Baş səhifə » 2014 » İyul » 21 » Qamət Süleyman:" Hacı Şahinlə birləşməyə ehtiyac yoxdur.Hər kəs yerində otursun"
12:01
Qamət Süleyman:" Hacı Şahinlə birləşməyə ehtiyac yoxdur.Hər kəs yerində otursun"

Qamət Süleyman:

" Hacı Şahinlə birləşməyə ehtiyac yoxdur.Hər kəs yerində otursun."


“Kiminsə haqqında danışanda gərək insanın əlində dəlil olsun. Hər kəs bilir ki, mən təfkirçiliyə qarşıyam. Nəinki mən, bütün əhli-sünnə camaatı təfkirçiliyə qarşıdır və həmişə də qarşı olub”.

Bu sözləri Axar.az-a açıqlamasında fəaliyyətini dayandırmış Əbu Bəkr məscidinin imam camaatı və sələfilərin şeyxi kimi tanınan Qamət Süleymanov Mənəvi Dünya İctimai Birliyinin sədri və Məşədi Dadaş məscidinin axundu Hacı Şahinin onun barəsində səsləndirdiyi ittihamlara cavab verərkən dedi. O bildirdi ki, Hacı Şahinin səsləndirdiyi ittihamlar əsassızdır və onlar təfkirçilikdən uzaqdırlar:

“Fikir versəniz, görərsiniz ki, sələfilərin arasında təfkirçi olanları çox azdır. Ümumiyyətlə, islamda olan firqələrin içərisində biz seçilirik, təfkirdən ən uzaq olanıyıq. Təqiyyə məsələsinə gəlincə isə onu deyim ki, bizim məzhəbdə təqiyyə yoxdur. Biz təqiyyəyə qarşıyıq və dinə açıq dəvət tərəfdarıyıq. Biz harda bir söz deyiriksə, o sözümüzün üstündəyik”.

Adlarının təfkirçi olaraq hallanmasına etiraz edən Qamət Süleymanov İŞİD-in qabardılmasına tərəfdar olmadığını dedi:

“İŞİD-in fəaliyyətini pisləmişik. Hər zaman terrora qarşı olmuşuq. Biz terrora məruz qalmışıq, onu necə dəstəkləyə bilərik? İŞİD aydın məsələdir. Gəlin, onu qoyaq bir qırağa, qabartmağa ehtiyac yoxdur. Biz terroru dəstəkləmirik, həmişə həm radikallığa, həm də terrora qarşı olmuşuq. Hacı Şahinin iddiaları əsassızdır”.

Sələfilərin lideri İŞİD-in ideyalarına qarşı birləşmək təklifinə mənfi yanaşdığını da dedi:

“Bilirsiniz, bu birləşmək artıq məsələdir. Həm də belə birləşmək istəyirdilərsə, bu, çoxdan olmalı idi. Nə oldu, İŞİD məsələsi gündəmə gələn kimi birləşmək istəyirlər? Lazım deyil birləşmək, lüzum görmürəm. İŞİD-in üzərində dayanmaq lazım deyil. Ümumi şəkildə terroru pisləməliyik. Radikal qrupları sünni məzhəbi ilə bağlamaq düzgün deyil. Şiə məzhəbində də radikallar var. Terror fəaliyyəti ümumən pislənməlidir. Yoxsa, xüsusi olaraq İŞİD-in adını qeyd etmək düzgün deyil”.

Qamət Süleymanov heç bir halda Hacı Şahinlə bir araya gəlməyəcəyini açıq şəkildə bəyan etdi:

“İŞİD-in üzərində birləşməyin düzgün olmadığını bir daha təkrar edirəm. Ümumiyyətlə də birləşməyə ehtiyac yoxdur, hər kəs öz yerində otursun”.

Xatırladaq ki, Hacı Şahin Həsənli Axar.az-a ( mənbə: http://axar.az/news/24287 ) verdiyi müsahibəsində Qamət Süleymanovun təqiyyə etdiyini (həqiqi dini fikirlərini məqsədli şəkildə gizlətmək) və əslində, təfkirçi olduğunu bildirib.


Mənbəsi:

http://axar.az/news/24346

Saytımızın şərhi:


"Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun istər ümumən İslamdan olmayan terror hadisələri və təşkilatları haqqında açıqlamaları,  dərsləri istərsə xüsusi olaraq qəddar xavaric təşkilatı olan İŞİD haqqında sözləri həm yeni həmdə köhnə tarix olaraq  saytımızda və digər KİV-lərində zaman-zaman işqılanıb.

Buna görədə Hacı Şahinin yalan danışdığı insaflı biri üçün açıq aydındır.


Məsələn nümunə olaraq sizə bu linki ziyarət etmənizi tövsiyyə edirik:

Qamət Süleymanov: " İ Ş İ D " -video+mp3-

Amma nədənsə eyni tutumu biz Hacı Şahindən məsələn bütün İslam dünyasında terroçu təşkilat kimi tanınan , şiə İranının maddi və mənəvi dəstəkçisi olduğu "Hizbullah" haqqında görməmişik.Sanki bu ölkədə onların nə təbliğatçısı var nədəki təşkilatlanma cəhdləri...

Qəribədir !?

Sələfilərə (Əhli Sünnəyə) təqiyyə iftirası  barədə isə heç elmi dildə danışmağa ehtiyac yoxdur.Hacı Şahinə və onu təqlid edənlərə Türkiyənin Baş Naziri Ərdoğanın üzərindən  çoxda vaxt keçməyən məhşur çıxışını xatırlatmaq yetər:



 

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1831 | Yüklədi: selefimedia