin, həm də, Vidadi Məhərrəmlinin Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən vəsiqələrinin şəkillərini paylaşan Qarabağ əlilləri “biz dövlətimizi hər kəsdən çox sevirik, ancaq polis bizdən düşmən obrazı yaratmaq istəyir. Sabah Qarabağda müharibə olsa yenə ön sırada biz olacağıq, ancaq bizdən dövlət üçün süni düşmənlər yaratmaq istəyənlər həmin gün nə edəcəklər, onu bilmirik ” deyə, bildiriblər.

O da qeyd olunur ki, hər iki veteran Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ev ilə təmin olunublar. Bu da Orxan müəllimə verilən və onun imzası ilə DİN adından yayılan məlumatın təsdiqlənməmiş olması ehtimalını gücləndirir.

Məlumat gec saatda daxil olduğu üçün Orxan Mansurzadənin mövqeyini öyrənə bilmədik. Ancaq cavab haqqını yayınlamağa hazırıq.

 

 

 

10814343_10204331921330906_613107285_n

 

 

kol1

 

 

kol2

 

 

kol3

 

 

kol4

 

 

kol5

Mənbə: http://yenicag.az/?p=43428

Bölmə: Xəbərlər | Baxılıb: 1326 | Yüklədi: Azerislamoglu