__Peyğəmbər (səllallahu aleyhi və səlləm) ailəsində nümunə idi__
Bu ümmətin Peyğəmbəri -sallallahu aleyhi və səlləm-! Əxlaq etibarı ilə hər bir kəsə nümunə olan kəs !
1. Hər səhər onları salamlayar və onlara dua edirdi:
Hafiz İbn Həcər deyir ki: "İbn Merdevi İbn Abbasdan belə rəvayət edir:
Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhər namazını qildiqdan sonra
məsciddə oturur və in-sanlarda günəş doğulana qədər ətrafında otururdu.
Sonra tək-tək qadınlarının yanına girib salam verir, onlara dua
edirdi. Onlardan hər gün birinin yanında qalırdı. {1}.
2. Zövcələrini səfərlərə birlikdə aparardi:
Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi
və səlləm ) səfərə çıxmaq istədiyi zaman xanımları arasında püşk atardı.
Püşk hansımıza düşərdisə onunla səfərə çıxardı. O, xanımlarının hər
birini bir gün və bir gecə ayırardı. {2}.
3. Gecə qəflətən onlarin yanina gəlmirdi:
Ənəs ibn Malikdən: " Peyğəmbər (səllallahu aleyhi və səlləm)
qadınlarının yanına qəflətən girmirdi. Günün başlanğıcında ya da işa
namazından sonra girirdi. " {3}.
4. Etikafta olanda qadınlarını qarşılayır və onları məscidin qapısına qədər yola salardı:
Peyğəmbərin xanımı Safiyyədən rəvayət olunur ki: "Ramazanın son on
günündə Peyğəmbəri (səllallahu aleyhi və səlləm) etikafında ziyarət
etdi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanında bir saat qaldi.
Sonra getmək üçün ayağa qalxdı. Peyğəmbərdə (səllallahu aleyhi və
səlləm) onunla birlikdə ayağa qalxaraq onu yola saldı. {4}.
5. Zövcələrinə ehtiram göstərməsi:
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir :"Mədinəyə gələndə
Peyğəmbər (səllallahu aleyhi və səlləm) Safiyyanın rahatlaması üçün
dəvənin üzərində yer hazırladı. Sonra dəvəsinin yanına ayağını qoydu,
Safıyya ayağini Onun dizinə qoyaraq dəvəyə mindi. {5}.
6. Ev işlərində zövcələrinə kömək edərdi:
Aişə (radıyallahu anhə) dən soruşuldu: «Peyğəmbər (sallallahu aleyhi və
səlləm) evində nə edərdi?». O: «O, insanlardan bir insan idi. Paltarını
tikər (ayaqqabılarını təmir edər), qoyununu əli ilə sağar, öz işini özü
görərdi». {7}.
İbn Abbas (radıyallahu anhu) rəvayət edir ki,
Peyğəmbər (sallallahu aleyhi və səlləm) yerdə oturar, yerdə yemək
yeyər, qoyunu tutar, kölələrin arpa çörəyinə dəvəti qəbul edərdi» {8}.
7. Uşaqlara qarşı çox mərhəmətli və şəfqətli idi:
Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) oğlu İbrahimi aldı, öpdü və qucaqladı» {9}.
Qızı Fatimənin (radıyallahu anhə) yanına daxil olduğu vaxt onun üçün
ayağa qalxar, əlini tutar, onu öpər və oturduğu yerə oturardı. O, da öz
növbəsində onun üçün ayağa durar və əlini tutardı. {10}.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ummu Sələmənin qızı Zeynəb ilə
oynayar və ona «Ey Zeynəbçik, ey Zeynəbçik! deyə dəfələrlə səsləyərdi»
{11}.
8. Öz zövcələrini sevindirmək onlarin sevgisini qazanmaga çalişardi :
Aişə (radıyallahu anhə) rəvayət edir ki, mən heyzlikən qabdan su içər
və qabı Peyğəmbər (səllallahu aleyhi və səlləm) verərdim. O, da ağzını
mənim ağzımı qoyduğum yerə qoyar və qabdan içərdi. Sümüyün üzərində olan
əti sıyırırdım. O, da sümüyü mənim əlimdən alır və ağzını mənim ağzımı
qoyduğum yerə qoyar (beləcə əti sıyırardı). {12}.
9. Zövcəsini sevindirmək və onu mübah olan hər bir yolla sevgisini qazanmaq üçün heç bir fürsəti qaçırmazdı:
Aişə (radıyallahu anhə) rəvayət edir ki, səfərlərin birində Peyğəmbər
(səllallahu aleyhi və səlləm) ilə birlikdə çıxmışdım. O, zaman mən hələ
gənc və cavan idim. Çox kök də deyildim. O, insanlara: «Siz irəli
gedin» deyə buyurdu. Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Mən də
onunla yarışdım və onu keçdim. Növbəti səfərlərin birində isə artıq mən
kökəlmişdim. Bu səfər o, insanlara: «Siz irəli gedin» deyə buyurdu.
Sonra mənə: «Gəl yarışaq» deyə buyurdu. Bu səfər o, məni keçdi və
gülməyə başladı: «Bu əvvəlkinin əvəzidir» deyə buyurdu. {13}.
10. Yaxın əqrabaları üçün çalışar, onların Cəhənnəmdən qurtulmaları üçüm dua edərdi:
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki: «Və ən yaxın
qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər
(səllallahu aleyhi və səlləm) ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey
oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan
xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey
AbdulMuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı
Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa
qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə
yaxşılıq edirəm (siz əməl edin. Mən sizə Qiyamət günü fayda verə
bilmərəm. Öz qızına deyir ki: Sən məndən nə istəyirsənsə mən sənə
verərəm. Lakin Allah qatında əməlin olmasa sənə heç bir fayda verə
bilmərəm)» .
11. Böyük bir ibadəti yerinə yetirərkən də uşaqlarla oynayardı:
O, qızı Zeynəbnin (radıyallahu anhə) qızı Umameyi qucağına götürərək
namaz qılardı. Qiyamda durduqda qızı götürər, səcdə etdikdə isə yerə
qoyardı» {14}.
12. O, xanımlarını ibadətə sövq edər və bu xüsusda onlara yardım edərdi:
«Əhlinə namaz qılmağı əmr et, özün də ona səbrlə davam et. Biz səndən
ruzi istəmirik, (əksinə) sənə ruzi verən bizik». (Ta ha 132).
«Möminlərin imanları ən mükəmməl olanları əxlaqları ən gözəl
olanlarıdır. Sizin xeyirliniz əxlaqı etibarıyla xanımlarına qarşı ən
xeyirli olanlarınızdır» .{15}.
Peyğəmbər ( səllallahu aleyhi və
səlləm ) buyurdu: «Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı rəftar
edəninizdir. Mən ailəmə (qarşı gözəl rəftar etməkdə) ən xeyirlinizəm»
.{16}.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Ən fəzilətli dinar kişinin ailəsinə xərclədiyi dinardı». {17}.
Ən doğrusunu Allah bilir !
Allah Subhənahu vəTəalədən diləyirəm ki sözlərimizdə və əməllərimizdə bizə ixlas nəsib etsin !
------------------------------ --- {1} - Fethul-Bari, 11/296. {2} - Tirmizi. Buxari, 8/436. Müslim,8/112 Buxari, 8/436. Müslim,8/112. {3} - Buxari, 4/369. Müslim, 6/55. {4} - Buxari, c. 11 s. 129. Müslim, c. 4 s. 144. {5} - Buxari, 9/20. {6} - Buxari, 8/437. Müslim, 8/114. {7} - Əhməd, Tirmizi. {8} - Təbətani, əl-Albani səhih. {9} - Buxari. {10} - Əbu Davud, Tirmizi, Nəsəi. {11} - Səhih Silsilə 2141, Səhih cəmi 5025. {12} - Müslim. {13} - İmam Əhməd. {14} - Buxari, Müslim. {15} - Tirmizi. {16} - Təhavi «Müşkil» 3/211, Həkim 4/173. {17}. Muslim.
----------------------------- Hazirladi: Abdul-Azim Salafy
|